Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                 

“Babək Niftəliyev dövlət tədbirində gəlib Şəfiqə xanımın önünü kəsdi”
Tarix: 2-03-2026, 11:20 | Çap et

Əməkdar incəsənət xadimi Arif Əsədullayev və onun həyat yoldaşı, Xalq artisti Şəfiqə Eyvazova. Onların adları Azərbaycan cəmiyyətinə, xüsusi ilə də sənətsevərlərə yaxşı tanışdır. Hər ikisi tanınmış kamança ustasıdır, bir zamanlar efirlərdə tez-tez görünərdilər.

Bu dəfə tanınmış kamança ustası, Əməkdar incəsənət xadimi, professor A.Əsədullayevlə söhbətləşdik. Həyatının 59 ilini sənətə həsr etmiş ustadan musiqi, yaradıcılıq və sənət adamlarına verilən dəyər barədə danışmasını istədik. Söhbətimizdə Arif müəllim həm öz təcrübəsini paylaşdı, sənətin indiki durumuna toxundu, həm də Mədəniyyət Nazirliyindən gileyləndi

.“Yeni Sabah” Arif Əsədullayevlə müsahibəni təqdim edir:

- Bir müddət əvvəl mədəniyyət naziri Adil Kərimlinin qəbulunda olmusunuz. Qəbula getməyiniz nə ilə bağlı idi?

- Mən çoxdan mədəniyyət nazirinin qəbuluna düşmək istəyirdim. İllər əvvəl keçmiş nazirlə görüşmüşdüm. İndi isə təxminən 1 saat 15 dəqiqə orada oldum. Azərbaycanda musiqi mədəniyyətinin inkişafı üçün bir çox məsələlərə toxunduq. Həm mən razı qaldım, həm də qarşı tərəf. Hətta o, işçilərinə tapşırdı ki, problemlər həll edilsin, tez bir zamanda yenidən görüş təşkil etsinlər. Çünki mən gələcəkdə mədəniyyətimizin inkişafına xeyir verəcək işlər görmək istəyirəm.

- Nazirdən nəsə xahişiniz vardı?

- Əvvəla qeyd edim ki, indiyə qədər gördüyüm işlərdə heç bir dəstək almamışam. Yazdığım kitabları heç bir şəxs, idarə və ya nazirlik çap etmədi, hamısını öz hesabıma çap etdirmişəm. Ona görə də mənim dilim uzundur.

Bu gün kimin ağlına nə gəlirsə, onu ifa edir, amma düzgün variantı göstərəcək bir mənbə, işarə yoxdur. Mən isə muğamları tədris proqramına uyğun olaraq yazıb çap etdim. Bu işə 7-8 il vaxtım getdi. Mənə heç kim təşəkkür bildirmədi.

Daha sonra mən Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında işlədim. Əməkdar incəsənət xadimi adını aldım.

2017-ci ildə kafedra müdirimiz, Xalq artisti Ramiz Zöhrabov vəfat etdi, yerinə başqa adam gəldi. O da dələduzun biridir. Başladı ki, digər müəllimlərin dərs saatları çatmır, dərs yükü düzəlmir. Bu bəhanələrlə 49 ildən sonra mənim dediyim dərsləri əlimdən alındı və başqa birinə verdi. Mən isə professor-konsultant vəzifəsinə keçirildim və maaşım da aşağı düşdü. 4 il elmi laboratoriyada işlədim, kitablar yazdım və nağıl yox, ciddi elmi əsərlər yaratdım. Hazırladığım nəşrlər tar və kamança alətləri haqqındadır. Kitablarda bu alətlərin yaranma tarixi, səsi və təsir xüsusiyyətləri ətraflı izah olunub. Ümumilikdə, iki kitab birlikdə 830-840 səhifəyə yaxındır.

- Bu kitabların çapına nazirlik yardım etmişdi?

- Xeyr, bütün kitabları öz hesabıma çap etdirdim, heç kim kömək göstərmədi. Nazirliyə də demişdim ki, muğamları yazmışam, bunu xalqım üçün etmişəm, öz atam-anam üçün yox. Bizim mədəniyyətimizin çox övladları var, amma onları qoruyan yoxdur. Bəlkə 80%-i artıq dünyasını dəyişib. Ona görə mən muğamları yazdım və kitabları çap etdim.

Mən ifaçıyam, ansamblda çalışmışam. Bu yaxınlarda bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət etdim ki, nazirlə görüşüm. Çox problemlərimiz var. İndiyə qədər özüm üçün heç nə istəməmişəm, indi də istəmirəm. 77 yaşım tamam olur. Bu gün varam, sabah yoxam, heç kəsə sabahına zəmanət yoxdur. Allah can sağlığı versin, nə qədər imkanım var yaşayım.

- Arif bəy həyat yoldaşınız Xalq artisti Şəfiqə Eyvazova da sənətçidir. O da sizin kimi Mədəniyyət Nazirliyindən narazıdır?

- Xalq artisti Şəfiqə xanım Eyvazova 79 yaşındadır, sabah-birigün 80 yaşı olacaq. 60 yaşından bəri deyirlər ki, ona təqaüd veriləcək, amma hələ də vermirlər. O, Bakı Musiqi Akademiyasında işləyib, professor adı alıb, lakin sənədlərlə bağlı problemlər yaranıb. 2016-2017-ci illərdə professorluğu təsdiqlənsə də, bu günə qədər lazımi diqqət göstərilmir. Şəfiqə xanım uzun illər Əməkdar artist, sonra Xalq artisti olub, kitabları var, böyük sənət yolu keçib. Buna baxmayaraq, tədbirlərə dəvət olunmur, qadınlara həsr olunan tədbirlərdə belə adı çəkilmir. Qızım Mehriban kamança ifaçısıdır, illərdir ki, çalışır, beynəlxalq festivallara dəvət alır, Türkiyədə, Almaniyada, Fransada konsertlər verir. Dünya musiqisinə geniş baxışı var, müxtəlif xalqların musiqisini ifa edir. Amma Azərbaycanda ona lazımi diqqət göstərilmir, ölkə daxilində demək olar ki, tədbirlərə dəvət olunmur. Biz dəfələrlə müraciət etmişik ki, sənət adamlarına dəstək olsunlar, xarici səfərlərə göndərsinlər. Bəzi festivallara dəvət alanda xərclərin çoxunu öz hesabımıza ödəmişik. Bir dəfə tam, başqa dəfə yarısını biz, yarısını nazirlik qarşılayıb. Sonrakı dəvətlərdə isə imkan olmadığından gedə bilməmişik. Biz istəyirik ki, sənət adamlarına diqqət və dəstək olsun, onların zəhməti qiymətləndirilsin. Əgər biz öz hesabımıza xaricdə tədbirlərə gedəcəyiksə, onda Mədəniyyət Nazirliyi niyə var?! Ancaq sənədlərə qol çəkmək üçünmü vəzifədə oturublar?!

- Nazirlə görüşdən əsas gözləntiniz nə idi?

- Məsələn, Özbəkistanda Azərbaycan günləri keçirildi. Deyirlər ki, bu cür tədbirlər xalqlarımızın əlaqələrini daha da möhkəmləndirir. Jurnalistlər də gedir, konsertlər təşkil olunur. Amma bəzən elə qəribə vəziyyətlər yaranır ki, adam çaşır. Biz orada iştirak etmədik. Mən Azərbaycan dilində iki kitab yazıb çap etdirmişəm, hərəsindən 100 nüsxə. İstəyirdim ki, bunlar dünyaya yayılsın, bilinsin ki, kamança da, tar da bizim milli musiqi alətlərimizdir. Nazirliyə müraciət etdim ki, kitabları ingilis dilinə tərcümə edib çap etməkdə kömək etsinlər. Dedilər ki, buna imkanımız yoxdur, tərcümə və çap xərcləri çoxdur. Mən isə bütün bunları öz maaşımdan, öz zəhmətimlə etmişəm. Mətbəəyə özüm müraciət edirəm, öz cibimdən ödəyirəm. Bu qədər zəhmətdən sonra sənət adamlarına belə münasibət doğru deyil. Sənət adamları çox həssas olur. Bəziləri sənətə yalnız pul qazanmaq üçün gəlir, amma həqiqi sənətkarlar sənət üçün yaşayır. Mən illərlə müsabiqələrdə iştirak etmişəm, yüzlərlə tələbəyə qulaq asmışam, amma demək olar ki, heç bir maddi dəstək görməmişəm. Xarici ölkələrdə çıxış edəndə isə insanlar bu musiqini böyük maraq və hörmətlə qarşılayırlar. Hətta bir konsertdən sonra bir qadının ağladığını gördüm. Hesab edirəm ki, belə haqsızlıq olmamalıdır. Əgər mən bu kitabları tərcümə edib dünyaya yayacağamsa, bunu öz adımdan yox, Azərbaycanın adı ilə etmək istəyirəm. Çünki bu, şəxsi məsələ deyil, milli mədəniyyət məsələsidir.

- Kitabla bağlı dəstək istəyəndə nazirliyin cavabı nə oldu?

- Məndən soruşdular ki, “nə istəyirsiniz?” Dedim mənə heç nə lazım deyil. Artıq 77 yaşındayam, bu günə kimi bir abbası da istəməmişəm. Bu yaşa qədər bir çox müsabiqələrdə sədr olmuşam, müxtəlif heyətlərdə iştirak etmişəm. 500-600 tələbəyə qulaq asmışam, amma bunun qarşılığında mənə simvolik bir məbləğ veriblər. Demək olar ki, bütün bunları cüzi qonorarla etmişəm.

Bir vaxt məndən xahiş etdilər ki, Moskvadakı nümayəndələr üçün muğam notlarını verim və kitabımın müəllifliyindən imtina edim. Üstəlik şəxsiyyət vəsiqəmin surətini istədilər, yaxşı bir avadanlıq və böyük məbləğ vəd etdilər ki, ömrümün axırına qədər maddi təminatım olsun. Mən isə dedim ki, bu Azərbaycan mədəniyyətinə hörmətsizlikdir, imtina etdim. Dedim mən yazdığım əsəri başqa adla çap etdirə bilmərəm. İmkanım çatsa, özüm çap etdirərəm, çatmasa da bu yola getmərəm. Əvvəllər bir maaşla dolanmaq çətin olduğuna görə 3-4 yerdə işləyirdim. İndi isə bütün saatlarımı alıblar, yalnız bir yerdə - elmi laboratoriyada işləyirəm. Başım işə qarışsın deyə çalışıram, amma bu münasibət sənət adamına hörmətsizlikdir. Sənət adamları çox həssas olur, bəziləri sənətə yalnız qazanc üçün gəlir. Həqiqi sənət isə zəhmət və fədakarlıq tələb edir.

Tələbələrim arasında çox istedadlı gənclər olub. Bəziləri elmi dərəcə alsa da, iş tapa bilmir. Mən özüm bəzi musiqi məktəblərindən çıxıb yerimə tələbələrimi qoymuşam ki, işsiz qalmasınlar. Amma yenə də haqsızlıqlar davam edir.

2010-cu ildə konsertlər təşkil olunub, sonrakı illərdə də öz hesabıma zal icarəyə götürmüşəm, orkestr dəvət etmişəm. Bütün bunları şəxsi imkanlarımla etmişəm.

Yazdığım kitabları ingilis dilinə tərcümə etdirmək istəyirdim, amma buna büdcələrinin olmadığını bildirdilər.

- Nazirin qəbuluna düşmək üçün çox gözləməli oldunuz?

- Mən dəfələrlə müraciət etmişəm, lakin qəbula düşmək çətindir. Müraciət edirsən, gah deyirlər nazir səfərdədir, gah deyirlər başqa yerdədir, tədbirdədir, kabinetində yoxdur və s. Belə münasibət doğru deyil. 1967-ci ildən bu yana mədəniyyət sahəsində çalışıram və bu sənətin içində baş verən çox hadisələrin canlı şahidi olmuşam. Ömrünü sənətə həsr edən insanların bu gün lazımi dəyəri görməməsi məni çox narahat edir. Vaxtilə çox hörmətli və tanınmış sənətkar olan Şəfiqə Eyvazovanın necə böyük nüfuza malik olduğunu öz gözlərimlə görmüşəm. Həmin illərdə o, xarici ölkələrdə çıxış edir, ölkəmizi layiqincə təmsil edirdi. Ona göstərilən hörmət də, münasibət də tamam başqa idi.

- Şəfiqə xanımla sizi tədbirlərində az-az görürük. Getməkdən imtina edirsiniz, ya necə?

- Son vaxtlar bir çox tədbirlərdə ədalətsizliklərlə üzləşirik. Bir tədbirdə bizi kənarda oturtdular, əsas yerləri isə bu sənətdə yeni olanlara verdilər. Halbuki biz ömrümüzü Azərbaycan mədəniyyətinə xidmətə sərf etmiş insanlarıq. Bu münasibəti qəbul etmək çətindir. Bu gün gənclər qısa zamanda yüksək mükafatlar, təqaüdlər alırlar, alsınlar, buna etirazım yoxdur. Amma illərlə xidmət göstərmiş sənətkarların unudulması haqsızlıqdır. Əmək, zəhmət, səhnəyə verilən ömür qiymətləndirilməlidir. Mən bu sahədə onilliklər boyu çalışmışam, bir çox böyük sənətkarlarla eyni səhnəni bölüşmüşəm. Bu gün həmin insanların çoxu həyatda yoxdur, gördüklərimizi, bildiklərimizi danışan az qalıb. Ona görə hesab edirəm ki, sənətə və sənətkara münasibətdə hörmət qorunmalıdır. Ağdamda Prezidentin də iştirak etdiyi tədbir vardı, mən və Şəfiqə Eyvazova da iştirak edirdik. Bir xanəndə var Babək Niftəliyev adında. Prezident gələndə gəldi dayandı Şəfiqə xanımın qarşısında. Bu şəxslərə tərbiyə bu cür verilib?! Buna baxmayaraq, o Əməkdar artistdir! Bu gün yerindən durana Əməkdar artist, Xalq artisti adı verirlər, hamısına ev verirlər. Şəfiqə xanıma ev verdilər, Heydər məscidinin yanında. Amma digər sənət adamları hamısı şəhərin mərkəzində ev alır. Dərdini kimə deyəsən? Heç kəs yiyə durmur! Hər kəs öz qazancını, öz kreslosunu düşünür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru