Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                 

“9 İLDƏ HƏR ŞEYİ KAMERA İLƏ QEYD ETMİŞƏM”
Tarix: 27-09-2012, 10:01 | Çap et
“9 İLDƏ HƏR ŞEYİ KAMERA İLƏ QEYD ETMİŞƏM”

ELŞAD ABDULLAYEVDƏN İLGİNC AÇIQLAMALAR

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev sentyabrın 25-də deputat Gülər Əhmədovanın ondan rüşvət tələb etdiyini göstərən video yayıb. “Azadlıq” radiosu hazırda Fransada yaşayan Elşad Abdullayevə bununla bağlı suallar ünvanlayıb.

- Gülər Əhmədova video görüntünün montaj olunduğunu deyir, sizin onu şantaj etdiyinizi bildirir.

- Mənim kimisə şantaj etməkdə marağım yoxdur. Mən qardaşım oğurlanana qədər Gülər xanımı tanımamışam. Qardaşım Mahir Abdullayev – MTN mayoru 2002-ci ilin 13 oktyabrında oğurlanıb. Oktyabrın 14-də işə gələndə, Gülər Əhmədova və Sevinc Babayevanı qəbul otağında görmüşəm. Hələ qardaşımın oğurlandığını bilmirdim. Gülər Əhmədova dedi ki, nə işin, problemin olsa deyərsən, Ramiz Mehdiyevlə həll edərəm. İlk mənə xidmətini təqdim edən Gülər Əhmədova oldu. Bunlar notariusla pul alırlar, bunu da etiraf etmirlər. Dövlət orqanının rəsmi sənədinə də etiraz edirlər, şantaj adlandırırlar. Özü də pulu ona hər şeydən qabaq qardaşımın geri qaytarılması üçün vermişəm.

- Amma bu pulu həm də deputat olmaq üçün verdiyinizi demisiz...

- Özüm hər deputat seçkisində iştirak etmişəm. Hüquq elmlər doktoru kimi parlamentdə olmaq istəmişəm. Amma gördüm ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə dövlətin gücündən mənə qarşı istifadə edir. Baxmayaraq ki, özüm dövlətin içində olmuşam, müəyyən vəzifələr tutmuşam. Amma bunlara heç bir şey sübut etmək mümkün olmur. Buna görə də 9 ildə hər şeyi kamera ilə qeyd etmişəm. Adam oğurluğu ilə məşğul olan təşkilat dövlət içində, dövlət strukturlarında oturub. Hacı Məmmədovun dövründə onlar çayxanalarda otururdular. Ona görə bu işi açmaq çətindir. Ona görə cəsarətlə deyirlər ki, video montaj olunub. Montaj olunmayıb, bunu hüquqşünas kimi deyirəm. Yalan deyirəmsə, məsuliyyətə cəlb etsinlər. Montajdır? Qoy ekspertlərə versinlər. Azərbaycandakı ekspertlərin durumu aydındır. Ancaq beynəlxalq ekspertlər asanlıqla müəyyən edə bilərlər ki, burda videomontaj yoxdur.

- Siz deyirsiz ki, Gülər Əhmədovaya 2 milyon manat pul vermisiz. Dərhal bir sual gündəmə gəldi ki, haradandır ABU rektorunda bu qədər pul? Elə Gülər Əhmədova da bu sualı səsləndirib. Sual edir ki, bu pulları leqal biznesdən qazanıbsa, vergisi hanı? Daha sonra deyir: “Orqan mafiyasının başçısı daha neyləməlidir ki?”.

- Mən qardaşımın oğurluğu ilə bağlı kimə nə vermişəm, prokurorluqda dindirmə protokolunda hamısı var. Qohum-əqrəbam mənə kömək edib. İkincisi, mənim Bakıda tikinti şirkətlərində payım olub, mənzil payım. Bunu da satmışam. Bununla bağlı alqı-satqı müqavilələrim var. Yəni hamısının mənbəyi var. Mən onlar kimi camaatı təhdid edib var-dövlətini almamışam. Mənim əlimdən alıblar. Azərbaycanda 10 mindən çox sahibkar var, hamısı lal olub, kar olub. Eləsi var məndən betər müsibətlərlə üzləşib, biri də ağzını açıb danışmır. Bu nə ölkədir? Mən ləyaqətimin tapdanmağındansa ölkəmi tərk etmişəm.

- Siz bu ölkənin vəziyyətindən danışırsız, amma özünüz də son 20 ildə iqtidar partiyasının üzvü olmusuz. Yəni sizin də baş verənlərdə günah payınız yoxdurmu?..

- Heydər Əliyev Bakıya gələndə biz həqiqətən də qurban kəsmişik. Demişik ki, Allaha şükür, biz bu problemlərdən qurtulduq, Qarabağımızı da qaytaracaqlar. Bu işlərə də canla-başla kömək eləmişəm. Mən qısa müddətdə böyük işlər qurdum. Uşaq bağçası açdım, orta məktəb, kollec açdım, universitet, akademiya açdım. Bunu da qısqandılar. Qardaşımı girov götürüb bunları bir-bir geri tələb etdilər. Mən bununla bağlı bütün instansiyalara, Avropa Məhkəməsinə müraciət etmişəm ki, bu özbaşınalığa son qoyulsun. Bu boyda özbaşınalıq olar? Mən elə YAP-ın üzvü kimi danışıram. Ən böyük ziyanı da Azərbaycan müxalifətindən çox YAP-çılar çəkib. Ziya Bünyadov, Fərəməz Maqsudov qətlə yetirilib.

- Necə bilirsiz, bütün bunlardan sonra YAP hakimiyyətdə qalmalıdırmı? Deyirsiz ki, vəziyyət pisdir, cinayətkarlar hakimiyyət başındadır...

- Nə partiyası olur olsun, xalqın etimadını itirməməlidir. Onu itirdinsə, qalmaq şansı da azalır. Mən Heydər Əliyevə heykəl qoymuşam, onun adına mərkəz yaratmışam. Mən dövlətimizə xidmət etmişəm. Amma mən dövlətimdən dəstək görmədim.

- Siz universitet rektoru olmusuz. Gülər Əhmədova da sizi rüşvətdə, ali məktəbə saxta yolla qəbul aparmaqda ittiham edir. Bu yöndə sizinlə mübarizə apardığını bildirir.

- Məndə Gülər xanımla 5 saatlıq danışığımızın çəkilişi var. Orda bu söhbətlərin biri də olmayıb. Tam iftiradır. ABU universitetlərin reytinq göstəricisinə görə özəl universitetlər arasında birinci yerdə olub. Son illər Ermənistanda 72, Gürcüstanda 75, Azərbaycanda isə 77 özəl universitet yarandı. Qonşu ölkələrdə bu universitetlər yenə də fəaliyyət göstərir, amma Azərbaycanda 77 universitetin hamısı bizimki kimi sıradan çıxarıldı və birləşdirildi son yaranmış ailə universitetlərinə. Səbəb budur. Mən iki ildir gəlmişəm, gündə bir müəllim tuturlar. Dillər Universiteti dəbdədir, onun əleyhinə kampaniya gedir. Əsas problemi yaradanlar kənardadır. Kənardan baxıb millətə gülürlər.

- Yəni universitetdə rüşvət olmayıb?

- Hələ mənim dövrümdə bir nəfər rüşvətə görə məhkəməyə cəlb olunmayıb. Mən gedəndən sonra rüşvət məsələsi çıxdı, qara transplantasiya məsələsi gündəmə gəldi. Mən universitet nəzdində xəstəxana açmışam və onu icarəyə vermişəm. Baş həkim cinayət edirsə... Hesab edirəm ki, bu da saxta işdir. Mən Bakıdan çıxandan bir il sonra baş prokuror deyib ki, Azərbaycanda qara transplantasiya yoxdur. Sadəcə, bu yolla mənə təzyiq edirlər. Hələ universitet fəaliyyət göstərəndə qardaşımın işiylə bağlı Avropa Məhkəməsinə müraciət etdim. Mənim ərizəm artıq qeydiyyata götürüldü. Bundan sonra təzyiqlər başlandı. Dedim ki, qardaşımı qaytarın, ərizəmi geri götürüm. Olmadı.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru