Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                 

Türkiyə seriallarının Azərbaycan dilində dublyajına nə ehtiyac var? - ÇAĞIRIŞ
Tarix: 28-10-2021, 08:13 | Çap et
Türkiyə seriallarının Azərbaycan dilində dublyajına nə ehtiyac var?
Artıq bir müddətdir ki, bir neçə məşhur Türkiyə serialı Azərbaycan televiziyalarında dublyaj edilmiş şəkildə verilir. Məsələn, AzTV bir müddətdir ki, “Diriliş Ərtoğrul” serialının ardınca “Quruluş Osman” serialını dublyajla tamaşaçılara təqdim edir.

Xatırladaq ki, serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı Birinci Osmanın (Osman Qazi) həyatını əks etdirir. Bir seriya 120 dəqiqədir.

Əlbəttə ki, Türkiyə seriallarının Azərbaycan televiziyalarında da yayımlanması çox təqdirəlayiqdir. Lakin serialların dublyaj edilərək təqdim edilməsi cəmiyyətdə narazılıqla qarşılanır. Xüsusən də son vaxtlarda Azərbaycanla Türkiyə arasında münasibətlərin bir millət-bir dövlət səviyyəsində olduğu bir zamanda türk serialların yenə də dublyajla verilməsi sərt tənqid olunur. Bildirilir ki, Türkiyə türkcəsinin ölkəmizdə dublyajına ehtiyac yoxdur. Ən əsası isə bu cür seriallar dublyajla təqdim olunduqda onun orijinal intonasiyası, effekti aşağı düşür.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycan telekanallarında əcnəbi serialların yayınına qadağa qoyulmuşdu. Bu qadağa yalnız ötən il sentyabrın 1-dən ləğv edilib. Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunmuşdu. Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00-07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna bilər.

Bəs eyni dildə olan Türkiyə seriallarının Azərbaycan dilinə dublyaj olunmasına ehtiyac varmı?

Mövzu ilə bağlı teletənqiçdi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Bu məsələ dəfələrlə gündəmə çıxıb, mətbuatda müzakirələr olunub, müxtəlif yanaşmalar var. Lap əvvəldən mənim bu məsələyə yanaşmam belə olub ki, Türkiyə seriallarının dublyaj olunmasının heç bir mənası yoxdur. Təkcə mənası deyil, eləcə də effekti yoxdur.

Başqa dillərdən fərqli olaraq biz Türkiyə türkcəsini yaxşı duyuruq, onun intonasiyasını doğma intonasiyamız kimi qəbul edir, sözlərin əksəriyyətini başa düşürük, həmçinin aktyorları tanıyırıq, sənət adamları ilə təmaslarımız var və sairə. Ona görə də Türkiyə serialı, türk dili mahiyyət etibarı ilə eyni kökdən olduğumuza görə Azərbaycan dilinə, Azərbaycan tamaşaçısına çox yaxındır. Ona görə də türk serialını dublyaj etmək özünü doğrultmur.

Xatırlayırsınızsa, vaxtilə Xəzər TV-də belə bir eksperiment aparıldı - Kamal Sunalın oynadığı filmlərdə bütün obrazlar dublyaj olunurdu, bir tək Şaban obrazı orijinalda qalırdı və bunun da özü tamamilə fərqli bir atmosfer yaradırdı.

Əlbəttə ki, dil haqqında qanun da var. Ona görə də düşünürəm ki, indiki situasiyada Türkiyə serialında səsləri olduğu kimi saxlayıb, türk dilinin incəliyini tam başa düşməyən tamaşaçılar üçün subtitrlə dublyajı vermək olar. Bununla da biz ümumi türk dilinin atmosferini verə bilirik, ikincisi, “Dil haqqında” Qanuna əməl etmiş oluruq, üçüncüsü isə tamaşaçıya və türk dilinə lazım olduğu dəyəri veririk. Ona görə də televiziyalar bu barədə ciddi düşünməlidir".

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə qeyd etdi ki, Türkiyə seriallarının dublyajla verilməsi yolverilməzdir:

“Neçə illərdir ki, bu haqda deyirik. Bundan böyük ayıb olmaz. Türkiyə türkcəsini Azərbaycanda bilməyən yoxdur. Axı bu bizim dildir, biz bir millət, bir dövlətik. Bizim türkcələrimiz Özbəkistanın, Qırğızıstanın türkcəsinə bənzəməz, eynidir.

Bu baxımdan Türkiyə seriallarının dublyajına baxanda çox xəcalət çəkirəm. Vəzifədə olan bəzi türk düşmənləri var idi, hansı ki, türkün dilinə nifrət edirdilər, məhz onlar belə bir qayda-qanun yaratdılar ki, türk dilində olan seriallar da dublyaj edilsin. Artıq bu məsələni yığışdırmaq lazımdır. Bu gün Qarabağda çox böyük tarixi hadisə yaşandı. Türkiyə mətbuatı bütün günü ancaq Azərbaycan, Qarabağ, Füzuli hava limanı haqda informasiyalar verdi. İki ölkə rəhbəri birlikdə yürüyüb, birlikdə möhtəşəm bəyanatlar verdilər. İllərlə xəyal etdiyimiz bu günləri gördüyümüzə görə çox xoşbəxtik. Çox şükür ki, övladlarımız Qarabağın işğaldan azad olunmasını bizimlə yaşadılar, gördülər və həmin Qarabağda indi Türkiyə-Azərbaycan çiyin-çiyinə o torpaqları abadlaşdırır, cənnətə çevirmək üçün böyük layihələrə imza atılır. Onda belə çıxır ki, Rəcəb Tayyib Ərdoğan danışanda yanında tərcüməçi olmalıdır ki, dediklərini Azərbaycan dilinə çevirsin? Belə bir anormal bir şeyi təsəvvür etmək olarmı? Eynilə Türkiyə serialları da bu cürdür.

Beləliklə, televiziyalardan dərhal həmin dublyajları yığışdırmaq lazımdır. Ayıbdır. Buna başqa ad verə bilmirəm".

Rejissor-prodüser Fehruz Şamıyev isə bildirdi ki, Türkiyə seriallarının Azərbaycan dilində səsləndirilməsinə səbəb Teleradio Şurasının vaxtilə verilmiş qərarı ilə bağlıdır:

“Hazırda ölkəmizdə Türkiyə istehsalı olan film və serialların hamısı Azərbaycan dilində nümayiş olunur. Düşünürəm ki, bu məsələ müəyyən qədər mübahisəlidir, çünki hələlik ortaq türk dili məsələsi də həll olunmayıb. Bu baxımdan da müstəqil Azərbaycan Respublikasında nümayiş olunan məhsulların hər biri Azərbaycan türkcəsində nümayiş olunmalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru