Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                 

"Rəhmətlik Hacı Şahin də ada görə gəlməmişdi" - Murad Arif
Tarix: 7-04-2025, 13:14 | Çap et
"Rəhmətlik Hacı Şahin də ada görə gəlməmişdi"
Müsahibimiz bəstəkar, jurnalist, müğənni, prodüser Murad Arifdir.

Onunla bu müsahibədə sənətdən və cəmiyyətdən danışmışıq.

"DİA-AZ" Gununsesi.info-ya istinadla Murad Ariflə müsahibəni təqdim edir:

– Murad bəy, “Popumuz var” verilişiniz xeyli məşhurlaşmışdı, ancaq davam edə bilmədiniz…

– Əsas məsələ vaxtımın olmamasıdır. “Səs Azərbaycan” bir yandan, məclislərim, ailə həyatım-hamısı üst-üstədir. Bir də gördüm, özüm üçün yaşamıram, heç nəyə vaxtım qalmır, ona görə də belə qərar verdim. Üstəlik, bu cür tənqidi verilişin mənəvi əzabları da var. Əgər daxilində hansısa kriteriyalar varsa, hansısa problemi axıracan danışa bilməmək adamın içində qalır.

– Sıxışdırılırdınız?!

-Yox, məsələ o deyil. İçində qalan şeylər bəzi tamaşaçanın qarşısında səni sifarişli, nadürüst, bəzisinin də qarşısında gündəmi dəyişmək aparatı kimi göstərir. Olmayan şeyləri də danışırlar, bunun özü də məni sıxır. Məsələn, hansısa məsələni qaldırmaq istəyirəm, ancaq qaldıra bilmirəmsə, əzabdır. Ya da qalxan məsələni tam danışa bilmirsən. Hələ bunun camaatla üz-göz olmaq tərəfi də var.

– Camaatla niyə üz-göz olursunuz ki?

– Məsələn, kimsə verilişimdə hansısa nazirliyi tənqid edirsə, vəssəlam. Bu, təkcə ictimai mövqeyimi ortaya qoymaq deyil, gələcəkdə qazana bilməyəcəyim iki yüz-üç yüz min manat puldur. Çünki həmin nazirlikdə, idarədə yuxarıdan aşağıya kimi heç kim məni toyuna çağırmayacaq. Çox şey oldu. Sonradan özüm belə öz verilişimə baxa bilmədim. Mən baxanda belə hiss yaşayıramsa, gör, tamaşaçı necə hiss edir. Bu verilişə başlamazdan əvvəl Rusiyalı jurnalist Yuri Duddan ilham almışdım. O, çox yaxşı podkastlar aparır, onun qədər cəsarətli ola bilmərəm. Hazırda Avropada yaşayır. Məsələn, reperləri filan çağırır, musiqiçilərlə musiqi ətrafında cəmiyyətdən danışırdı. Mən də belə bir format yaratmışdım. Təəssüf ki, işlər belə gətirdi.

– “Popumuz var”-a xeyli ciddi adamlar gəlmişdi. Heç çağıranda gəlməyən adam olmuşdumu?

– Olmuşdu. Ramiz Rövşən gəlmədi. Dedi, ay oğlum, sənin qonağın olaram, amma bu adda verilişə çıxa bilmərəm. (Gülür) Rəhmətlik Hacı Şahin də ada görə gəlməmişdi.

– Murad Arifi bu gün tək müğənni kimi yox, digər ictimai fəaliyyətlərdə də görmək olur. Ümumiyyətlə, Murad Arif niyə belə edir, qorxmur ki, ona “hərşeyşünas” deyərlər?

– Qorxuram. Elə bu mövzuda özümü tənqid edərək bir çox işlərimi kənara qoymuşam. Məsələn, jurnalistlik fəaliyyətimi. Amma bir ifadəni öz üzərimə götürür və doğrulduram. Mən musiqi prodüseriyəm. Musiqi prodüseri musiqi yaza, haqqında danışa, istəsə də oxuya bilər.

– Sizə şoumen də demək olar? Xətrinizə dəymir ki?

– Musiqi prodüseri ifadəsini daha çox sevirəm, bu, mənə daha yaxındır. Şoumenlik belədir ki, məsələn, Aygün Kazımova da müğənnidir, amma şoumendir, Röya müğənnidir, amma şoumendir. Hər müğənni şoumen ola bilmir. Bu, mənim üçün peşə deyil, fitrətdir. İnsanın qanında olmalıdır belə şeylər. Şoumenliyin müğənniliyə aidiyyatı yoxdur. Yaza bildiyimi oxuyuram, oxuya bildiyimi də yazıram. Yaxşı mahnılar müəllifiyəm. Hərşeyşünas olmaqdan qorxuram, belə də tanınmaq istəməzdim. Bizim şou cameəmiz elə boşluq yaşayır ki, bunu doldurmaq lazım olur. Parlaq adamımız azdır. Bir əlin barmağını keçməyən adamlar var e.

– Məsələn, kimlər, ad çəkə bilərik? Siz ad çəkin, bilək ki, yerdə qalanlar parlaq deyil.

– Ortada olanlar parlaqlardır. Məsələn, Faiq Ağayev, Aygün, Röya, Rəhim Rəhimli də var idi.

– Bir əli keçmədi…

– Aha, bəli.

– Dans-hop, hip-hop, caz-bunların hansı Muraf Arifi ifadə edir?

– Cazla əlaqəm yoxdur. Eksprimentlərim olub sadəcə. Dans-hop deyərdim. Hip-hop eksprimentlərim də olub.

-Murad bəy, sosial şəbəkələrdə aktiv olan sənətçilərimiz çox azdır, siz də onlardan biri. Yorulmursunuz? Bəlkə bir az əlçatmaz olmaq lazımdır?

-Düşünürəm, doğru deyirsiniz. Bəzən elə adamlardan, elə mesajlar alırsan ki, qalırsan belə. Allah xasiyyətimi kəssin, mən başlayanda xalqdan biri kimi başlamışam, indi kral kimi tac taxmaq olur. SMM komandam var, hazırda tiktok və instagramı onlar edir, elə deyəsən, dediyinizə doğru gedirəm. Müsbət tərəfləri var, amma mənə görə də mənfi tərəfləri daha çoxdur. Beyonca zəng edə bilərəm? Yox. Heç menecerinə də çıxa bilmirəm. İndi bəzi toy müğənnilərimiz efirlərdə bunun anti-reklamını da aparır, deyir, nətər yəni sənə zəng edim, menecer götürsün? Menecer götürəndə nə olar? Sən menecerdən artıq adamsan? Yavaş-yavaş vaxtım da olmur heç. Şəxsi həyatım, işlər, xeyir var, şər var. Amma mən bu cür əlçatmaz olsam da, dəyişən nəsə olmaz. Xarakterim başqa cürdür. Bu yaxınlarda bir vəzifəli şəxs menecerimlə dava səviyyəsinə çatmışdı, deyirdi, kimdir ki, Murad Arif bizim görüşümüzə gəlmir? Gördüm, münasibətlər gərginləşir, stiuasiyanı xilas edə biləcək şey o insanın mənimlə tanış olması idi. Onda görəcəkdi ki, dəyişən heç nə yoxdur, həmin Sumqayıt uşağıyam.

– Bu gün Azərbaycan şou-biznesində təmsil olunan adamları intellektinə görə də ayırırlar. Murad Arif bu mənada özünü intellektual hesab edirmi?

– Onu qıraqdan baxanlar desə, daha yaxşı olar. Amma belə bölgünün olmağı ilə razılaşıram. İntellektuallar da var, intellekti olmayanlar da. Kim qıraqdan necə görünür deyə bilmərəm, amma sənətçi olmağın əsas kriteriyası bu deyil.

– Bəs nədir?

– Yıldız Tilbe mənim üçün dərin adamdır, yaxşı sənətçidir, eşq və münasibətlər mövzusunda fərqinə varmadan fəlsəfi sözlər yazan adamdır, amma böyük ehtimalla savadlı da deyil, məsələn, Kafkanı tanımır. Heç Aqata Kristini də tanımaya bilər, amma musiqiyə Yıldız baxışı var. Yaxşı sənətçi üçün əsas kriteriya intellekt deyil.

– Sizcə, Azərbaycanda beləsi var?

-Mənə görə bunun kralı Sezen Aksudur, Azərbaycanda da Sezen Aksu yoxdur. Kayahan da görürəm, Barış Manço, Teoman var, amma Azərbaycanda bunlar da yoxdur. Bir söz deyim, bizdə adicə öz mahnılarını yazmağa da pis baxırlar. Tarkana, Sərdar Ortaca, Rafet El Romana, Mustafa Sandala olar, bizə, mənə yox?

– Murad Arif üçün bayağı musiqinin meyarı nədir?

– Keyfiyyətsiz aranjıman və keyfiyyətsiz səs yazıları.

– Bəs sözlər?

– Sözlər yox. Heç kim Elvis Presliyə bayağı deyə bilməz. “Tutti Frutti” nə deməkdi? ABBA-ya da demək olmaz. “Gimme Gimme Gimme” var. Elə Beatlesə də. “Obla di Obla da” var. İngiliscə mükəmməl bilirəm. Bunlar da bəsit mətnli dünya hitləridir elə. Eifel 65 qrupundan “Im Blue Da Ba Dee” necə bəs ? Muraf Arif “haydı millət, əllər havaya” deyəndə bayağı olur, amma dünyada belə mahnılar oxuyanda sənət?

– Sizə də bayağı deyənlər var. Narahat olmursunuz?

– Qətiyyən. Dünya musiqisini belə deyən adamlardan yaxşı bilirəm. Bu cür mübahisələrin mənası yoxdur. Var əyləncə musiqiləri, klub musiqiləri, bir də düşüncə musiqiləri. Gedib Nəzakət Teymurovaya, Mənsum İbrahimova “Gedək oppalara” oxutmamışam axı. Hər sənətçinin formatı var. Mən əyləncə artistiyəm, təbii ki, repertuarımda belə musiqilər də olmalıdır. Gedib stadionda “Kuzu-kuzu, dudu-dudu” deyənə heyranlıq bildirib, bizim uşaqlar da şokoladdan, marmalatdan yazanda deyirsən, tfu. Sezen Aksu “Çakkıdı-çakkıdı oynaşalım, kız” yazıb. Tənqidçi təkərə düşər ki, “Ah, İstanbul” yazan adam bunu da yazıb. Var Röyaya yazdığım “Səni düşünsüyüm qədər heç kimi düşünmədim”, var “Gedək oppalara”. Hərəsinin öz təyinatı var. Populyar mədəniyyətdə bəsitliyə də yer var.

– Məsələn, Üzeyir Mehdizadə bayağıdırmı?

– Üzeyir Mehdizadəni efirdə, müsahibələrində filan duruşunu, təmkini bəyənirəm. Böyük-kiçik yeri biləndir. Sadə, səmimidir. Amma mən onun musiqisinin dinləyicisi deyiləm.

– Yəni, bayağıdır?!

– Yox, o mənadakı onun soundu, misraları mənim ruhumu tətmin etmir. Məsələn, qarşımda seçim olsa ki, Vüsal Hacıyev, Elton Hüseynəliyev, Nurlan Növrəsli və Uzeyir-yenə də Üzeyiri seçmərəm. Amma Üzeyirin uğurlarına sevinirəm. Nəyi, necə oxumasından asılı olmayaraq ölkə hüdudlarından kənara çıxıb, Orta Asiya səhnələri partladır. Buna görə onu təbrik edirəm. Sadəcə, o cür musiqilərlə tərbiyələnməmişəm deyə dinləyə bilmirəm. Bayağı sözünü yarlıq kimi həmkarımın üstünə yapışdırmaq istəmirəm.

– Yəqin ki, sizin də əsas gəlir yeriniz toylar olar, hə?

– Bütün Xalq artistlərimizdə olduğu kimi. Toysuz mümkün deyil.

– Amma toy müğənnilərini də bayağı hesab edənlər olur…

– Hamı gedir axı. Albomla müğənni yaşamır. Oxuduğumuzu satdığımız yer toydur. Toyda “Bu şəhər ikimizə dar”, “Tufan qopacaq” oxumuram. Bu cür mahnıları ildə bir dəfə Heydər Əliyev sarayında bilet sataraq oxuyuram. Əgər söhbət sənətçini konyukturşik etməkdən gedirsə, hə. Pis odur ki, sənətçi ancaq toya hesablansın. Şəxsən məndə belə deyil. Həqiqət o ola bilər ki, toy bəzən ciddiyətə imkan vermir. Amma sənətçi balansı qorumalıdır. “Toylar kralı” imicində olmamaq üçün səhnəni dadmalıyam, dadıram da.

– “Manıs” sözünü də pis qarşılayarsınız yəqin…

– Pis sözdü də. (Gülür). Var manıs, var sənətçi. Amma sənətçilər zarafatca bir-birilərinə deyirlər.

– Siz demirsiniz?

– Mən bir az məsafəli davranıram. Belə demək olarsa, dostum yoxdur.

– Tək müğənnilər arasında?

– Heç həyatda da. Ona görə düşmənim də yoxdur. Hamı ilə mehriman, hörmətli davranıram. Ailə üzvlərim mənə bayquş deyirlər. Təklikdə əylənirəm. Belə daha rəngarəng, hüzurluyam. Bir-biri ilə düşmən olan iki adama mahnı yazıram. Çünki mənimlə bu davalar olmur. Qalmaqal adamı deyiləm.

– Sumqayıtda böyüyən biri üçün asan olmaz belə xarakter…

– Asan deyildi onsuz. Problemlər çox olurdu. Birlikdə oynayırdıq, edirdik, amma söhbətləşəndə özümü ayırırdım. Çünki onlar Əmrahdan filan danışırdılar. Ayrı cür çıxmasın, hamısı ilə yaxınam, amma dostluq yoxdur. Görürəm ki, bir-birilərinin evindədirlər, qəlyan zad çəkirlər, görəndə deyirəm ki, nə yaxşı bu ortamda yoxam. Dost məclislərində deyirəm, saat 10-da səhnəm boşalır, gəlib, təbrik edib qaçacam.

– İndi bu sözü yazandan sonra inanmayacaqlar axı, sirrinizi açdınız…

-(gülür)Yox, inanırlar, bilirlər ki, elə məşğul oluram.

– Murad bəy, ən çox aldığınız qonorar nə qədər olub?

– Məbləğ deməyəcəm, amma Röya ən səxavətli müştərim olub həmişə. Ancaq beş ildir ki, yazmıram.

– Alan yoxdur?

– Var, amma indi özüm üçün yaxşı mahnı axtarıram. İlham pərisi gəlirsə, özüm üçün edərəm. Hələki belədir.

– Şairlərlə əməkdaşlıq edirsiniz?

-Edirəm. Aqşin Yeniseylə var. Amma mahnı hələ ərsəyə gəlməyib. Sözləri Aqşinin, musiqisi də mənimdir. Aranjıman isə Samir Şirinov edib. Şəhriyar Del Geraniyə də müraciət etmişəm. O cümlədən Xanım İsmayılqızıya da.

– Kitab oxumaqla da aranız yaxşıdır görünən qədər…

– Əlbəttə.

– Ən sevdiyiniz yazıçı kimdir yerli müəlliflərdən?

– Xüsusi olaraq sevdiyim yoxdur. Heç sevdiyim musiqiçi də yoxdur. Çətindir mənə belə seçim etmək. Sonuncu dəfə Seymur Baycanı oxumuşam, bəyəndim. Amma bizim kitabları oxuyanda məyus oluram. Korrektə-redaktə əksər hallarda bərbad olur. Bunu yazıçının problemi kimi görməsəm də, oxuyanda narahat edir.

– Dünya yazıçılarından da sevdiyiniz xüsusi yazıçı yoxdur?

– Yoxdur. Tolstoy, Dostoyevski deyəcəm, qəribə səslənəcək (Gülür). Deyim, amma gülməyin. Kitab oxumaq məndə bir az başqa cürdür. Hazırda iynə üstə oturmuşam, Den Braunun təzə kitabı çıxacaq payızda, oxuyanda dincəlmək üçün onu gözləyirəm. Qəpiyə güllə atdığım vaxtlarda Tolstoy, Dostoyevski əlimdən çox tutub. Yüz ilin tənhalığını o vaxtlar çox sevmişdim. Amma indi öldür məni Markesə əlim uzanmır.

