Müğənni Rəqsanə İsmayılovanın həbsxanada olduğu günlərdə yazdığı kitab işıq üzü görəcək.
Milli.Az xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında yazıb. O, bildirib ki, kitabın adı "Müəllimə və bənzərsiz" olacaq.
Qeyd edək ki, ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova həbsdə olduğu müddətdə oxuduğu kitablardan danışaraq 3 ayda 300 kitab oxuduğunu iddia etmişdi:
"Quranı, Tövratı, Bibliyanı oxudum. Bu müddət ərzində 300-ə yaxın kitab bitirdim. İndiyə kimi çox böyük səhvlər etmişəm".
Müğənninin açıqlaması müzakirələrə səbəb olub. Bildirilib ki, bu iddia günə 3-4 kitab oxuyub bitirmək anlamına gəlir ki, bu da fiziki baxımdan mümkünsüzdür.









