BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU .....                     İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? .....                     Əsmər Əliyeva vəzifəsindən azad edildi .....                     Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu .....                     Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir .....                     İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub .....                     Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı .....                     Dünyada “ultra varlılar”ın sayı sürətlə artır .....                     İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə .....                     Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub .....                     MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək .....                     “Bir Kredit” BOKT-un .....                     Bakcell yeni baş icraçı direktor təyinatını elan edib .....                     Keçmiş məmur dələduzluqda ittiham olunur: .....                     "Zamiqi olduğu kimi qəbul edin" .....                     Qan ver, həyat xilas et! .....                     Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik .....                     Saxta nikaha girənlər həbs oluna bilər .....                     Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                     Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib .....                     Bakıda DƏHŞƏT: .....                     Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                 

“Elza, Aygün, Röya və Şəbnəmin Azərbaycan musiqisini təmsil etməsi dəhşətdir” - Xalq Artisti
Tarix: 13-03-2025, 17:05 | Çap et
“Elza, Aygün, Röya və Şəbnəmin Azərbaycan musiqisini təmsil etməsi dəhşətdir”
Lent.az-ın müsahibi rejissor Şeyx Əbdül Mahmudovdur. O, “Yeddi oğul istərəm”, “Şərikli çörək”, “Əhməd haradadır?” kimi filmlərdə rol alıb, eyni zamanda “Qanlı zəmi” filminin rejissorudur. Müsahibimiz söhbətə sualımızı gözləmədən özü başlayır:

- Bu gün Azərbaycanın iki faciəsi var. Sosial faciəni bir kənara qoyuram, o dövlətin işidir. Amma iki mənəvi dəyər var - biri elm, digəri mədəniyyət. İkisi də acınacaqlı vəziyyətdədir. Elza Seyidcahanlar, Aygün Kazımovalar, Röyalar, Şəbnəm Tovuzlular bu gün Azərbaycan musiqisini, poeziyasını təmsil edirsə, bu, dəhşətdir. Elza Seyidcahan qonşumdur. Yüksək konservatoriya təhsili var. Arif Məlikovun tələbəsidir. Peşəkar musiqiçidir. Lakin poeziyadan söhbət gedə bilməz axı.

- Amma Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib...

- Ona qarşı münasibət bildirən təkcə mən olmuşam. Hətta AYB üzvlərinə dedim ki, sizin yerinizə olsam, etiraz əlaməti olaraq kütləvi şəkildə oradan çıxaram. Guya orada sizə nə verirlər ki? Yalandan ad, vəsiqədir də. Gəlin, sizə o vəsiqədən 10 dənəsin verim. Cəmiyyət pis şeylərlə barışırsa, bu, faciədir. Amma mən barışmamışam.

Sizə 5 nəfərin adını deyəcəyəm: Stalin, Mao Tszedun, Şarl De Qol, Teodor Ruzvelt, Uinston Çörçil - öləndə onları basdırmağa bir dəst kostyumları olmayıb. İndi elə bir JEK müdiri, icra başçısı var ki, onun milyonları olmasın?

- Tağıyevin qızı öləndə xalça tapmırdılar meyitini bükməyə...

- Mən Sara xanımı o cür gözlərimlə görmüşəm. Bu küçələrdə dəli kimi danışa-danışa gəzirdi.

- Zaman-zaman medianı, özəlliklə televiziyaları sərt tənqid edirsiz.

- O gün səhər biri çıxıb televiziyaya. Saçı yerlə sürünür. Oxumaq ilk növbədə səsdir. Onu isə Allah milyonda bir adama verir. Əgər oxuyanın səsi yoxdursa, onun oxumağa mənəvi haqqı yoxdur. Antropologiya isə 4-cü şərtdir ki, insanın səhnə görkəmi olmalıdır. Niyə ABŞ-də Tom Kruza milyonlar verirlər? Çünki küçədə gedəndə hamı onlara tamaşa edir. Və ən əsası sənətidir. Hamı sənət adamı ola bilməz.

3 müqəddəs dəyər var. Birincisi vətən, ikincisi xalq, üçüncüsü müstəqillik. Hər kəs bunlara xidmət etməlidir. Bu gün Azərbaycanda 3 idarəçilik sistemi var. Dövlət idarəçiliyini qoyuram bir kənara, ondan danışmıram. Birincisi boşanmalardır - 67 faizə çatıb. Bu artıq qırmızı xətti keçib. İkincisi cərimələrdir. Azərbaycan bu gün cərimələrdən ibarətdir. Üçüncüsü komedixanalardır - səsi olmayanlar, orasın-burasın şişirdənlər və sair. Televiziya məkanı Azərbaycan xalqının bir nömrəli qənimidir. Əxlaqımıza, tariximizə, milli-mənəvi dəyərlərimizə, sənətimizə, dilimizə düşmən kəsiliblər. Bunlar elə bil, bir mərkəzdən idarə olunurlar və elə bil, hansı kənddə, qəsəbədə, ailəsinin salam vermədiyi əxlaqsız adamlar var gətirib efirə çıxarırlar, təbliğ edirlər. Xalq bunlardan ibarətdir? Bütün xalqlarda problemlər var. Niyə təbliğ etməliyik? Uşaqlar bizdən çox televiziyaya baxıb örnək götürürlər.

- Bunun təməlində nə dayanır?

- Bunun təməli düzgün qurulmayan ideologiya, təlim-tərbiyə, təxribat. Bunun bir adı var - təxribat. Əgər müvafiq qurumlar, strukturlar bunlara qarşı amansızcasına mübarizə aparmırlarsa, demək, bu sahədə ciddi problemlər var. Bu gün elmə, sənətə olan biganə münasibət xalqın tarixinə, mədəniyyətinə vurulan ziyandır.

- 1920-ci ildə türklər əleyhinə "Ames Vendues" ("Satılmış ruhlar") adlı film çəkib bizi dünyaya vəhşi, barbar kimi göstərirdilər.

- Bəli, dünyanı da inandırıblar. Axı bu təxribatı aparırlar. Bunun başında erməni katalikoslar dayanır. Digər bir məsələ: Xocalı faciəsinə rəhbərlik etmiş 366-cı motoatıcı alayın komandiri hazırda Belarusiyada yaşayır. Özü də müsahibəsində deyib ki, azərbaycanlıları Xocalıdan biz çıxarmışıq. Bunu niyə ortaya çıxarmırlar?

44 günlük müharibədə sübut etdik axı, qorxmuruq. 15-16 yaşlı uşaqlar ağlayırdılar ki, biz müharibəyə getmək istəyirik. Bütün dünyanın silah verdiyi ölkəni nə günə qoyduq? Şuşanın azad edilməsi analoqu olmayan bir qəhrəmanlıqdır. Bunu edən xalqın niyə mənəvi dəyərlərini, təhsilini öldürürlər? Hazırda Ramazan bayramıdır, niyə əhval-ruhiyyə hiss edilmir? Niyə bütün gün televiziyada orasını-burasını şişirdən arvadların təbliğatı gedir? Kimdir bunları edənlər?

Keçən dəfə bir deputat müsahibəsində deyir ki, uşaqpulu versək, hamı başlayacaq doğub-törəməyə. Bu adam bilmir ki, hazırda dünyada ən böyük problem demoqrafik məsələdir.

Keçən dəfə Musa Urud deyir ki, ailədə qadın işləmirsə, kişi ona maaş verməlidir. Bəs ailə qanunları harada qaldı? Bu doğru deyil.

- Bəlkə, hər şeyin kökündə təhsil dayanır?

- Valideyn danasını satıb uşağın özəl universitetdə oxudur. Hamısı adını universitet qoyub. 3-4 il uşaq burada avaralanır və ona verilən diplom da heç yerdə tanınmır. Azərbaycan Pedaqoji İnstitutunu bitirən tələbə işə düzəlmək üçün təzədən imtahan verir. Sual yaranır ki, o uşaq 4 il orada neynəyirdi?

Məktəb direktoru qadın ola bilməz. Məktəbdə bütün müəllimlər qadın ola bilməz. Maksimum ibtidai sinif müəllimləri qadın ola bilər. Müəllimlərə status verilməlidir, onların güzəranı dövlət nəzarətinə götürülməlidir. Fikir verirəm, bütün uşaqlar məktəbə bahalı maşınlardan düşüb gəlirlər, müəllim qoltuğunda buterbrodla əsə-əsə onların yanından keçib gedir. Fərqi görürsüz? Orada nə təhsil olacaq? Son vaxtlar neçə direktoru rüşvətə görə tutublar?

- İstərdim, kinodan danışaq.

- Bu günlərdə "7 oğul istərəm"in 55 illiyidir. Dünyanın hər yerində baxıblar bu filmə. Fəxr edirəm ki, o 7 oğuldan biriyəm. İndi deyirlər ki, bunları etmisənsə, demək, bizdən artıqsan? Bəli, sizdən artığam. Mən millətin mənəviyyatını qururam. Heç kimin xətrinə dəyməsin. Sürgün ailəsində doğulmuşam. Burada skamyalarda yatmışam.

- 65 ildir sənətdəsiz, sizə verilən dəyərdən razısız?

- Mən şəxsi maraq güdmürəm. Belə marağım olsaydı, deputat olardım. Bəzi deputatlar, ziyalılar da dəstək olurlar. Kino üçün 5 milyon manat pul ayrılıb. Lakin Kinostudiya pis gündədir axı. Orada tarix yatır,

- O pulun hamısı Azərbaycan kinosuna xərclənir?

- Samir Şərifov demişdi ki, kinoçular nə istəyir bizdən? Hər il 5 milyon ayırıram da onlara. Ona demişdim ki, deyəsən, dili pis bilirsiz. Əvvəla, o pulu siz yox, dövlət ayırır. O pulun ayırlmasını təşkil etmək isə sizin vəzifə borcunuzdur. Lakin həm də sizin vəzifə borcunuzdur ki, o pulun öz yerinə çatıb-çatmadığına nəzarət edəsiz. Niyə nəzarət edilmir?

- O puldan kinoya nə qədər çatır?

- Qəpik-quruş. Arka yaradılandan sonra bir az düzəlib. Lakin Kinostudiya yoxdur axı. Təmirsiz vəziyyətdədir. Azərbaycanda kino adına fəaliyyət göstərən hamı gəlib yığılmalıdır Kinostudiyaya. Heç kimin işinə qarışmırıq, amma gedib ayrı yerdə məkan kirayələyincə, gəlib Kinostudiyada yer götürsünlər. İcarə pulunu da ora versinlər. Nədir bu Kinematoqrafçılar İttifaqı? Bizi girinc ediblər. Azərbaycanda iki kino ittifaqı var idi. Güc-bəla ilə onları birləşdirmişəm. Şəfiqə Məmmədova və Rasim Balayev düşmən oldular mənimlə. İkisi də dövlətdən maliyələşib kef edirdi, Kinostudiya da acından ölürdü. Bu ittifaq Sovet dövründən qalma arxaik bir düşüncə tərzi idi. Bütün kino işçiləri gəlib yığışmalıdır Kinostudiyaya. Gəlib yığışsınlar ora, kino mühiti qaynasın, canlansın.

İş adamlarına da müraciət etmişəm. İş adamı kino çəkir, Kinostudiya, peşəkar kino qalıb orada, bu gədələri haradan tapırsan? Gic-gic seriallar çəkirsən. Öz sevgilisini seriala çəkmək üçün milyonlar xərcləyir. O seriallardakıların hamısı kiminsə sevgilisi, uşağıdır. Teatr istəyirsənsə, Azdrama var.

- Bizdə çəkilən kinoların gəlirindən razısız?

- Dünyada ən çox gəlir gətirən sahələrdən biri kinodur. Silahla alkoqoldan sonra ən çox gəlir gətirən sahədir. Bunlardan əlavə, kino sənin tarixin, mədəniyyətindir. Sovet hökuməti təkcə Azərbaycanda çəkilən filmlərdən milyonlar götürürdü. Bunun sistemi var. Birinci pul verilir, kino çəkilir və sonra həmin pulu artıqlamasıyla sahibinə qaytarırıq. Və ən əsası pul peşəkarlara verilməlidir. Kinonun sahibi rejissordur. Qalan hamısı rejissorun silahıdır. Rasim Balayevlə Şəfiqə Məmmədova 30 ildən artıqdır ki, kinoya çəkilmirlər. Hətta özəl studiyalar da onları çəkmir. İkincisi, ikisinin də 80 yaşı var. Onlar çəkildiklərini çəkiliblər. Rasim Balayev mənim bütün filmlərimdə baş rolda olub. Amma o təşkilati məsələlərlə məşğul olan adam deyil axı. Ona görə də, kinonu bilənlər, tanıdanlar prezident yanında məsləhətçi olmalıdırlar. Bizim populist edib ortaya atdıqlarımız yox. Onlar kinonun içini, strukturunu bilmir.

Hərə bir prodakşın açıb ona rəhbərlik edir. Ay bala, sən kino çəkənsən?

- Niyə bu 30 il ərzində dünyaya çıxarılası bir film çəkmədik? Çatışmayan nədir?

- Maddi-texniki baza və kadr. Bu gün kino texnologiyası tam fərqlidir. Hətta təklif etmişəm ki, kino akademiyası açaq. Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan incəsənətinə, bizə xəyanətlə məşğuldur. Avara-avara uşaqlar yığır. ADMİU Komedixana istehsal edir. Kino fakültəsi var, kinodan xəbəri yoxdur. Kino adamı pavilyonlarda formalaşmalıdır. Azərbaycan xalqı istedadlı xalqdır.

Mədəniyyət Naziri cavan oğlandır, bizə çox kömək etmək istəyir. Amma o da peyğəmbər deyil axı, o da kimdənsə asılıdır.

- Şah İsmayıl Xətai haqqında film çəkmək istəyirdiz.

- Həmən ssenari təsdiq olunub. Başlamışdıq o filmə. Özü də Heydər Əliyevin sifarişi ilə. Heydər Əliyev vəfat edəndən sonra saxladılar. Axı pul xərclənmişdi.

- Niyə dayandı?

- Bilmirəm. Sən də soruş. İqrar Əliyev qoymadı. O uzun illər tarix institutuna rəhbərlik edib. Dedi ki, Xətai kimdi axı ona film çəkirsiz? Bunu tarix institutunun direktoru deyirdi.

- Son 5-10 ildə çəkilmiş filmlərdən hansının adını deyə bilərsiz?

- Arkada bədii şuranın üzvüyəm. İndiyə qədər nə olubsa, hamısını qoyuram kənara. Bu günlərdə "Doğma torpaq" adlı filmə baxdım. Müəyyən çatışmazlıqlar var. Lakin Qarabağ, Xocalı mövzusunda qonaq qabağına çıxarılası yeganə filmdir. Çox maraqlı dramaturji həlli var. Nə qədər ki, bədii şuranın üzvüyəm, bundan sonra bu mövzuda yazılacaq ssenari, çəkiləcək filmlərin ən aşağısı o səviyyədə olmasa, buraxmayacam. O film artıq bir etalondur. Bəsdir Qarabağ adıyla ondan-bundan pul yığdıq.

- Özünüzə nümunə götürdüyünüz rejissor var?

- Bəli. Mənim üçün ideal rejissor Berqman, Fellini və Frensis Koppola var. Bir də Tarkovski və Həsən Seyidbəyli. Onların ikisi də mənim müəllimim olub. Onları özümə "kumir" seçmişəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Bu gün, 18:06
İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? - AÇIQLAMA
Bu gün, 18:02
Əsmər Əliyeva vəzifəsindən azad edildi
Bu gün, 17:59
Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu
Bu gün, 17:49
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
Bu gün, 17:44
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Bu gün, 17:42
Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı - İNCƏLƏMƏ
Bu gün, 17:28
Dünyada “ultra varlılar”ın sayı sürətlə artır - SİYAHI
Bu gün, 17:21
İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Bu gün, 17:15
Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:10
MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək
Bu gün, 17:06
“Bir Kredit” BOKT-un – 14 FİLİALI LƏĞV EDİLİB
Bu gün, 17:04
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bu gün, 16:53
Keçmiş məmur dələduzluqda ittiham olunur: - “Nə evdən çıxır, nə də pulumuzu verir”
Bu gün, 16:51
"Zamiqi olduğu kimi qəbul edin"
Bu gün, 16:41
Qan ver, həyat xilas et!
Bu gün, 16:23
Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Bu gün, 16:21
Saxta nikaha girənlər həbs oluna bilər
Bu gün, 16:19
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Bu gün, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Bu gün, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Bu gün, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Bu gün, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Bu gün, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Bu gün, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Bu gün, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Bu gün, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Bu gün, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Bu gün, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Bu gün, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru