"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                 

"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Tarix: 22-02-2025, 09:47 | Çap et
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi"
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli sənətkar, Xalq artisti Rafiq Əzimov "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rafiq müəllim, fevralın 6-da 87 yaşınız tamam oldu. Bildiyimiz qədərilə rəsmi sənədlərdə doğum tarixiniz fevralın 4-dür...

- Bəli, şəxsiyyət vəsiqəmdə doğum tarixim fevralın 4-ü qeyd edilib. Amma anam hər zaman deyərdi ki, sən ayın 6-da anadan olmusan. Anadan olduğum tarix doğum haqqında şəhadətnamədə səhv yazıldığına görə bütün sənədlərdə də bu səhv təkrarlanıb. Məni doğum günüm münasibətiylə həm ayın 4-də, həm də 6-da təbrik ediblər...

- 87 il sağlam yaşamaq və fəaliyyət göstərmək necə bir hissdir?

- Mən sənətimə o qədər vurğunam ki! 1962-ci il sentyabrın 10-dan Mədəniyyət Nazirliyinin təyinatı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıram. Bu gün də qeyd etdiyiniz kimi fəaliyyətdəyəm. Teatrın repertuarında varam, "Xurşidbanu Natəvan", "Qarabağnamə", "Dəli yığıncağı", "Ölülər" və sair tamaşalarda oynayıram.

Yaxın günlərdə böyük dramturq Elçin Əfəndiyevin teatrımıza təqdim etdiyi "Baş" romanı əsasında tamaşa hazırlanacaq. Tamaşada baş rol mənə həvalə edilib. Bununla yanaşı, qastrol səfərlərində oluram. Yaşıma baxmaraq, bu gün də teatrda fəaliyyətimi davam etdirirəm. Necə cavanlıq illərimdə fəal idim, indi də eləyəm. Bir saat belə işimdən, sənətimdən ayrılmamışam.

Bizə "köhnə məktəb"in nümayəndələri deyirlər. Hara dəvət edilərəmsə, zamanından tez gedirəm. Biz elə tərbiyə almışıq ki, nə gecikmək, nə də təxirə salmaq olmalıdır. Buna görə də 87 yaş məni qəti qorxutmur. Allah nə qədər ömür veribsə, teatrda necə fəaliyyət göstərmişəmsə, o cür də davam etdirirəm. Kollektivdə hamı məni hörmətlə qarşılayıb, hörmətlə yola salır. Mən bunu qazanmışam...

- Sağlam yaşamaq üçün hansısa prosedura, qaydaya əməl edirsiz?

- Mənə ömür-gün yoldaşım çox gözəl baxır. Onunla institut illərində tanış olmuşam. Mən dördüncü kursda oxuyanda o, birinci kursda oxuyurdu. İlk baxışdan ona vuruldum və ailə qurdum. Bu sağlam ailədən iki oğulumuz var. Hər oğlumun da iki oğlu var. Bir nəticəm böyüyür.

Həyat yoldaşım hər zaman mənim üzərimdə əsir. Yaşla əlaqədar yüksək təzyiq, şəkər xəstəliyi ilə bağlı problem yaşayaramsa, vaxtında dərmanımı verir.

Qidama da diqqət yetirirəm. Həyat yoldaşımla bir-birimizə qarşı çox həssasıq. Dövlətimizin və teatr rəhbərimizin də diqqətini qeyd eləməliyəm. Yaşlı nəsil nümayəndələrindən çox deyilik, iki-üç nəfər qalmışıq. Çoxu haqq dünyasındadır. Çalışırıq ki, Allah nə qədər ömür payı veribsə, özümüzü qoruyaq - səhnədə də, həyatda da.

- Oğlunuz Eldar Əzizov "Azərterminalkompleks" Birliyinə direktor müavini təyin edilib.

- Bəli, böyük oğlum Eldar "Azərterminalkompleks" Birliyinin direktor müavinidir, kiçik oğlum isə bizneslə məşğul olur. Onun oğlunun biri "Kapital Bank"da, digəri isə Səhiyyə Nazirliyində çalışır. Oğlum Eldar filmə də çəkilib. 1969-cu ildə "Leninqradfilm"in istehsalı olan "Mənim əziz atam” filminə 4 yaşlı oğlumla birlikdə çəkilmişdim. O filmə təsadüfən dəvət almışdım.

Bura məşqə gələndə filmin 2-ci rejissoru mənə bu rolu oynamağı təklif etdi. Ssenarini oxudum, hətta öz obrazımla bağlı bəzi iradlarım da oldu, rejissor və ssenaristlə birgə düzəlişlər etdik. Bakıda çox maraqlı, xatirələrimizdə dərin iz buraxmış çəkilişlərimiz oldu. Oğlum da yaşının az olmasına baxmayaraq, rolunun öhdəsindən gəlirdi.

Mənim həyat yoldaşım rolunu Əminə Yusifqızı oynayırdı. Həmin filmdə Rusiyanın məşhur aktrisası Lyudmila Qurçenko da rol almışdı. O film mənə çox düşərli oldu. Ondan sonra hər il filmlərə çəkilməyə başladım.

Deməli, Əminə Yusifqızıyla rejissorla görüşə gedirdik. O zaman otaqda "Şurik" obrazını canlandıran Aleksandr Sergeyeviç Demyanenkonu da gördüm. Rolum təsdiqləndikdən sonra rejissor dedi ki, sənin dörd övladın olmalıdır, üç uşaq tapmışıq, biri qalıb. Sən məhəllənizdən bir uşaq tap.

Mən də öz oğlumu çəkilişə apardım, amma bu haqda məlumat vermədim. Dəniz kənarında çəkiliş zamanı rejissor dedi ki, necə edə bilərsən, sənin gətirdiyin oğlan ağlamalıdır. Cavab verdim ki, uşağı vuracam, ağlasın. Rejissor qayıtdı ki, uşağı vurmaq olmaz.

Səhnə çəkiləndə dondurma satanın qulağına pıçıldadım ki, bu uşaq gələndə dondurma vermə. Uşaq dondurma istəyəndə o, dedi ki, sənə dondurma olmaz. Uşaq hönkürtü ilə ağlamağa başladı. Rejissor sevindi ki, səhnə uğurlu alındı. Sonra mənə yaxınlaşdı ki, siz dondurma satana nə dediniz ki, uşağı ağlatdı. Mən ona həqiqəti açıqladım və Eldar Əzimovun oğlum olduğunu söylədim.

Rejissor təəccübləndi və soruşdu ki, mənə niyə öncədən məlumat vermədiniz? Dedim, siz mənə məhəllədən uşaq gətirməyi xahiş etdiniz, düşündüm ki, rol təsdiqlənsin, sonra məlumat verərəm. Beləliklə, oğlum ilk dəfə 4 yaşında filmə çəkildi.

Eldarın çəkildiyi ikinci ekran əsəri isə rejissor Eldar Quliyevin "Ürək... ürək..." filmidir. Orada mərhum xalq artisti Həsənağa Turabovun oğlu obrazını canlandırıb. Üçüncü filmi Tofiq Tağızadənin rejissorluğu ilə çəkilən "Qızıl qaz" filmidir. Həmin filmdə mənimlə yanaşı Şahmar Ələkbərov, Həsən Məmmədov da oynayıb. Oğlum Şahmar Ələkbərovun oğlu obrazını canlandırıb.

Bir xatirəni sizinlə bölüşüm: Şahmar Ələkbərov və Həsən Məmmədov film çəkilişindən öncə Eldarı öyrədiblər ki, sənə çəkiliş üçün göstəriş veriləndə razı olma, filmə çəkilmə. Çəkiliş zamanı gələndə oğlum dedi ki, çəkilmək istəmir.

O zaman 7 yaşı vardı. Mən Eldara dedim ki, niyə çəkilmirsən? Onda Həsənlə Şahmar gülməyə başladılar. Və dedilər ki, biz Eldara filmə çəkil deməsək, o razılaşmayacaq. Soruşdum ki, səbəb nədir? Cavab verdilər ki, film üçün qonorarımızı verməyiblər, ödəniş etsinlər, uşaq da çəkilsin.

Sonra Şahmar və Həsən Eldara gözləri ilə işarə verdilər ki, filmə çəkil. O da çəkildi. Nəhayət, Eldar dördüncü filmə çəkilməli idi. O zaman dördüncü sinifdə oxuyurdu. Eldarla danışdım və dedim, uzun illərdir ki, teatrda işləyirəm. Bu sahənin əzabını da görmüşəm. Aktyorluq sənəti səndən böyük istedad tələb edir. Hansı sahədə fəaliyyət göstərmək istəyirsənsə, o istiqamətə get.

Eldar indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil oldu. Öz ixtisasına uyğun karyera qurdu.

- Maraqlıdır ki, oğlanlarınız üçün necə ata olmusunuz?

- Mənim oğullarım çox tərbiyəlidirlər. Əgər övladlarımla ünsiyyət qursanız, görərsiniz ki, onlar necə insandırlar... Onlar bu gün də bizim, yəni valideynlərinin üzərində əsirlər, qayğı göstərirlər. Bir balaca başımız ağrıyan zaman narahat olurlar.

Pandemiya dövründə həyat yoldaşımla koronavirusa yoluxmuşduq, heç birini evə buraxmırdım. Bazarlıq edib, qapıdan qoyub gedirdilər. Övladlarımızı niyə virusa yoluxduraq ki? Qızımız yoxdur, gəlinlərim doğma övladımız kimidilər. Gəlinimin biri bankda çalışır. Evlərində nəsə bişirən kimi tez bizə də göndərirlər.

Hazırda Prezident İlham Əliyevin bağışladığı mənzildə yaşayıram. Əvvəl ulu öndər Heydər Əliyev dördüncü mikrorayonda mənzil bağışlamışdı. Həmin binada mərhum aktyorlar Yaşar Nuri, Səməndər Rzayev, Əliabbas Qədirovla qonşu idik. Onlar evlərini təmir elətdirib, məndən mənzillərinə öncə köçmüşdülər. Məndə kiçik məsələlər var idi, onu düzəltmək üçün bir az sonra mənzilə köçdüm. Bir erməni santexnik usta kranı evimdə açıq qoyub getmişdi. Su Yaşar Nurinin evinə axmışdı.

Gecə həyat yoldaşımla suyu təmizlədik. Düşündük ki, indi Yaşar Nurinin ailəsiylə mübahisə başlayacaq. Gecə saat 1-in yarısında Naşar Nuri evimə gəldi. Qapını açdım və gördüm ki, Yaşar Nuri gülür. Əlində bir şüşə konyak, meyvələrlə gəlmişdi. Dedim, Yaşar, söyməyə gəlmisən. Cavab verdi ki, yox, vurmağa gəlmişəm. Qonşu qonşunun başına su tökmədi nə ləzzəti?

Bunu Yaşar Nuri ölənə qədər danışırdı. Mən də hər söhbət düşəndə danışıram.

- Dünyasını dəyişən həmkarlarınızdan ötrü darıxırsınızmı?

- Çox böyük sənətkar idilər, indi sağıma-soluma baxıram, onları görmürəm. Səməndər Rzayev, Yaşar Nuri, Həsənağa Turabovun nə yaşı var idi ki, haqq dünyasına qovuşdular? Azərbaycan teatrının sütunları idilər. Həmişə onların intizarını çəkirəm. Bu gün yaşasaydılar, Azərbaycan mədəniyyətinə töhfələri daha çox olardı. Onların yoxluğuna heyifsilənirəm, qəhərlənirəm.

- Bugünkü gənc aktyorlara nə kimi tövsiyələr verərdiniz? Hər dövrün öz çətinlikləri olsa da, sənətə sadiq qalmaq üçün nələr önəmlidir?

- Hazırda çox istedadlı gənclərimiz var. Düzdür, kino sahəsində əskik tərəflərimiz də az deyil. Kino xalqın mədəni sərvətidir, Azərbaycan kinosunu dünyaya çıxarmaq lazımdır. Təəssüf ki, indi kinomuz əvvəlki səviyyədə deyil. Biz sənətimizin intibah dövrünü yaşadıq.

İndi yaşlı nəsildən bir neçə nəfər qalmışıq. Tamaşaçılar bizə müraciət edirlər ki, filmlər niyə çəkilmir? Onu da deyim ki, tamaşaçının zövqünü korlamaq olmaz. Xəzər TV-də yayımlanan "Komedixana" verilişini bəyənmirəm. Özləri baxıb, özləri gülürlər. Onların içərisində yaxşı aktyorlar da var, amma bir güllə bahar olmur.

Bizim xalqımız istedadlıdır. Yaşlı sənətkarlarımızın hər biri məktəb idi. Onlardan çox şey öyrənmişdik. Belə bir atalar sözü var: Su gələn arxa bir də gələr. Arxayınam ki, bundan sonra da istedadlı sənətkarlarımız yetişəcək. Onlara imkan vermək lazımdır, onları qocaltmaq lazım deyil. Qoy gənc ikən öz istedadlarını mümayiş etdirsinlər. Biz istedadlı gəncləri dəstəkləyirik və müəyyən orqanlara müraciət edirəm ki, teatr, kino, mədəniyyət sahəsi daha yüksək səviyyədə inkişaf etsin.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, teatrda rejissorun sizdən xoşu gəlmədiyinə görə obrazınızı başqa aktyora verib. Bu, nə zaman baş verib və belə bir şey indi də davam edirmi?

- Xeyr, mən elə deməzdim. Rejissorun özünün yanaşma üslubu var. Məsələn, mən birinin xoşuna gələ, digərinin xoşuna gəlməyə bilərəm. Deməli, Ələsgər Şərifovun quruluşunda “Cehizsiz qız”da Karandışev rolunda İsmayıl Osmanlı çıxış edib. O rolu mənə etibar etmişdilər. Tamaşanın rejissoru mənim oyunumu bəyənmirdi. Bunu birbaşa da söyləmirdi.

Amma münasibətdən görürdüm ki, mən digərlərinə nisbətən kənarda qalıram. Əvvəllər rol bölgüsü haqqında divarda məlumat yerləşdirilirdi. Mən siyahıya baxanda gördüm ki, adım üçüncü sırada qeyd edilib. Həmin an çox təəccüblənmişdim ki, məni bəyənməyən rejissor baş rollardan birini mənə verib. Sonra Ələsgər Şərifov mənə dedi ki, teatrda çox aktyor axtarıb, amma Karandışevi heç kimdə görməyib. Məni o cür kəşf etdi və sonra nə qədər tamaşalarda rollar canlandırdım.

Bu kimi hallar da yaşamışıq. Bir də görürsən ki, rejissor sənə inanmır, amma sən onun öhdəsindən gələ bilirsən. "Cehizsiz qız" tamaşasında tərəf-müqabillərim Amaliya Pənahova, Məlik Dadaşov, Rafael Dadaşov, Səməndər Rzayev, Nəcibə Məlikova kimi sənətkarlar idilər.

- Sizi bu sənətə yönəldən ən böyük amil nə oldu?

- Mən Dram Teatrına qədəm qoyduğum illərdə epizodik rollardan baş rollara vəsiqə aldım. Çünki mənə tezliklə inam yarandı. Məşhur aktyorlarla – Ağadadaş Qurbanov, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli kimi sənətkarlarla tərəf-müqabil oldum. Elə sənətkarlarla eyni səhnəni bölüşmək hər gənc aktyora nəsib olmur.

- Arzusunda olduğunuz obraz varmı?

- Bəli, arzusunda olduğum obraz var, indi gözləyirəm. Çox böyük sevinclə Elçin Əfəndiyevin "Baş" romanı əsasında Mehriban Ələkbərzadənin rejissorluğu ilə hazırlanan tamaşada rol alacam.

- Hazırda teatrda vəziyyət necədir? Bir neçə gün əvvəl xalq artisti Əli Nur ilə aktyor Cavid Novruz arasında qalmaqal yaşandı. Ümumiyyətlə, gənc nəsillə yaşlı nəsil arasında münasibət necədir?

- Yaşlı və gənc nəsil bir-birinə hörmət etməlidirlər. Nə Əli Nur, nə də Cavidan Novruzun fikri ilə razıyam... İnsan dostuna, çalışdığı doğma teatrına hörmət etməlidir. Kənar şəxslərin müdaxiləsi düzgün deyil. Onların aralarındakı problemi bütün dünyaya car çəkmələrini heç birinə arzulamıram.

Evin içində söz-söhbət ola bilər, amma bunu ətraf bilməməlidir. Biz teatrda bir ailəyik. Xüsusilə, bu, sənət adamlarına yaraşmaz. Camaata qalmaqalın nə dəxli var? Sən sabah tamaşaçı qarşısına çıxacaqsan. Səhnədə özündən əvvəl qırğın etdiyin insanla xatırlanacaqsan. Bu olmaz.

Aktyorların ən yaşlısı mənəm, bir dəfə görmüsünüz ki, kiminsə haqqında mediada xoşagəlməz ifadə işlədim? Jurnalistə ilk sualı mən verirəm, soruşuram ki, müsahibənin mövzusu nədir? Əgər mübahisə salmaq istəyirsənsə, mənim ağlım başımdadırsa, yüz il də qalsa, güzəştə getmərəm. Sonra mən ailə üzvlərimin üzünə necə baxa bilərəm? Deməzlər ki, camaat səndən ibrət götürməlidir?..

Onu da deyim ki, "Komedixana"ya və xanımların geyimlərinə baxanda ət tökürəm. Harada bir qüsur görürəmsə, pis oluram. Ayıbdır, olmaz!

- Bundan sonra özünüzə yaşamaq üçün neçə il arzu edirsiniz?

- Daim Allaha dua edirəm. Evdən "bismillah"la çıxıram. İnsanı qoruyan Allahdı. Bu vərdişi balalarıma, nəvələrimə də öyrədirəm. İnsanlarla rəftar etməyi bacarsınlar. Atam mənə deyərdi ki, sənə pislik edənlərə sən yaxşılıq elə. Bu fəlsəfə ilk zamanlar mənə çatmırdı. Amma indi həyatda məni bu fəlsəfə yaşadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru