"Ailədə həm kişiyə, həm də qadına xəyanəti bağışlamaq olmaz"
Tarix: 22-02-2021, 09:45 |
Çap et
Müğənni Elton Hüseynəliyev ailəsi ilə bağlı maraqlı açıqlamalar edib.
“MediaPost” xəbər verir ki, o, “Atv maqazin onlarla” verilişində həyat yoldaşı Tamilla Hüseynəliyevaya xəyanət etdiyini açıqlayıb.
Sənətçi Ruslan Ağayevin “Ailədə nəyi bağışlamaq olmaz” sualını belə cavablandırıb:
“Ailədə həm kişiyə, həm də qadına xəyanəti bağışlamaq olmaz. Amma həyat yoldaşım onu mənə bağışladı. Sübut etdi ki, doğmalıq elə bir nemətdir ki, Allah insanı bağışlayırsa, deməli doğması da onu bağışlayar... Yetər ki, həmin insan etdiyi səhvindən dönə bilsin.
Ailəmi tərk edib, bir il onlardan uzaqlaşdım. O səhvi yenidən düzəltmək istəyərdim. Amma insan o məqama qayıda bilmir. Düzəltmək üçün bundan sonra onları həmişə sevindirəsən. Çünki hər bir insan üçün ən gözəl nemət ailəsidir. İndi ailəmlə xoşbəxtəm. Səhvlərimi düzəltməyimə həyat yoldaşım kömək etdi. Əgər belə olmasaydı, o səhv başqa səhvlərə gətirib çıxarardı. Ona görə deyirlər ki, hər bir uğurlu kişinin arxasında onun həyat yoldaşı dayanır. Öz həyat yoldaşım Tamillaya təşəkkür edirəm. Oan borcluyam. O, mənə görə çox cəfa çəkib. Səni qəlbdən istəyən biri yoxdursa, nə qədər uğur qazansan da o uğuru, sevinci bölüşməyə kimsə olmayanda hamısı mənasızdır”.
Qeyd edək ki, cütlüyün iki qızı var.