Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                 

"Bizə çox böyük hörmət etdilər..."
Tarix: 7-09-2023, 07:31 | Çap et
"Bizə çox böyük hörmət etdilər..."

Tanınmış teleaparıcı və aktyor Şəhriyar Əbilov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

-Şəhriyar bəy, bir neçə ay bundan əvvəl Hindistanda filmə çəkilməyinizlə bağlı məlumatlar yayıldı. İstərdim daha ətraflı özünüz danışasınız. Nə filmidir, rolunuz nədir?

-Bilirsiniz ki, artıq 5-6 ildir ki, hindistanlılar bizim ölkəmizdən məkan olaraq istifadə edib, filmlər çəkirlər. Ən keyfiyyətli Hindistan filmlərini Bollivud çəkir. Bizim ölkədə Bollivudun bir çəkilişi var idi, kastinq etdilər, aktyorlar seçildi. Azərbaycanlı iş adamını oynayan aktyor roluna sonda qərara gəldilər ki, məni dəvət etsinlər. Dəvət etdilər, görüşdük. İlk görüşdə qiymətdə razılaşma olmadı, daha sonra razılaşdıq. Mənim Bakıda iki gün çəkilişim oldu. Sonra onlar çıxıb Hindistana getdilər. Filmi çəkən şirkət Hindistanın məşhur aktyoru Salman xanın öz prodakşınıdır. Baş rolda da onun yaxınları oynayırdı.

Səhnələrimi baxıb müzakirə edəndən sonra düşünüblər ki, məni Hindistana dəvət etsinlər. Hindistana getdim. Mənim üçün Hindistan yad ölkə deyil. Artıq ikinci dəfədir ki, orada oluram. Sağ olsun səfirliyimiz 1 illik viza verdi, bizə çox böyük hörmət etdilər. İki gün çəkilişimiz oldu. Mumbay şəhərindən üzü Qua şəhərinə gedəndə yolüstü istirahət mərkəzinin möhtəşəm bir otelində hovuz kənarında və otelin içində çəkilişlərimiz baş tutdu. Baş rolu oynayan xanımla birgə səhnələrim oldu. Bir şeyi vurğulaya bilərəm ki, Azərbaycanda hind filmləri çəkilib və aktyorlarımız oynayıb. Amma Bollivuda dəvət olunan ilk azərbaycanlı aktyor mən oldum. Özü də Salman xanın rəsmən rəhbərlik etdiyi prodakşın tərəfindən dəvət olunmaq mənim qismətimə düşdü. Bu da bir tarixdir. Filmdə inglis dilində oynayırdım, mətnləri əzbərləyirdim, mənimsəyirdim. İnanıram ki, filmdəki obrazım uğurlu alınıb. Yaxın zamanda film Hindistan kinoteatrlarında gedəcək və qismət olsa “Netflix” platformasında yayımlanacaq.

-Aztv-də çalışırsınız. Dövlət kanalıdır, çox ciddi platforması var. Amma siz hər zaman şou sahəsində olmusunuz, birdən-birə dövlət kanalında çalışmaq sizə çətin olmadı ki?

-Bəli, hazırda Azərbayca Dövlət televiziyasındayam. Artıq 2 ildən çoxdur ki, orada fəaliyyət göstərirəm. Bunun yaxşı cəhətləri həddindən artıq çoxdur. Bu da ondan ibarətdir ki, verilişi keyfiyyətli etməyə çalışırıq, nitqimizə fikir veririk. Buna baxmayaraq mən çox sərbəst aparıcıyam, standart aparıcı deyiləm. Öz dinamikam, öz şoum var. Amma kanalın senzurasına, bəzi qanunlarına riayət etmək şərtilə hər şey davam edir. İstəyir geyimdə olsun, istəyirsə də sözlərdə. Mən özüm şou aparıcısı olduğuma görə elə dövlət kanalında da şou, əyləncəli veriliş aparıram. Bu başqa kanalların şou verilişlərindən heç də geri qalmır. Rəqsi, söhbəti, gülüşü yerindədir. Kanalın daxilindəki reytinqlərdə də yüksək səviyyədədir. Azərbaycan dövlət televiziyasının yeganə əsas şou verilişidir. Qonaqlarım da Azərbaycanın yetərincə tanınmış ulduzlarıdır. Hər müğənni ora çıxa bilmir. Bayağı oxuyanlara bu verilişə çıxmaq qadağandır. Bu da məni sevindirir ki, istəmədiyim qonağı reytinqə görə efirə çağırmıram. Bu günlərdə “Düşən pullar” adlı çox böyük bir layihəm başlayacaq. Bu layihə böyük səs-küy qoparacaq. Ulduzlarla oyun olacaq. Uduşlar da pis deyil (gülür).

-Şəhriyar bəy, niyə görə bizim efirlərin əksəriyyəti sırf müğənni üzərində qurulub? Müğənnisiz efir tamaşaçıya həqiqətənmi maraqsızdır?

-Bizdə reytinqə görə sistem yerində deyil. Əvvəllər kanallar öyrədirdilər, indi məcburən tamaşaçının istədiyini göstərirlər. Müəllim tələbənin nə istədiyini ona verir. Bu sistem də heç də yaxşı yerə aparmır. İllərdir ki, görürsünüz televiziyalar çökür, qalxmır. Sosial media ondan çox gündəmə gəlir. Bunun qarşısını almaq üçün bir müddət reytinq sistemini kənara qoyub, kanallar keyfiyyət diktə etməlidir. İntelektual şoulardan tutmuş, keyfiyyətli müğənnilərə qədər. Diktə etməlidir, diktə edəndən sonra 1 il, il yarım, 2 il sonra insanlar efirdə nə varsa məcburən onu qəbul edəcəklər. Belə olan halda da yenə də tələbə artıq müəllimdən müəllimin ona verəcəyini qəbul edib öyrənəcək.

-Aparıcı yoxsa aktyorluq. Hansı sizə daha yaxındır?

-Rəssamlıq Akademiyasında 3-cü kursda oxuyuram. Rəsm çəkirəm. Yəni, iki yox, üç peşəm var (gülür). Amma rəssamlıq hələ ki, ilkin mərhələdir. Onu bu sıralara qoşmaya da bilərik. O ki, qaldı hansı daha mənə yaxındır sualına. Mən ikisini bir arada aparmaq istəyirəm. Biri o birinə mane olmasın. Hansı böyüyərsə o birisi balacalaşacaq. Hal-hazırda həm aparıcıyam, həm də aktyoram.

-Oğlunuz Osmanın incəsənət sahəsində olub, hansı sənətinizi davam etdirməyini istərdiniz?

-Hazırda oğlumu heç bir yerə yönləndirməklə məşğul deyiləm. Hələ ki, o elə bir yaşdadır ki, böyümə, öyrənmə prossesləri keçir. Gələcəkdə böyüyəcək, özünü tanıyacaq, axtaracaq, tapacaq. Onun inkişaf dövrü inşallah ki, qabaqdadır. O yolda sözsüz ki, anası da, atası da ona dəstək olmağa, onun yanında olmağa hazırdırlar. Amma mən durub yönləndirim ki, incəsənət adamı olsun, aktyor olsun yox. Özünün nəyə sevgisi, marağı olacaqsa mən o yolda ömrümün axırına qədər onun yanında olacağam.

-Şəhriyar bəy, sizcə bu sahədə dost və dostluq varmı?

-Əgər sənin diplomatlığın varsa, bəzi anlarda bağışlamağı bacarmalısan. Bəzi anlarda hardasa nəyisə şişirtməyib dostuna bağışlayırsansa, dostluq uzun ömürlü olur. Çox istəyirsənsə, doğmalığın varsa, ona görə çox şeyləri fəda verəcəksənsə, deməli dostluq uzun ömürlüdür. Müvəqqəti dostlar çox görmüşük, tez-tez gəlib gedirlər ətrafımızdan. Tanınmışlığımıza görə bizə yaxın dururlar, sonra dost adıyla özlərini göstərirlər, jestlər edirlər, sonra da görürsən ki, o deyil, yalandır, falşdır. Onları silib atmağı çox gözəl bacarırıq. Son zamanlar artıq elə bir yaşım var ki, mənə yaxın gələn insanı tanıyıram. Bir şey də var, hamımız onu hiss etmişik. Bir də bir şey var, hamımız onu hiss etmişik. Birinci baxışdan ürəyində bir siqnal olur, hansı ki, sənə doğru deyir. Bax ona qulaq asmaq lazımdır. O istər-istəməz nəsə bildirir. Bəzən onu boş buraxırıq ki, yoxe yox, o axı yaxşı uşaq idi. Sonda görürsən ki, həqiqətən də o siqnal elə yerində gəlmişdi. O siqnala qulaq asmaq lazımdır. Ya silib atmaq, ya da əksinə dost olmaq lazımdır. Yenə də yaşı vurğulayacam. Biz elə yaşdayıq ki, yeni dostlardan ehtiyyat edirik, köhnə dostların qədrini bilməyə çalışırıq.
-İnsanın hədəflərinə çatması üçün öncə onda hansı xüsusiyyət olmalıdır?

-Çox gözəl sualdır. Əgər bir şeyi istəyirsənsə, öncə ona inanmalısan. Əgər inam varsa mütləq ki, o inamın yanında bir az da iddialı dirənmək olacaqsa, səbrlə, dözümlə axıra qədər o işin arxasınca gedəcəksənsə, inan ki, o iş alınacaq. Mümkün deyil ki, alınmasın. Bir dəmir parçasını götürün divara vurun. Bir gün vuracaqsan qırılmayacaq, yorulacaqsınız ki, bu qırılmır. 2-ci gün qırılmır, 3-cü gün qırılmır. Amma yenə də zərbə öz sözünü deyir. Siz dayanmırsınız. Dayanmadığınıza görə də bir gün oradan bir deşik açılacaq. Bir gün o vurduğunuz yer dağılacaq və yol açılacaq. Bu onun məntiqidir ki, bir işin üstünə axıra qədər düşüb, sonuna qədər gedəndə o işin alınmamağı mümkün deyil. Mütləq ki, alınacaq.

-Həyat gözləmədiyiniz anda sizə nələri yaşatdı? Yaxşı yaxud da pis olanlar..

-Həyat gözləmədiyim anda mənim qarşıma sürprizlər çıxarır. Hər zaman belədir. Şok, travma aldığım sürprizlərim də olub. Sevindirici, xoşbəxt edəsi sürpzirlər də həyatımda çox olub. Nə olursa-olsun hamısı Allahdandır. Bir müddət sonra başa düşürsən ki, bu bir mükafat idi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru