"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənətçi Nura Suri qeyd edib.
O daha sonra bildirir: Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1–2 ildən sonra da çıxarış alanda baxırsınız ki, 130 kv aldığın ev əslində 100 kv imiş. Müqavilədə yazdıqlarının heç birinə də əməl etmirlər.
MTK ilə müqavilə bağlayırsınız, 3–4 il sonra olur MMMC, guya əl dəyişir (əslində sadəcə ad dəyişir). Bir probleminiz olanda da deyir ki, Binanı mən tikməmişəm.
Çox absurd və məntiqsiz hər şeyə reaksiya vermisiniz, çoxunun da dərdi kim necə geyindi, kiminlə sevişdi və sairdir.
Xoşbəxt adamlarsınız e, xəbəriniz yoxdur..."









