ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                     Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb .....                     Azərbaycan Güləş Federasiyasında .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri .....                     Niyə “Sədərək” hər yay yanır? .....                     Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                     Şəmkirdə körpə qızdırmadan ölüb .....                     Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır .....                     Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi .....                     Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib .....                     Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... .....                     Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı .....                     Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... .....                     “Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq .....                     Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir? .....                     Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! .....                     Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı .....                     “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                 

“Ağadadaş Ağayevin davranışını doğru hesab etmirəm, amma onun o cür döyülməsi də heç qəbuledilməzdir”
Tarix: 30-07-2024, 09:40 | Çap et
“Ağadadaş Ağayevin davranışını doğru hesab etmirəm,
Artıq bir həftədir ki, cəmiyyətdə Xalq artisti Ağadadaş Ağayevin “balta insidenti” müzakirə olunmaqdadır. Qeyd edək ki, hadisə ilə bağlı artıq cinayət işi açılıb, istintaq davam etdirilir.

Cəmiyyət bu məsələdə iki hissəyə bölünüb. Bir qisim bu hadisədə ilk “daş atan” Ağadadaş Ağayevin, digər qisim isə mühafizəçinin müqəssir olduğunu deyir.

Hadisəyə tanınmış ictimaiyyət nümayəndələrindən də reaksiya gəlib. VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa birmənalı olaraq gözətçini müdafiə edib.

“Mühafizəçinin atası-anası yoxdur? O, Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa, balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda, xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Xəstəxana onun postudur, bir sərxoş, bir qatil, bir ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar? Üstəlik, baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?” - F.Mustafa bildirib.

Tanınmış şair Şəmsi Vəfadar da xalq artistini sərt şəkildə tənqid edib.

“Ağadadaş Ağayev xalqın artisti olsaydı, xalqa balta qaldırmazdı. Ən azından etdiyi hərəkətə görə xalqdan üzr istəyərdi. Baxın, Ağadadaşı müdafiə edənlər Manaf kimilərdir. Çünki Ağadadaş Ağayev də dövrünün Manafı olub... İnsanlar arasında dərin hörmət və rəğbət qazanmaq üçün bəzən illər bəs etmir,özünü rüsvay etmək ücün isə bir an, bir gün belə kifayətdir. Ağadadaş Ağayev də məlum hərəkəti ilə özünü gözdən saldı”, - deyə şair Şəmsi Vəfadar bildirib.

Sosial şəbəkələrdə gedən müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti” adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.

Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq. Hüquqşünaslar bildirir ki, məhkəmə müğənnini fəxri addan məhrum da edə bilər.

Xalq artistinin bəzi yaxın dostları, müğənni həmkarları bu məsələ ilə bağlı susmağa üstünlük versələr də, aralarında müğənniyə dəstək çıxanlar da oldu. Məsələn, müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin gözətçi ilə baltalı davasına münasibət bildirərkən deyib:

“Ağadadaş müəllimlə bağlı görüntüləri gördüm, heç istəməzdim belə olsun, xətrini çox istəyirəm, yerini bilən, ədəb-ərkanlı insandır. İxtisasca müəllimdir, illərdir sənətdədir, yaşı 70-ə yaxınlaşıb, səhhətində problemlər var, uzun müddət Türkiyədə müalicə alıb. Hər zaman böyüklüyünü görmüşəm. Onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb.

Günah kimdədir bilmirəm, hətta günah Ağadadaş müəllimdə olsa belə, böyüklərlə incə davranmalıyıq. Hamımız qocalacağıq, insandır, hövsələdən çıxa bilər, xəstəlikdən sonra müəyyən travmalar qala, əsəblər yerində olmaya bilər. Mən şəxsən ağsaqqala əl qaldırmazdım. İndi müasirlikdir, təəssüf ki, deyirlər, basıb ağsaqqalı da döyməlisən, ağbirçəyin də üzünə söyməlisən, niyə avtobusda onlara yer verməliyik, biz də pul verib gedirik, onlar da. Bu nə düşüncədir? Dəyərlərimizə görə böyük-kiçik yeri həmişə olub".

Əməkdar artist, bəstəkar müğənni Elza Seyidcahan məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Əməkdar artist Ağadadaş Ağayevin balta atması hərəkətini pisləsə də, onun döyülməsi hadisəsinin qəbuledilməz olduğunu deyib: “Həmin hadisədən xəbər tutan kimi dərhal Ağadadaş Ağayevlə telefon əlaqəsi saxladım. Telefonu oğlu götürdü və bildirdi ki, atası həkim nəzarətindədir, həmçinin polis əməkdaşları tərəfindən dindirilir.

O görüntüləri görəndə şoka düşmüşdüm. İndi də xatırlayanda çox pis olur, həyəcanlanıram.

Əlbəttə ki, mən balta məsələsinə görə Ağadadaş Ağayevə haqq qazandırmıram, bu onun səhvi idi. Hamımız bilirik ki, Ağadadaş Ağayev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Bu vaxta qədər el şənliklərində, tədbirlərində onunla dəfələrlə qarşılamışıq və hər zaman mədəniyyət, ədəb-ərkan görmüşük. Ondan özümüzə qarşı heç zaman kobud davranış olmayıb. Yəqin ki, çoxları bilir, Ağadadaş Ağayev bir müddət rus dili müəllimi kimi fəaliyyət göstərib, ixtisasca müəllimdir.

Bir daha qeyd edirəm, Ağadadaş Ağayev xəstədir, ola bilər ki, xəstəlik onu bu vəziyyətə gətirib çıxarıb. Ağadadaş Ağayev müqəssir ola bilər, amma həmin hadisəyə, onun mühafizəçi tərəfindən döyülməsinə seyrçi qalan şəxslər on qat artıq müqəssirdir. Ağadadaş Ağayev bu sənətdəki zəhmətinə görə dövlətimiz tərəfindən fəxri adlar, mükafatlar alıb. Yəni bütün bunlar “bir salama dəymədi?” İnsanlar xalq artistinin döyülməsini necə qəbul edib, seyirçi qala bilirlər? Bəli, Ağadadaş Ağayev mühafizəçiyə balta atıb və balta düşdüyü yerdən sıçrayıb bir qadının ayağına dəyib və onu yaralayıb. Buna görə onu zərərsizləşdirib, polis orqanlarına təhvil verə bilərdilər. Hər kəs qanun qarşısında eynidir və cavab verməlidir. Amma ətrafdakı insanlar sadəcə xalq artistinin döyülməsini soyuqqanlı şəkildə seyr edirdilər. Bu, əslində dəhşətli faktdır. Bu, onsuz da yıxılıb yerə, sonradan ona təpikləyib, dəmir vurmağın nə yeri var idi? Bəlkə xalq artisti dəli olub, onu sadəcə zərərsizləşdirib, aidiyyəti orqanlara təhvil vermək lazım idi. Bu cür davranış həm də ölkəmizə başucalığı gətirmir. Ölkəmizi istəməyənlər dərhal hadisəni yaydılar ki, Azərbaycanda xalq artistini bu cür döydülər. Bu heç də yaxşı hal deyil.

İnsan bu cür hadisələri görəndə sənətdən uzaqlaşıb, evində “qınına” çəkilmək istəyir. Zamanında mərhum xalq artisti İlhamə Quliyeva, eləcə də bir müddət əvvəl Flora Kərimova mənə kəskin sözlər bildirmişdilər, amma onların sənətkarlığına hörmət edərək, qeyri-etik sözlərə, davranışlara yol verməmişdim. Sənətkarlara hər zaman hörmətlə yanaşmaq lazımdır. Bir daha qeyd edirəm, Ağadadaş Ağayevin davranışını doğru hesab etmirəm, amma onun o cür döyülməsi heç cür qəbuledilməzdir".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru