BALAKƏN SAKİNİNİN MEYİTİ TAPILIB
Tarix: 7-10-2012, 11:20 |
Çap et
ONUN ÜZƏRİNDƏ ZORAKILIQ ƏLAMƏTİ OLMAYIB
Azərbaycanın Balakən rayonunda 58 yaşlı kişinin meyiti evdə aşkarlanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) növbətçi həkimi çağırışla rayonun Mahmalar kənd sakini, 1954-cü il təvəllüdlü Quliyev Ramazan Şahruddin oğlunun yaşadığı evə gedib.
Həkim evə daxil olan zaman 58 yaşlı Ramazan Quliyevin meyitini aşkar edib.
Ramazan Quliyevin meyiti Balakən MRX-a aparılıb. Məlumatda o da bildirilir ki, Ramazan Quliyevin meyiti aşkar edilən zaman onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb.
Hazırda Balakən rayon hüquq-mühafizə orqanları tərəfindən Ramazan Quliyevin hansı şəraitdə ölməsi araşdırılır.