"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                     Dostları Aysuna .....                     Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını .....                     Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? .....                     İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır .....                     Hansı partiya neçə mandat qazandı? .....                     231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI .....                     ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” .....                     Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” .....                     ADNSU-dan "AZI" məsələsinə reaksiya: .....                     Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək .....                     Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... .....                     "Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." .....                     Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: .....                     Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin .....                     Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya .....                     Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib .....                     Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? .....                     "Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." .....                     Azərbaycan dövlətçiliyinin xilas günü .....                     Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası .....                     Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir .....                     İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... .....                     Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... .....                     Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi .....                     Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı .....                     Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı .....                     “Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...” .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi .....                     Paşinyan təkbaşına hökumət qura biləcək? .....                     Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək .....                     Tokayev və Kobaxidze Paşinyanı təbrik edib .....                 

“Şəhid övladına belə hörmətsizlik edib” - QALMAQAL
Tarix: 25-03-2025, 12:46 | Çap et
“Şəhid övladına belə hörmətsizlik edib”
“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı “kölgədə” qalan həqiqətləri açıqlamaq, əksər aktyorlarımızın qorxaraq, çəkinərək, yaxud hansısa səbəblərdən dilə gətirə bilmədikləri, demək istəmədikləri məsələlərin əsl mahiyyətini açıq şəkildə ictimaiyyətlə bölüşmək istəyirəm. İlk öncə bunu qeyd etmək istəyirəm ki, bizim mübarizəmiz Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlıdır!”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında açıqlamasında deyib. Aktrisa M.Ələkbərzadə ilə bağlı iddialar səsləndirib:

“Son günlər 152-cü mövsümünü yaşayan Akademik Mili Dram Teatrında baş verən xoşagəlməz hadisələr, yaradıcılıq prosesindəki uğursuzluqların əsl mahiyyəti və səbəbləri, bədii rəhbər və kollektiv arasındakı soyuq, xoşagəlməz münasibətlər ölkə gündəminə çevrilib və geniş müzakirələrə səbəb olub. Mən – Mehriban Xanlarova, eləcə də həmkarlarımdan Xalq artisti Əli Nur, Əməkdar artist Münəvvər Əliyeva mətubata, internet saytlarına verdiyimiz açıqlamalarla teatrımızda baş verən ədalətsizlikləri cəmiyyətə çatdırmağa çalışmışıq. Bu açıqlamalar təkcə teatr camiəsində deyil, ümumilikdə mədəniyyət sahəsində ciddi rezonans doğurub…

Bütün bu söz-söhbətlərdən narahat olan Mehriban Ələkbərzadə məni israrla otağında danışığa dəvət etdi. Lakin mən şəxsi otaqlarda aparılan söhbətlərin heç bir nəticə vermədiyini bildiyim üçün bu təklifi qəbul etmədim və kollektivimizin, Mədəniyyət Nazirliyinin, mətbuatın iştirakı ilə açıq iclasının keçirilməsini, önəmli bir məsələnin orada müzakirəyə çıxarılmasını xahiş etdim. Əks halda, məni bir vətəndaş olaraq narahat edən önəmli bir məsələni ictimaiyyətə açıqlamaq məcburiyyətində qalacağımı bildirdim.

Açıq iclasın keçirilib-keçirilməyəcəyi ilə bağlı mətbuat katibi Cavid Zeynallı bildirib ki, yaşanan gərginliklə bağlı daha əvvəl ümumi açıqlama verilib. Bu məsələ ilə bağlı ayrıca şərh verməyəcəyik.

Cavid Zeynallının bu sözündən açıq şəkildə görünür ki, bədii rəhbər və onun sözçüləri “yaşlı nəslin gəncləri qısqanması” uydurma yalanının “kölgəsində” gizlənməyə davam edəcəklər. Elə bu səbəbdən də əlavə açıqlama verməyə və ya açıq iclas keçirməyə niyyətləri yoxdur.

M.Xanlarova əlavə efib ki, mübarizəsinə davam edəcək:

“Bədii rəhbərin yekəxanalığı, kobudluğu ilə bağlı bir olayı nəzərinizə çatdırmaq istəyirəm. Şəhid övladı olan Əməkdar artist Məsmə Aslanqızının bədii rəhbərimiz Mehriban Ələkbərzadə tərəfindən alçadılması faktını. Mehriban Ələkbərzadə, şəhid qızı ilə mübahisə zamanı səsinin tonunu qaldıraraq ona deyib ki, “Nə yuxarıdan gedirsən? 20 Yanvar şəhidləri çoxdan moddan düşüblər”. Məsmə onun sözündən sonra uzun müddət depressiyaya düşdü və səhhətində ciddi problemlər yarandı. Bu sözlərimin həqiqət olduğunu əziz həmkarım Məsmə təsdiqləyə bilər. Bu hadisəni teatrda, demək olar, bilməyən yoxdur. Lakin bəziləri abırlarına qısılaraq, bəziləri də qorxub çəkindikləri üçün dilə gətirə bilmirlər. Məsmə isə bir ilə yaxındır ki, səhhəti ilə bağlı ciddi problemlər yaşadığı üçün bu məsələyə ayrıca zaman ayıra bilmir. Bu səbəbdən xoşagəlməz olayı mən açmaq məcburiyyətində qalıram. Şəhidlərimiz, xalqımızın qəhrəmanlarıdır və onların xatirəsi hər zaman hörmətlə anılmalıdır. Şəhidlərimizin ailələrinə və onların əziz xatirələrinə olan hörmət, hər bir vətəndaşın mənəvi borcudur. Ümid edirəm ki, Məsmə, adının qarşısında atasının adına olan hörməti unutmadan və atasının ruhuna olan ehtiramını nəzərə alaraq, həqiqətləri inkar etməyəcək. Şəhid atanın qızı olaraq, onun irsini, qəhrəmanlığını və ruhunu yaşatmaq onun ən müqəddəs borcudur. Əgər Məsmə hər hansı bir şəkildə həqiqətləri inkar etməyə cəhd edərsə, mən əlimdə olan faktlarla bunu sübut edəcəyəm. Həqiqət hər zaman üstün gələcək və heç kim onu gizlədə bilməz! Şəhidlərimizin adını qorumaq vətəndaşlıq borcumuzdur!”.

Aktrisa bədii rəhbərin aktyor heyətinə hörmətsizlik etdiyini iddia edib:

“Təkcə şəhid övladı Məsmə Aslanqızına qarşı hörmətsizliklə bitmir. Bizim dəyərli sənətkarımız, hörmətli aktyorumuz, şəhid atası Əli Nur da eyni sayğısız münasibətlə üzləşib. Xalq artisti Əli Nur MediaNews.az-a verdiyi müsahibədə açıq şəkildə bildirib: “Mehriban Ələkbərzadə özünü yuxarıdan aparır və məni görüb saymır, başını aşağı salır. O, deyir ki, “Mən şəhid falan bilmirəm” və üstəlik də kobudcasına “heç kimə hörmət qoymur".

Bir teatrın bədii rəhbəri şəhid qızına və şəhid atasına belə sayğısız yanaşırsa, o zaman hansı dəyərlərdən, sənət etikasından danışmaq olar?

Ermənilər heç vaxt baş verməmiş bir hadisəni – qondarma “soyqırımı”nı dünya ictimaiyyətinə qəbul etdirmək üçün illərdir bütün mümkün vasitələrdən istifadə edirlər. Onlar saxta tarix uyduraraq, siyasi təzyiqlər yolu ilə bu yalanı müxtəlif ölkələrə tanıtdırmağa çalışırlar. Halbuki, bizim xalqımız gerçək faciələr yaşamış, dəfələrlə soyqırıma məruz qalmışdır. Xüsusilə, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında dərin iz buraxmış bir hadisədir.

Lakin təəccüblü və məyusedici olan odur ki, Mehriban Ələkbərzadə öz xalqının yaşadığı bu qanlı faciəni köhnəlmiş, “moddan düşmüş” hesab edir.

Mehriban Ələkbərzadə, teatrda aktyorlar və texniki işçilərlə sərt ünsiyyət, onların əməklərinin dəyərsizləşdirilməsi, psixoloji təzyiqlərə məruz qalması normal idarəçilik yanaşmasıdırmı?

Əziz tamaşaçılar, sizdən və teatr sahəsinə cavabdeh olanlardan soruşuram: Bu cür kobud, kollektivlə işləmək səriştəsi olmayan insanın Akademik Milli Dram Teatrı kimi ulu mədəniyyət ocağında rəhbər vəzifədə qalması nə dərəcədə doğrudur?

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları olaraq, bədii rəhbər Mehriban Ələkbərzadənin özbaşınalıqlarına son qoyulmasını istəyirik! Haqq-ədalət naminə aidiyyəti dövlət qurumlarını bu məsələni dərindən araşdırmağa və ədaləti bərqərar edəcəklərinə inanırıq!

Mehriban Ələkbərzadənin rəhbərlik tərzi müəyyən bir sistem üzrə işləyir: o, ilk öncə qarşısındakı insanı psixoloji təzyiqlərlə sındırır. Əgər həmin şəxs susub müqavimət göstərməzsə, o insanı tam mənasıyla “manqurtlaşdırır” – yəni, öz iradəsindən, düşüncələrindən və yaradıcılıq azadlığından məhrum edir. O, əvvəlcə şəxsin emosional zəif nöqtələrini müəyyən edir və ardıcıl təzyiqlərlə onun mənəvi gücünü sarsıdır. Bu təzyiqlər təkcə kobud davranış və sərt tənqidlərdən ibarət olmur, həm də insanın özünü dəyərsiz hiss etməsinə yönəlmiş manipulyativ üsulları əhatə edir. O, insanın ruhunu qıraraq, onu itaətkar vəziyyətə gətirir. Əgər bu mərhələdən sonra həmin şəxs susaraq onun diktəsinə uyğun hərəkət edərsə, artıq o, "manqurt" vəziyyətinə keçir. Yəni, öz fikri, yaradıcılığı, şəxsiyyəti arxa plana keçir və yalnız Mehriban Ələkbərzadənin istədiyi kimi davranmağa başlayır. Belə şəxslər artıq onun göstərişlərinə mübahisəsiz tabe olur, öz yaradıcı sərhədlərini itirir və bir növ onun iradəsinin davamına çevrilirlər. Bu metod teatrda sağlam iş mühitini zədələyir, yaradıcı insanları sıradan çıxarır və kollektiv arasında qorxu mühiti yaradır. Əgər bu idarəçilik üslubu davam edərsə, Azərbaycan teatr sənətinə ciddi mənfi təsirlər göstərə bilər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkənin ən mühüm sənət ocaqlarından biridir və burada çalışan hər kəsin əsas məqsədi sənətin inkişafına xidmət etməkdir. Lakin hazırda teatr daxilində ciddi problemlər yaşanır. Bu problemlərin başında isə Mehriban Ələkbərzadənin idarəetmə tərzi dayanır.

O, teatrın içində sanki özünə aid ayrıca bir "respublika" qurmaq istəyir və həmin "respublikanın" yeganə hökmdarı olmağa can atır. Bu teatr onun şəxsi mülkü deyil, dövlətin və xalqındır! Teatr dövlət tərəfindən maliyyələşdirilən, sənət adamlarının birgə çalışdığı, azad yaradıcılıq məkanıdır. Lakin Mehriban Ələkbərzadə rəhbərlik etdiyi müddətdə teatrı şəffaf və yaradıcı bir mühitdən çox, avtoritar idarə olunan bir quruma çevirməkdədir.

Onun metodu sadədir: fərqli fikirləri susdurmaq, insanları psixoloji basqılarla idarə etmək, tənqid və müzakirəni qəbul etməmək. O, sənət mühitində avtoritar lider obrazı yaradır, istədiyi şəxsləri dəstəkləyir, istəmədiklərini isə sistemdən uzaqlaşdırmağa çalışır. Onun qurduğu “respublikada” yalnız ona tabe olanlar, onun idarəçiliyini sualsız qəbul edənlər qala bilir.

Teatr isə belə idarə olunmamalıdır! Sənət azad olmalıdır! Teatr bir insanın şəxsi ambisiyalarına qurban verilməməlidir! Bizim mübarizəmiz də məhz bu teatrı sənətin, ədalətin və azad yaradıcılığın mərkəzinə çevirmək üçündür! Mehriban Ələkbərzadənin şəxsi ambisiyaları teatrın sənət məbədinə çevrilməsinə mane olmamalıdır!”.

M.Xanlarova bildirib ki, M.Ələkbərzadə teatrı şahmat taxtasına çevirib:

“Aktyorlar bu taxtada fiqurlar kimi düzülüb – hər birinin yeri, hərəkəti və taleyi onun əlindədir. Kim itaət edir, o, lövhədə qalır – bəziləri piyadaya çevrilib, irəli getmək üçün yalnız bir istiqamətləri var və ən kiçik səhvdə qurban verilirlər. Kim isə öz iradəsini göstərmək, sərbəst hərəkət etmək istəyir, şahmat taxtasından kənara atılır – sanki artıq bu oyunda yerinə ehtiyac yoxdur.

Vəzirlər və fillər onun iradəsinə uyğun istiqamət götürməli, atlar yalnız icazə verilən yollardan getməli, qalalar isə yalnız divar rolu oynayır. Səhnədə azad fikir, sərbəst yaradıcı ruh üçün yer yoxdur – yalnız soyuq strateji gedişlər, hesablanmış addımlar və susqun fiqurlar var. Oyun qaydaları Mehriban Ələkbərzadənin əlindədir – şah mat etmək üçün, teatrın ruhunu donuq bir tabloya çevirmək üçün. Lakin sənət şahmat deyil – burada oyunun qalibi və məğlubu olmur, burada sərhədsiz bir yaradıcılıq olmalıdır. Amma bu taxtada artıq şah çəkilib.

Mehriban Ələkbərzadənin qurduğu sistem artıq sarsılıb, son mərhələyə yaxınlaşıb və dəyişiklik qaçılmazdır. Onun idarə etdiyi “şahmat oyunu” artıq sona yaxınlaşır, çünki sənət və azadlıq bu qurulmuş qaydaları sarsıtmağa başlayıb. Teatrın nəfəs alması üçün bu qurulmuş oyun lövhəsi sındırılmalı, fiqurlar yenidən azad olmalı, səhnə isə bir rəhbərin deyil, sənətin iradəsinə tabe olmalıdır. Çünki teatr bir nəfərin strategiya oyunu deyil – o xalqın ruhudur.

Sonda Mehriban Ələkbərzadəyə demək istəyirəm ki, önümə atdığınız yalanları bir aslan kimi parçalar, leşini isə önünüzə ataram. Çünki mənim təbiətim haqsızlığa boyun əymək deyil, onunla mübarizə aparmaqdır! Siz, bədii rəhbər olaraq, haqq səsimi boğmaq üçün nə qədər yalan uydursanız da, nə qədər səs-küy qoparsanız da, həqiqətin qarşısında mənim pıçıltım belə sizin gurultulu saxtakarlığınızı susdurmağa yetər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Bu gün, 11:59
Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... - İLGİNC İDDİA
Bu gün, 11:58
"Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 11:51
Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: - 50 min manatlıq cərimə GƏLİR
Bu gün, 11:43
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin apellyasiya şikayətinə baxılacaq
Bu gün, 11:41
Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya - “Hraparak”
Bu gün, 11:24
Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib
Bu gün, 11:21
Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? - Ali Məhkəmədən açıqlama
Bu gün, 11:20
"Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." - MÜRACİƏT
Bu gün, 11:19
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 11:13
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 11:11
Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir - Paşinyan
Bu gün, 10:58
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...
Bu gün, 10:55
Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... - ÇÜNKİ...
Bu gün, 10:49
Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:31
Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:29
Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:27
“Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...”
Bu gün, 10:25
Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi
Bu gün, 10:20
Paşinyan təkbaşına hökumət qura biləcək? - ŞƏRTLƏR
Bu gün, 10:15
Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək - GƏLİŞMƏ
Bu gün, 10:11
Tokayev və Kobaxidze Paşinyanı təbrik edib
Bu gün, 10:08
Ermənistanda səslərin hamısı hesablandı, Paşinyanın partiyası qalib gəldi - 49,81% səslə...
Bu gün, 10:04
Süni intellekt Yer kürəsində ən böyük resurs istehlakçılarından birinə çevrilir -Fəlakətin miqyası tükürpədicidir
Bu gün, 09:59
Ermənistan Rusiyasız mövcud ola bilməz - Ayvazyan
Bu gün, 09:56
“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - VİDEO
Bu gün, 09:52
İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: - Bu obyektlər VURULDU
Bu gün, 09:50
Ermənistanda seçkilər: - son məlumatlar
Bu gün, 09:48
"Azərikimya"da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR... - "Bundan sonra harda iş tapaq?"
Bu gün, 09:45
Bakıdan Bakıya... BU QƏDƏRMİ ÇƏTİNDİR? - "...cavab ala bilmirəm"
Bu gün, 09:34
Boylarından yuxarı niyə tullasınlar ki... - GİLEY
Bu gün, 09:28
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru