Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... .....                     ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi mümkündür .....                     Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... .....                     Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb .....                     Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! .....                     Azərbaycan: qlobal xaosda stabillik simvolu .....                     21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib .....                     İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub .....                     İran buna görə gecə hücum edir .....                     Mobil Babayev vəfat etdi .....                     Fətullah Gülənin əmisi oğlu saxlanıldı .....                     Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi .....                     Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb .....                     SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? .....                     Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? .....                     Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? .....                     "Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" .....                     Vasif Talıbovun yaratdığı Fond .....                     İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir .....                     Vaşinqton Tehranla danışıqlara tələsir .....                     Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? .....                     "Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" .....                     “Traxtor”dan Trampa cavab: “Biz türklər...” .....                     "İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR .....                     İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? .....                     Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu .....                     “Ağsu Konserv-1” ASC səhmdarlarını .....                     ADY-nin İnfrastruktur Departamentində qalmaqal .....                     Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu .....                     Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil .....                     Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... .....                     "Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." .....                     Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər .....                     Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər .....                     Pasient Nigar Məmmədovanın səhvindən ölüb? .....                     "Orxan Mürsəlov mülkümü dağıtdırdı…" .....                     Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi .....                     Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... .....                     Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR .....                     DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək .....                 

Əməkdar artist: “Hər gün özümə ölüm arzulayıram”
Tarix: 12-03-2015, 08:48 | Çap et
Əməkdar artist: “Hər gün özümə ölüm arzulayıram”
Əməkdar artist, bir çoxlarımızın “İkinci səs”, “Yad qızı”, “Sənsiz” televiziya tamaşalarından sevdiyimiz və bəyəndiyimiz aktyor Füzuli Hüseynovla məhz teatr günündə görüşdük. Müsahibim tünd xasiyyətli olduğu qədər də maraqlı və şən insan idi. Müəyyən işləri ilə əlaqədar dəfələrlə müsahibəni təxirə saldığına baxmayaraq, biz nəhayət ki, uyğun vaxt tapıb görüşə bildik.

Bəhanələr...

- Füzuli müəllim, müsahibə üçün bu qədər bəhanələr nə ilə əlaqədar idi?

- Mən istəyirəm ki, müsahibə maraqlı keçsin. Müxbir məndən müsahibə almaq istəyirsə, mən ona dərhal “hə” cavabı vermirəm, fikirləşirəm ki, müxbir üçün məqalə, yazı deyil, şəxsən mənim söylədiklərim, mənim fikirlərim maraqlıdırsa, o məndən asanlıqla əl çəkməyəcək.

- Onda düşünmək olar ki, mən sınaqdan uğurla keçdim.

- Hə, amma bu müsahibənin gedişi ilə də bağlıdır.

- Elə isə hansı sualları sizə ünvanlamaq olmaz?

- Əvvəlcədən deyirəm, şəxsi və intriqa yarada biləcək sualları cavablandırmayacağam.

Siyasətdən uzağam...

- Belə bir qeyri-standart sual: bir çox həmkarlarınız vəzifə, nüfuz arzusundadır, hətta aralarında millət vəkili olmaq istəyənlər də var. Siz necə, namizədliyinizi irəli sürərdinzimi?

- Mən, ümumiyyətlə, siyasətdən uzaq insanam. Ola bilər ki, millət vəkili seçilə bilərəm, lakin olduqca aşkar və çılpaq danışdığım üçün məni dərhal “geri çağırarlar”.

- Bir dəfə sizə zəng etdikdə içkili olduğunuzu söylədiniz və müsahibədən imtina etdiniz. Ümumiyyətlə, tez-tez içirsiniz?

- Elə də tez- tez içmirəm. Dostlar, tanışlarla qonaqlıqlarda olanda olur.

- Sizcə, bir çox yaradıcı insanların içkiyə hədsiz meylini nə ilə izah etmək olar?

- Deməzdim ki, içkiyə yalnız yaradıcı insanlar meyillidir. O qədər yolda yaşayan insanlar var ki, hərəsi bir tərəfdə içib qalır. Mən deyərdim ki, çünki o qədər insan qəbul edir, o qədər problemlər həll edirlər ki, istər-istəməz əsəbləri tarıma çəkilir. Sadəcə, yaradıcı və tanınmış insanlar göz qabağında olduğu üçün kütlə mütəmadi olaraq onları izləməklə məşğul olur. Ümumiyyətlə, ayda 3- 4 dəfə içmək müsbət haldır.

- Sizin üçün vətəndən uzaqda qalmaq çətin deyil ki?

- Xeyr, istənilən ölkədə illərlə rahat şəkildə yaşaya bilərəm.

- Elə isə niyə Türkiyədə uzun müddət yaşamadınız? Bildiyim qədər, 2 ildən artıq yaşayıb, Bakıya qayıtdınız. Problem karyeranızla bağlı idi?

- Qətiyyən. Mən Türkiyəyə karyera, sənət arxasınca getmədim. Bir sıra işlərimiz vardı ki, sonra onlar Rusiya ərazisinə köçürüldü. İki il yarım Türkiyədə qaldıqdan sonra, Bakıya qayıtdım. Ümumiyyətlə isə mən mütəmadi olaraq harasa səyahət edirəm; bir ayağım Azərbaycandadır, bir ayağım xaricdə.

Həsən Turabovun arzusu ilə...

- Bir ara teatrdan da uzaq idiniz.

- Bəli. Teatra qayıdışım Həsən Turabovla bağlıdır. Çox sevdiyim, şəxsiyyətinə böyük hörmətlə yanaşdığım sənətkarın arzusu məni yenidən səhnədə görmək idi və mən onun istəyinə qarşı çıxa bilmədim.

- Son zamanlar çox az-az tamaşalarda yer alırsınız. Mümkünsə, səbəbini bizə açıqlayın.

- Açığı, elə bir qlobal problem olmur. Baxıram, ya əsər xoşuma gəlmir, ya rejissor işini bəyənmirəm, odur ki, mənə təklif olunan roldan imtina edirəm. Hal-hazırda teatr rəhbərliyindən ünvanıma səslənən narazılıq məhz bu məsələ ilə bağlıdır və mən bildirirəm ki, elə bir yaş dövrindəyəm, istər həyatda, istər səhnədə kifayət qədər təcrübə toplamışam. İstəmədiyim bir obraz üçün “yox” kəlməsini söyləməyə haqqım çatır.
- Füzuli müəllim, neçə yaşınız var ki?

- 53 hələ olmayıb. Amma həyat təcrübəm 53 yaşında bir insanın düşündüyündən artıq fikir söyləyir.

- Ürəyimdən, nədənsə, qəribə bir sual keçdi; görəsən, Füzuli Hüseynov neçə il ömür sürmək istəyir?

Ölüm arzulayıram...

- Heç neçə. Mən kifayət qədər yaşamışam. Bəsdir də. Bəlkə də, inanmayacaqsınız, amma özümə hər gün ölüm arzulayıram.

- Düşünmürsünüz ki, bu depressiyanın əlamətləri ola bilər?

- Bəlkə də. Hər halda, mən bu istəyimdə qətiyyətliyəm.

- Yəni, həyatda sizin üçün maraqlı heç nə yoxdur?

- Xeyr.

- O zaman özünüzü xoşbəxt hiss etmirsiniz?

- Ümumiyyətlə, xoşbəxtlik nədir?

- Fizuli müəllim, siz məndən soruşursunuz? Mən hətta özümü bir anlıq müsahib hiss etdim. Deyəsən, estafeti yavaş-yavaş əlinizə keçirirsiniz.

- (Gülür) Yox, yəni sözümün canı ondan ibarətdir ki, “xoşbəxtlik” ifadəsinin özü birmənalı şəkildə mücərrəd anlamdan ibarətdir. “Xoşbəxtəm” deyən insanların ağlına şübhə ilə yanaşıram.

Mən təsadüfi hallarda xoşbəxt ola bilərəm; dostum qonaq gəlib - xoşbəxtəm, axşam yatanda özümü xoşbəxt hiss edirəm. Amma ümumilikdə, xoşbəxtliyin nədən ibarət olduğunu anlamıram.

- Deməli, həyatınızdan razı deyilsiniz?

- (Gülür) Narazı olmağım da bir işə yaramır. Narazı olub nə edəcəm?

Həyatı boz rəngdə görürəm...

- Bütün müsahiblərimə ünvanlandırdığım bir psixoloji sualı sizə də ünvanlayıram: sizin üçün həyat hansı rənglərdən ibarətdir?

- Tünd rənglərdən, daha dəqiq desəm, həyat mənim üçün boz rəngdən ibarətdir.

- Tünd, boz rənglər - depressiyalı insanların seçdiyi rənglərdir.

- Ola bilər. Hər halda, mən elə hiss edirəm.

- Boş zamanınızı necə keçirirsiniz? Mütaliəni xoşlayırsınzmı?

- Əvvəllər mütaliə edərdim, indi xoşlamıram. Amma boş zamanımda balıq tutmağı sevirəm. Bu hobbim üçün hətta xüsusi olaraq Rusiyanın Astraxan vilayətinə gedirəm. Ümumiyyətlə isə səyahət etməyi çox sevirəm.

- Şəxsi həyatınızla bağlı sual verməməyi rica etdiniz, ancaq mənim üçün maraqlıdır: yaraşıqlı və tanınmış Füzuli Hüseynov üçün əlçatmaz, nakam sevgi olubmu?
- (Fikirləşir)...

Fanat sözünə nifrət edirəm...

- Yəqin, susmağınızı razılıq kimi qəbul etmək olar. Və ya istəsəniz, suala cavab verməyə bilərsiniz.

- Yox, sadəcə olaraq, düşünürəm. Bilirsiniz, mən “pərəstişkar”, “fanat” sözünə nifrət edirəm. Hörmət ola bilər. Füzuli Hüseynova oynadığı rollarla bağlı sevgi də yarana bilər. Yalnız bir şərtlə, həddi aşmamaq dərəcəsində. Bəzən elə qadınlar olur ki, manyak kimi gecə-gündüz insanı izləyirlər. Bu anormallıqdır.

Amma mənim kiməsə olan hisslərimlə bağlı yalnız onu deyə bilərəm ki, əlçatmaz xanım mənə görə deyil. Mən istəmədiyim xörəyi yemirəm.

- Bəzi tanınmış kişilər var ki, nüfuzlu və səlahiyyətli qadınların sevgilərinə rədd cavabı verdikləri üçün yollarında hər zaman maneələr olub. Sizdə belə hallar müşahidə olunubmu?

- Hə, çox olub. Amma mən qisas almağı sevən insan deyiləm.

- Qadınları nə zamana qədər “yad qızı” kimi qəbul edəcəksiniz?

- Vallah, yad-filan deyildirlər mənim üçün. Sadəcə olaraq, hər kəsin öz yeri var, hərəsi həyatımda bir parçadır, həmkar, dost, tanış, sevgili. Axı bunlar başqa-başqa anlamlara aid insanlardır, hamısını bir-birinə “qatıb-qatışdırmaq” olmaz.


Anam belə doğub...

- Çox maraqlıdır ki, hər dəfə “sevgili” dedikdə köks ötürürsünüz və gözlərinizə izaholunmaz kədər dumanı çökür.

- Gözlərimdəki o kədərdi, dumandı – hamısı doğulandan belədir. Nə edim? Anam belə doğub.

- “Sənsizlik” özünü tez-tezmi yada salır?

- Hərdən olur. Amma mən onu özümdən uzaqlaşdırmağa çalışıram.

- “İkinci səsinizə” qulaq asdığınız zamanlar çox olubmu?

- Olub. Amma əsas olaraq, çalışmışam ağlımın səsinə qulaq asım.

Aktyor peşəsinə hörmət azdır...

- Qəribə təsadüfdür, amma sizinlə məhz teatr günündə görüşdük. Üstəgəl, bu gün həm də yel çərşənbəsidir. Teatrın bugünkü vəziyyəti ilə razısınızmı və teatr əhlinə, teatra nə kimi arzularınız var?

- Deməzdim ki, teatrın bugünkü durumu ürəkaçandır. Söhbət, əlbəttə ki, yenicə təmir olunmuş binadan, səhnə tərtibatı və s. kimi yenilikdən getmir. Ümumiyyətlə, aktyor peşəsinə hörmət azdır, maaşlar aşağıdır. Teatr mütləq şəkildə inkişaf etməlidir. Teatr əhlinə aid müəyyən kütlə var ki, onlar qırmızı xətdən kənarda dayanıblar və onları dirçəltmək qeyri- mümkündür. Biz ara-sıra etiraz səsimizi ona görə yüksəldirik ki, vicdanımız qarşısında hesabat veririk, nəyin doğru olduğunu dərk edirik.

- Sonuncu dəfə hansı filmdə və tamaşada yer almısınız?

- Ayın 6-sı Çingiz Abdullayevin əsəri əsasında Yavər Rzayevin quruluşçuluğu ilə çəkilən “Dronqo” filmində yer aldım. Və hal-hazırda 2 tamaşada oynayıram: “Generalın son əmri” və “Teleskop” tamaşalarında yer alacağam.

“Onsuz da hamınız güllələnəcəksiniz...”

- Sizinlə səhnədə baş verən gülməli bir hadisəni bizə nəql edərdiniz.

- Gülməli hadisələr çox olub, amma birini sizə danışa bilərəm. Demək, orta əsrlərə aid səhnədə gözətçi rolunu ifa edirdim. Rejissor tapşırdı ki, qapı açılacaq və daxil olub deyərsən: “Kəsin səsinizi, onsuz da səhərə hamınız asılacaqsınız! Bax, “güllələnəcəksiniz” deyərsən ha-a birdən?! “Asılacaqsınız” de, diqqətli ol!”

Mən də razılaşıram. İndi səhnəyə çıxışım zamanı gedib nə desəm, yaxşıdır? “Onsuz da səhərə hamınız güllələnəcəksiniz!” Səhnədə də qılınc-qalxan dövründən bəhs olunurdu.

- Xanım tərəf-müqabillərinizdən hansı ilə işləmək daha asandır?

- Düşünmədən deyirəm, birinci növbədə - Sənubər İsgəndərli, ikinci - İlahə Həsənova və Dilarə Əliyeva ilə çalışmaq mənə xüsusi zövq verir. Bu qadınlar aktrisa kimi olduqca həssas və anlayışlıdırlar.

İncəsənətə təsadüfi gəldim...

- İncəsənət aləminə gəlişinizlə bağlı açıqlama edərdiniz və mümkünsə, teatrın təməlini sizə izah edən və sevdirən müəllimlərinizin adlarını çəkərdiniz.

- İncəsənət İnstitutuna ona görə daxil oldum ki, orada riyaziyyat fənni yox idi. Mən imtahan verdim və qəbul olundum. Ailəmizdə, məndən savayı, ömrünü incəsənətə bağlayan ikinci insan yoxdur. Mən də tam təsadüfi gəldim sənətə. Müəllimlərimdən isə Zəminə Hacıyeva, Fuad Hacıyev və Nəsir Sadıqzadənin adını çəkə bilərəm.

- Tam təsadüfi incəsənət aləminə gəldiniz və aktyor kimi yetişməyə başladınız.

- Yox, mən aktyor deyiləm.

Müsahibəni bəyənmədim...

- Bəs kimsiniz?

- İstənilən peşə sahibiyəm, amma aktyor deyiləm. Bu müqəddəs peşəni çox aşağı səviyyəyə gətiriblər və haradasa, bu baxımdan bizim günahımız az deyil!

- Sizinlə müsahibəyə başladıqda müsahibələrin maraqsız olduğunu söylədiniz. Bu müsahibəni necə, bəyəndinizmi?

- Acığı, bəyənmədim. Mən qorxurdum, siz mənə elə suallar verəcəksiniz ki, mən divara qısılıb qalacam. Amma adi müsahibə oldu.

- Hər halda, depressiyadan əziyyət çəkən, şəxsi və intriqa yarada biləcək suallara qadağa qoyan şıltaq aktyorumuzu müsahibəyə cəlb etmək özü bir hünər istəyir, elə deyilmi?

- Bəlkə də. Ola bilər ki, siz haqlısınız.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... -MÜRACİƏT
Bu gün, 11:12
ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi mümkündür - KİV
Bu gün, 11:09
Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb – Minimum əməkhaqqından aşağı düşüb
Bu gün, 11:01
Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! - FOTOFAKT!
Bu gün, 11:00
Azərbaycan: qlobal xaosda stabillik simvolu - FAKT BUDUR!
Bu gün, 10:55
21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib - SİYAHI
Bu gün, 10:53
İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 10:52
İran buna görə gecə hücum edir - Səbəbi açıqlandı
Bu gün, 10:41
Mobil Babayev vəfat etdi
Bu gün, 10:39
Fətullah Gülənin əmisi oğlu saxlanıldı
Bu gün, 10:37
Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi - "Ricamız ondan ibarətdir ki..."
Bu gün, 10:24
Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 10:21
SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? - İTTİHAM VAR...
Bu gün, 10:14
Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? - görünəni odur ki...
Bu gün, 10:05
"Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" - NARAZILIQ VAR...
Bu gün, 10:00
Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ
Bu gün, 09:57
İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir - CNN
Bu gün, 09:53
Vaşinqton Tehranla danışıqlara tələsir - “The New York Times”
Bu gün, 09:33
Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? - NƏ ETMƏLİ?
Bu gün, 09:22
"Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" - deputat
Bu gün, 09:21
“Traxtor”dan Trampa cavab: “Biz türklər...” - Tehranda 15 milyona yaxın insan yaşayır...
Bu gün, 09:15
"İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR - DETALLAR
Bu gün, 09:13
İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? - İNCƏLƏMƏ
Bu gün, 09:12
Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu - REPORTAJ
Bu gün, 09:05
“Ağsu Konserv-1” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:00
ADY-nin İnfrastruktur Departamentində qalmaqal - Xanım əməkdaşın səhhəti pisləşdi.
Bu gün, 08:56
Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu - "... sizdən üzr istəyirik"
Bu gün, 08:48
Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil - ÇÜNKİ...
Bu gün, 08:43
Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... - AKTUAL
Bu gün, 08:38
"Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." - NHM-dən İLGİNC HESABAT
Bu gün, 08:36
Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər - İrandan isə...
Bu gün, 07:25
Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər - AÇIQLAMA
Bu gün, 07:21
Pasient Nigar Məmmədovanın səhvindən ölüb? - TƏFƏRRÜAT
Bu gün, 07:14
"Orxan Mürsəlov mülkümü dağıtdırdı…" - Gədəbəydə ÖZBAŞINALIQ
Bu gün, 07:10
Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi - MƏMUR İMİŞ...
Bu gün, 07:07
Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Bu gün, 07:01
Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR - DİQQƏT
Bu gün, 06:55
DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək - ÇAĞIRIŞ
Bu gün, 06:53
"Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" - partiya sədri
Bu gün, 06:50
Şəhid ailəsi Prezidentdən kömək istədi - "...ödəyə bilmirəm"
Bu gün, 06:47
Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? - NƏ BAŞ VERİR?
Bu gün, 06:37
Yüksələn neft qiyməti: Bəs nə vaxta qədər? - AKTUAL
Bu gün, 06:34
Sertifikasiyadan kəsilən müəllimlər repetitora çevrilir? - ARAŞDIRMA
Bu gün, 06:31
"Uşaqlarıma təhsil belə, verə bilmirəm" - MÜRACİƏT
Bu gün, 06:29
Sosial yardımı kəsmək üçün əcaib bəhanə - BU NƏDİ BELƏ?
Bu gün, 06:26
Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana gəldi
Bu gün, 06:23
Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var – “Hazır olun!”
Bu gün, 06:20
Tramp komandasına təcili İran rəsmiləri ilə görüşməyi tapşırıb
Bu gün, 06:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru