Əsas Səhifə > Hadisə > BALAKƏN SAKİNİNİN MEYİTİ TAPILIB
BALAKƏN SAKİNİNİN MEYİTİ TAPILIB7-10-2012, 11:20 |
ONUN ÜZƏRİNDƏ ZORAKILIQ ƏLAMƏTİ OLMAYIB Azərbaycanın Balakən rayonunda 58 yaşlı kişinin meyiti evdə aşkarlanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) növbətçi həkimi çağırışla rayonun Mahmalar kənd sakini, 1954-cü il təvəllüdlü Quliyev Ramazan Şahruddin oğlunun yaşadığı evə gedib. Həkim evə daxil olan zaman 58 yaşlı Ramazan Quliyevin meyitini aşkar edib. Ramazan Quliyevin meyiti Balakən MRX-a aparılıb. Məlumatda o da bildirilir ki, Ramazan Quliyevin meyiti aşkar edilən zaman onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Hazırda Balakən rayon hüquq-mühafizə orqanları tərəfindən Ramazan Quliyevin hansı şəraitdə ölməsi araşdırılır. Geri qayıt |