Əməkdar artist Damla və Şəbnəm barədə nələr demədi
Tarix: 9-03-2021, 14:37 |
Çap et
Əməkdar artist Lalə Məmmədova "bayağı" adlandırılan müğənnilərdən və mahnılardan danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "ATV maqazin onlarla" verilişində bu sözləri deyib:
"Damla istedadı olan qızdır. Onun "Çamadan" mahnısını bəyinirəm. Ona yazdım ki, nə gözəl nəğmədir. Qayıtdı ki, necə ürəklə oxudum, amma sevmədilər. Zövqlü insanlar o mahnını anlayar.
Şəbnəm Tovuzlu sakit, yerini bilən qızdır. Onun yanında məsləhət verən biri olsun. Desin ki, eyni tonallıqdan oxuyursan. Mahnıları bir-birinə bənzəyir, səsə texno verilir və gözəlliyi itir. Muğam da oxuya bilir. Sənə mahnılar verirlər, bir özün də axtar. Ağlamaq tərzi, bizə yaddır. Məcbur deyilsən ağlayasan, qışqırasan, bir ağlat da".