“Ayaz Salayevə Sovet Rusiyasının dilimizin başına açdığı oyunları təkrar-təkrar araşdırmağı və öyrənməyi məsləhət görərdim” - REAKSİYA
Tarix: 20-02-2025, 09:44 | Çap et
 Kinorejissor Ayaz Salayevin dilimizlə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub. Baku TV-də Elçin Əlibəylinin verilişində Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında anlaşılmazlıq yaranıb. Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib. Daha sonra o, “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur” deyib. Bu fikir Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o, öz etirazını bildirib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”.
Türkoloq-alim Faiq Ələkbərli “Sherg.az"a açıqlamasında deyib ki, Ayaz Salayevin dilləri müqayisə etməsi Azərbaycan türkcəsi ilə müqayisədə rus dilinin yox, məhz Türkiyə türkcəsinin daha təhlükəli olduğunu iddia etməsi düzgün yanaşma deyil:
“Bizim dilimiz üçün ən böyük təhlükə doğuran yad təsirlərdən biri elə rus dilidir. Rus dilinin təzyiqi altında Azərbaycan dilinin hansı təsirlərə məruz qaldığını xüsusi yada salmağa ehtiyac yoxdur – bu dilin mənfi və dağıdıcı nəticələri hazırda da məişət dilimizdə qalmaqdadır. Günümüzdə də işlətdiyimiz bir çox sözlər məhz bu təhlükədən qaynaqlanan bir haldır. Rus dilindən sadəcə şifahi nitqdə deyil, hətta elmi ədəbiyyatımızda da yanlış kəlmələr almışıq ki, dilimizin mahiyyəti pozulub. Ayaz Salayevə 40-60-cı illərdə həm əlifbamızın, həm də dilimizin başına Sovet Rusiyasının açdığı oyunları təkrar-təkrar araşdırmağı və öyrənməyi məsləhət görərdim. Onda görəcək ki, rus dili ana dilimizin öz mahiyyətindən uzaqlaşmasına necə təsir edib”.
Türkiyə türkcəsinin ilkin mahiyyətinin Azərbaycan türkcəsi ilə bağlı olduğunu vurğulayan alim qeyd edib ki, hamımızın dili türk dilidir. Türkiyə türkcəsinin də vətəni Azərbaycandır; ancaq Türkiyə türkcəsi ötən əsrin əlifba islahatı ilə ciddi şəkildə ilkinliyindən ayrılıb: “Türk dilini Azərbaycan türkcəsi ilə müqayisədə təhlükəli etmək absurd yanaşmadır. Məgər 1930-cu illərə qədər bizim dilimiz türk dili adlanmırdı? Repressiyadan sonra dilimizə qarşı aparılan siyasət nəticəsində dilimiz adını dəyişdi. Saysız-hesabsız dilçi alimimiz, ziyalımız bu dilin identikliyi uğrunda sözün hər mənasında və bütün cəbhələrdə mübarizə apardığı üçün dilimiz öz mahiyyətini qoruyub saxlaya bildi. Məhəmməd Füzulilər, Seyid Əzim Şirvanilər, Məhəmməd Əmin Rəsulzadələr, Ziya Gökalplar, Nəsimilər hamısı türk dilində yazıb-yaradıblar. Ayaz Salayevin türk dilini təhlükə kimi görməsi sovet təfəkkürünün qalığıdır. Biz dilimizə rus yox, türk təfəkkürü ilə yanaşmalıyıq”.
Tarixçi alim Zaur Əliyev də Ayaz Salayevin fikirlərinə iradını bildirib: "Ayaz müəllim, ən təhlükəli bilirsiniz nədir? "Ana" və "ata" kimi gözəl sözlərin "mama" və "papa" kimi səslənməsidir. Ayaz müəllim, 20 yanvarda, Xocalıda rus əsgərlərinin tankla əzib keçdiyi azərbaycanlı uşaqlar, qadınlar, kişilər "Ne ubivaete nas" (Bizi öldürməyin) desələr də, xeyri olmadı. Rus öz dilində belə eşitsə də, tankı onların üzərinə sürdü. Nuru Paşa isə sadəcə "kardeş yardımı" sözünü eşidib 31 mart soyqırımından sonra bu qırğınlar daha davam etməsin deyə, Bakını və Azərbaycanı erməni və ruslardan xilas etmişdi. 44 günlük müharibədə erməniləri məğlub etməyimizdə rolu olan "Bayraktar" da türk dilindədir və Azərbaycana qarşı ermənilərin istifadə etdiyi rus dilində olan "Tank T", "İskander" üzərində Qarabağda qələbə qazandı. İndi hansı dil daha təhlükəlidir, ona qərar verin...".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39 |
|
|
|
|