– Qəpiyə güllə atdığınız dönəmlər olub?

– Əlbəttə. İlk dəfədi deyirəm bunu. Təsəvvür edin, tiktok, instagram yox, ölkə “Maşın şou”ya baxır. 2007-ci il, İctimai televiziyadan qovulmuş gənc aparıcı Murad Arif gəlir ora düşür. Şouya üç gün qalmış Namiq Qaraçuxurlunun Fransada toyu çıxır, o da imtina edib gedir. Kim var, kim yox, Murad bizim uşaqdı, gəlsin, sifəti də tanınır, taaaap, 20 gündən sonra maşını uddum. Özüm də şokdayam. Rəfael Dadaşov, Valeh Kərimov, Mübariz Tağıyev, Nura, Natavan Həbibi, Mehriban Xanlarova, Sənubər İsgəndərli-tay kimlər yoxdu? Zərlər atılır, Aygün Kazımova gəlir dekoltedə, şou göstərir, otururuq maşına, əl edib çıxırıq və bu an Aygün xanım deyir ki, düş maşınını sür. Orda da dedim ki, maşın sürə bilmirəm. Qaraja qoyub taksiylə evə gəldim. Qapını açdım, gördüm qarşımda siçan dayanıb. Bax belə bir vəziyyət idi. Maşın şounun qalibi evə gəlir və belə mənzərə gəlir. Onda 39 kvadrat evdə, Sovetskidə yaşayırdıq. Sumqayıtdan Bakıya köçmüşdük. Müəllim ailəsində doğulmuşam. Əvvəllər çox yaxşı idi vəziyyətimiz, amma köçəndə atam çox yaşlı idi, evin tək oğlu idim, anam da təqaüdçü. Bütün yük üstümdə idi. Həmişə yaxşı olmayıb ki. O mənzərə yadıma düşəndə deyirəm, hardasan, ay Fellini, gəl bunu çək də (gülür).

– İctimai Tv-dən niyə qovulmuşdunuz?

– Oranın ən perspektivli gənci olduğum üçün adıma olmayan şeylər çıxartdılar. Müğənnilərlə dost idim, hamı daha çox mənə görə gəlirdi. Necəsə bəziləri rəhbərliyi inandırdı ki, guya mən müğənnilərdən pul alıb çağırıram. Axı Aygün Kazımova, Faiq Ağayevdən necə pul ala bilərdim? Ya onların ehtiyacımı var idimi belə şeyə? Rəqabət çətin idi, torbamı tikdilər. İndi fürsətim yoxdur, yoxsa soruşardım ki, həqiqi səbəb nə idi? Yeni rəhbərlik isə mükəmməldi. Fürsətdən istifadə edib Murad Dadaşova da təşəkkür edirəm. O, o vaxtlar mənim əlimdən çox tutdu, yenidən qayıda bilmişdim istədiyim sahəyə.

– Murad bəy, yaradıcılıqla məşğul olan adamlar çox vaxt siyasətə də qoşulurlar. Məsələn, yazıçılar, şairlər. Ancaq müğənniləri çox da siyasətdə görmək olmur, sanki onlar ortaya mövqe qoymaqdan çəkinirlər…

– Səbəblər müxtəlifdir. Birinin əli pula çox çatır, biri qorxur, birinin intellekti ona çatmır. Sovet hakimiyyətinin valideynlərimizə ötürdüyü qul təfəkkürü də var. “Başını aşağı sal, işini gör” misalı. Bu, məşhurlarımızın da mentalitetinə təsir edir.

– Siz deputat da olmaq istədiyinizi demişdiniz. Doğrudanmı xalqa siyasətçi kimi də xidmət edə bilərsiniz?

-Elə adamlar deputat olur ki, mən olsam nə olar? O sözü prinsipial olaraq deyirəm ki, ola bilərəm. Amma onu deyim, ən azı qarşıdakı 10 il ərzində belə bir fikrim yoxdur.

Söhbətləşdi: Orxan Saffari
Gununsesi.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru