Aşıq Əhliman Rəhimovun səhhətində problem yaranıb.
Kult.az xəbər verir ki, bu barədə "Həmin Zaur" verilişində aparıcı Zaur Kamal məlumat verib.
Aparıcı sənətkarın iki dəfə insult keçirdiyini bildirib:
"Aşıq Əhlimana Allah kömək olsun. İki dəfə insult keçirib, danışmaqda çətinlik çəkir".
Qeyd edək ki, Əhliman Rəhimov üç il əvvəl ürək problemi ilə bağlı əməliyyat olunmuşdu.
***
Aşıq Əhliman Rəhimovun sağlamlıq durumu ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu sözləri Oxu.Az-a açıqlamasında Ə.Rəhimovun qızı Nəzrin Rəhimova bildirib. O qeyd edib ki, atası sonuncu dəfə 10 il əvvəl insult keçirib və hazırda vəziyyəti yaxşıdır.