“Bir ildir ki, aktyorlar evdə “paslanır”...”
Tarix: 10-03-2021, 10:14 |
Çap et
Bu gün 10 Mart – Milli Teatr Günüdür.
Bu əlamətdar günlə bağlı Moderator.az-a açıqlama verən Xalq artisti Valeh Kərimov, pandemiya səbəbindən teatrın hazırkı durumunun acınacaqlı olduğunu vurğuladı:
“Təəssüflər olsun ki, pandemiya səbəbindən teatrımızın buügünkü vəziyyəti ürəkaçan deyil. Pandemiya bir çox sahələr kimi teatr sahəsindəki fəaliyyəti də dondurub. Bir ildir ki, teatr yox, səhnə yox, fəaliyyət yox... Aktyorlar evdə “paslanır”... Nə aktyor tamaşaçını görür, nə də tamaşaçı aktyoru... Belə bir vəziyyət təbii ki, arzuedilməzdir. Lakin pandemiya hələ ki, başqa seçim qoymur.
Ümid edirəm ki, yaxın gələcəkdə xəstəlik ortadan qalxar və teatrlarımız da öz normal fəaliyyətlərini bərpa edərlər”.