“Bayağı müğənnilər hər zaman olub. Amma onları verilişlərdə yuxarı başa keçirmirdilər. Bizim vaxtımızda belə şey olmayıb. Sənətkar başqadır, həvəskar başqa”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Könül Kərimova “Gün ortası” verilişində deyib.
Müğənni sənətə yeni gələn, böyük-böyük danışan müğənnilərlə bağlı iradlarını bildirib:
“Demirəm e, dünən sənətə gəlib, bu gün əsər oxumalıdır. amma retro musiqilərdən xəbərdar olmalıdır. Bu musiqiyə hörmətlə yanaşmalıdır. Ad çəkməyəcəyəm, verilişlərdə yaxşı rubrikalar var. Məşhur sənətkarların adlarını çəkirlər fotoların göstərirlər, böyük-böyük danışan, böyüyə-kiçiyə “dərs keçənlər” deyənlər onların heç birini tanımırlar. Ən dəhşətlisi budur. Axı bu, sənin öz sahəndir, səndən başqa sahənin adamları barədə soruşmurlar. Nə qədər zəif olsan da, bunu bilmək nə dərəcədə çətindir?”