Aktyor Taleh Yüzbəyov xalq artisti Rasim Balayevlə aralarında yaranmış qalmaqala münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, o, bu barədə “Pərvizə görə” adlı YouTube proqramında danışıb.
Taleh Yüzbəyov bildirib ki, onu narahat edən əsas məqam Rasim Balayevin baxmadığı film haqqında fikir bildirməsi və aktyorlara qarşı kobud ifadə işlətməsi olub:
“Bəyənmədiyim tək şey o idi ki, Rasim Balayevin baxmadan bizim haqqımızda fikir bildirməsi və "tərbiyəsiz" deməsi düzgün deyildi. Demək olardı ki, Taleh istedadsız aktyordur, Əlixan istedadsız aktyordur, film çəkə bilmirlər və s. Obraza görə aktyora qiymət vermək düzgün deyil axı. Siz bunu hamıdan yaxşı bilməlisiniz. Bu şeylər xoşuma gəlməmişdi, qıcıqlanmışdım. Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər”.
Qeyd edək ki, bir müddət əvvəl xalq artisti Rasim Balayev bəzi filmlərdə tərbiyəsizlik təbliğ olunduğunu demiş və bu fikirlər birmənalı qarşılanmamışdı.