"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                 

"Müğənnilərin yaradıcılıqlarının sıfıra enməsinin səbəbkarlarından biri özləridirsə..."
Tarix: 18-02-2021, 08:53 | Çap et
"Müğənnilərin yaradıcılıqlarının sıfıra enməsinin səbəbkarlarından biri özləridirsə..."
Bəstəkar Cavanşir Quliyev... Bu adı eşidən kimi öncə gözümüzün önünə məşhur “Əsgər marşı”, “Aman ayrılıq”, “Hər şey gözəldir həyatda”, “Bura vətəndir!”, “Azərbaycan-Türkiyə” mahnıları gəlir. Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyev artıq 15 ildən çoxdur ki, Şimali Kipr Türk Respublikasında yaşayır və orada Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur. Bir neçə ay öncə 70 illik yubileyi tamam olan məşhur bəstəkarın yaradıcılığında hansı yeniliklər var? Toylarsız qalan müğənnilərin yaradıcılıqlarının tamamilə sıfıra enməsi, pandemiyanın, müharibənin Azərbaycan musiqi mədəniyyətinə təsiri, bu və digər məsələlərlə bağlı Cavanşir Quliyev “Yeni Müsavat”a danışıb:

- 2005-ci ildə Kiprə gəldiyim vaxtdan bu günə qədər dayanmadan çalışıram. 2006-cı ildə “Oğuznamə”, 2010-cu ildə “Nuhun Tufanı”, 2015-ci ildə Türkiyə mövzusu əsasında “Kızılırmak” baletlərini, 2016-cı ildə Türkiyənin böyük şairlərindən biri olan Necip Fazıla həsr olunan eyni adlı oratoriyasını, 2020-ci ildə isə “Müşfiq Ağıları” oratoriyasını yazdım. Bir neçə gün öncə isə “Anzak Koyu” oratoriyasını bitirdim. Nədir Anzak Koyu? Çanaqqalada dəniz qırağı olan bir yerdir. Birinci Dünya müharibəsində İngiltərə Avstraliya və Yeni Zelandiyadan gəncləri aldadaraq gətirmiş, Türkiyəyə qarşı vuruşdurmuşdu. Gənclər heç bilmirdilər ki, qarşılarındakı rəqib kimdir, kimə qarşı vuruşurlar. Müharibə zamanı onların bir qismi öldü və həmin yerdə dəfn olundu. Müharibədən sonra Atatürk onların analarına məktub yazdı və bildirdi ki, “narahat olmayın, sizin övladlarınız burada dəfn olunub və onlar artıq bizim övladlarımızdır. Lazım olan hörməti, sayğını göstərəcəyik”. Beləliklə, Türkiyə bu günə qədər onlara qarşı öz hörmət və sayğısını göstərir, onların məzarını qoruyur. Çünki bilir ki, həmin gənclərin heç bir günahı yox idi. Bu hadisə ilə bağlı Türkiyənin məşhur ssenaristi və prodüseri Sabah Durunun bir librettosu əlimə keçdi. Beləliklə, onun librettosu əsasında bu əsəri yazdım və təxminən 15 gün əvvəl bitirdim.

- Qarabağ zəfəri ilə bağlı da mövzuya müraciət edəcəksinizmi?

- Qarabağ müharibəsi başlayandan bu mövzudan heç vaxt çıxmamışam ki. Bu mövzuda müxtəlif səpkidə, xarakterdə sayca çoxlu əsərlərim var. Onların arasında lirik xiffət dolu, gərgin əsərlər də, marşvari əsərlər də var. Hətta Qarabağ mövzusunda olan tamaşalara musiqilər yazmışam. Yəni bu mövzunu heç vaxt unutmamışam. Görünür, bundan sonra da uzun illər bu mövzuya müraciət edəcəm.

Təbii ki, mən hələ savaşı bitmiş hesab etmirəm. Düşünürəm ki, Xankəndində bayrağımız dalğalananda bəlkə o zaman savaş bitmiş olacaq. İnşallah ki, bu belə də olacaq. Madam ki, qonşularımız belədir, onlar heç zaman öz mənfur istəklərindən əl çəkməyəcək. Ona görə də biz hər zaman hazır olmalıyıq. Savaş, müharibə mövzusu və bu mövzu ilə aşılanan əsərlərin yaradılması daim olmalıdır. Yəni bu mövzu yaradıcı adamların diqqətindən kənarda qalmamalıdır.

Savaş başlayandan bəri internet resurslarından xeyli sayda insan mənə yazıb, məndən yeni əsərlər gözlədiklərini bildirirlər. Təbii ki, mən o insanları anlayıram, biz yazmalıyıq, bu bizim borcumuzdur. Lakin sənətkar aparat deyil ki, düyməsini basan kimi, ortaya nəsə çıxsın. Əlbəttə ki, bunu etmək olar, amma onun keyfiyyəti necə olacaq, bunu dəqiq demək olmur. Ona görə də düşünürəm ki, bu mövzu bir qədər zaman tələb edir. Həm də hələlik məni silkələyən, “tutan” bir mətnlə rastlaşmamışam. İnsanlar düşünür ki, mövzu köhnələr deyə oturub, tələsik yazsınlar. Lakin bu belə bir mövzudur ki, köhnəlmir, ona görə də ona tələsmək lazım deyil.

- 90-cı illərdə yazdığınız “Əsgər marşı” hər iki Qarabağ müharibəsi zamanı dillər əzbəri, şedevr oldu. Yenə də bu cür marş və mahnılar olacaqmı?

- Mən təbii ki, istərdim, lakin yuxarıda qeyd etdiyim ki, bu bir qədər də Allahın işidir. Sən yazmağını yaz, gerisi Allahın işidir (gülümsəyir). Çalışacam ki, olsun. Lakin heç kəs deyə bilməz ki, əsər yazacam və bu mütləq dahi olacaq. Lakin yazacam və müəyyən ideyalar da var.

- Gözləyirdik ki, müharibə ərəfəsində və yaxud zəfərdən sonra bəstəkarlarımız “Əsgər marşı” və digər məşhur mahnılar kimi qəlbləri fəth edəcək, uzun illər yadda qalacaq mahnılar yazacaq. Amma hələ də yoxdur. Sizcə, niyə?

- Bu sualın cavabını heç kim bilmir. “Əsgər marşı”na gəldikdə, bununla bağlı məndən tez-tez soruşular ki, “necə oldu yazdın, necə oldu ki, bu məşhurluq qazandı, onun içərisində nə var ki, 30 ildir sevilir, mexanizmi, sirri nədir?” Hər dəfə də eyni cavab verirəm ki, vallah, heç bir sirr yoxdur. Diqqət etsəniz görərsiniz ki, bu çox sadə marşdır. Onu istəyərək, sevərək, içimdən gələrək yazmışdım... Bir dəfə təsadüfən bir telekanalın işçilərinin dəvəti ilə Qarabağa - Şuşaya, Laçına getdim. Orada yeni yaranan ordumuzu, top-tüfəngimizi, tanklarımızı gördüm, ürəyim qübar etdi ki, deyəsən, yavaş-yavaş ordumuz yaranmağa başlayır. Bu, mənə çox təsir etmişdi. Geri dönəndə, gülləbaranın altında bir zabit həmin marşın mətnini mənə verdi. Həmin vaxt heç soruşmadım ki, şeirin sözləri kimindir, elə bilirdim ki, özünündür. Beləliklə, mətni qoydum cibimə, gəldim Bakıya. Yaşadığım hisslər məni rahat buraxmadı və nəhayət, cibimdən həmin vərəqi çıxardıb, marş yazdım, özü də çox qısa bir müddətə, cəmi yarım saata. Burada heç bir sirr yoxdur. Sirr odur ki, mən onu yazmağı çox istədim və qarşılığında heç bir maddiyyat, şan-şöhrət gözləmirdim. Düşünürəm ki, yazılan əsərlərin çoxu o qədər də səmimi olaraq yazılmayıb. Əslində bir çoxu “Cavanşir yazdı, mən qaldım” niyyəti ilə yazılıb, “qonşu edibsə, mən də edim” deyə. Səmimiyyət, əminlik olmasa, göyə çıxsan belə əsərin keyfiyyəti olmur. Dünya mədəniyyətinin tarixi bunu göstərir. Ona görə də, görünür, indi də insanlar özlərini yazmağa məcbur hesab edir yazırlar, amma ortaya bir şey çıxmır.

- Son illərdə sanki bəstəkarların özləri də ağır, sanballı əsərlər yazmağa maraqlı deyil. Ya da ki, yazılan əsərlərin təbliğatı güclü deyil, biz görə bilmirik.

- Əlbəttə ki, böyük əsərlər yazılır. Lakin qeyd etdiyiniz kimi, üzə çıxmır. Çünki burada təbliğat idarələrinin yanlışı var. Azərbaycanda böyük musiqi əsərlərini təbliğ edən idarələr çox deyil. Bizdə opera teatrı, filarmoniya və televiziya var, əsasən də AzTV. Çünki orkestr və xor Aztv-dədir, digər kanallarda yoxdur.

Ümumiyyətlə, əsərlərin təbliğatı məsələsi bizim ağrılı yerimizdir. İllər əvvəl hələ Bakıda olarkən də, Kıprısa gələndə də deyirdim ki, bizim telekanallarda, radiolarda, başqa idarələrdə musiqi təbliğatı ilə bağlı işə yoldan ötənləri götürürlər. Bu adamlar, sadəcə, musiqini sevən, dinləyən adamlardır, onlar peşəkar deyillər. Ona görə də onların gördüyü iş, indiki efir gözünüzün qabağındadır. Bundan artığını da onlardan gözləmək mümkün deyil, çünki onların bilik və bacarıqları yoxdur. Niyyətlərinin pis olduğunu demirəm, sadəcə, musiqi bilikləri yoxdur. Musiqi sənəti həm də bilik də tələb edir.

- Kənardan baxanda Azərbaycan musiqisi, onun inkişafı necə görünür?

- Son 15-20 ildə Azərbaycanda yaranan musiqilərdə kənardan gələn musiqilərin təsiri normadan çoxdur. Təbii ki, dünyada gedən inkişafdan yararlanmaq lazımdır. Lakin bunun dozası, həddi var. Azərbaycan musiqisində azərbaycanlılıq azalır. Hərdən dinləyib düşünürsən ki, əcəba, bunu yazan azərbaycanlıdırmı? Bəstəkar məgər “Qaragilə”ni, “Sona bülbüllər”i, bu kimi minlərlə gözəl musiqi parçalarını eşitməyibmi? Haradasa laboratoriyada böyüdüblər bunu, yazdığı musiqi nədir? Bəlkə də yazdığı musiqi öz-özlüyündə pis deyil, lakin Azərbaycana heç bir aidiyyəti yoxdur. Çox təəssüf ki, bu cür əsərlərin sayı normadan artıqdır. Bunu mən inkişaf deyil, reqress, yəni geriyə addım hesab edirəm. Azərbaycanda Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Xan Şüşinski, Müslüm Maqomayev var idi. Bəs indi kim var? Cavabını siz özünüz müqayisə edib görəcəksiniz.

- Professoru olduğunuz universitetdə Azərbaycanın da klassik əsərlərinə müraciət edilirmi? Tələbələr bizim musiqini necə tanıyırlar?

- Desəm ki, burada bizi bizdən daha çox sevirlər, bəlkə də inanmayacaqsınız. Buradakı, eləcə də Türkiyə universitetlərinin filologiya, ədəbiyyat fakültəsində əruzla bağlı bir dərslik var. Bir dəfə baxıb gördüm ki, ən çox şeir nümunəsi Füzulidəndir. Onların Füzulini bu qədər sevməklərinə heyran oldum.

Mən səhnə sənətləri fakültəsinin dekanıyam. Bildiyiniz kimi, səhnə sənətlərində, opera, balet də teatr da var. 15 ildir ki, burada musiqi dərslərində tələbələrə “Arşın mal alan” operettasından musiqi parçalarını, ariyaları, mahnıları öyrədirəm. Bəzən maraqlı səhnələrlə qarşılaşıram, məsələn, günorta vaxtı, universitetin kafesinə daxil olanda görürəm ki, sağdan-soldan “Arşın mal alan”dan parçalar oxuyurlar, bəzən zarafatla sözlərini dəyişirlər və sairə. Yəni çox sevirlər.

Sizə bir şey deyim, Azərbaycanda populyar olmayan mahnılarımız burada populyardır. Bu o deməkdir ki, buradakı dinləyici əsl keyfiyyəti bilir. Məsələn, Cahangir Cahangirovun “Ay qız” mahnısı. Əli Səliminin “Ayrılıq” mahnısı, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” kimi mahnıları sevirlər.

- İllər öncə sizin mahnılarınızı ən çox Aygün Kazımovanın ifasında eşidirdik. İndi daha çox hansı müğənnilərlə işləyirsiniz?

- İndi də Aygün Kazımovayla işləyirəm. Lakin bu, Bakıda yaşadığım müddətdə olduğu kimi intensiv şəkildə deyil. Çünki bəzi detallara görə mütləqdir ki, özüm orada olum. Beləliklə, say baxımdan az olsa da yenə də Aygün Kazımovayla, ara-sıra başqa müğənnilərlə də işləyirəm. Lakin qeyd etdiyim kimi, əvvəlki kim intensiv deyil. Burada əsasən ağırlığı böyük, klassik əsərlərə verdim. Düşünürəm ki, doğru da etmişəm. Əslində gəncliyimdə də özümü mahnılar deyil, böyük əsərlərə hazırlayırdım. Lakin vaxt etibarı ilə bunu tam həyata keçirə bilmirdim.

- Pandemiya bir daha sübut etdi ki, Azərbaycan müğənnilərinin böyük əksəriyyəti, bəlkə də hamısı toylar üçün oxuyub, yaradırlarmış. Toylarsız yaradıcılıq da, yaşayış da sıfıra enir.

- Bizim böyük xanəndələrimizdən biri olan Cabbar Qaryağdı oğlu ömür boyu toylardan çıxmırdı. Eləcə də Xan Şuşinski də toylarda oxuyub. Hətta qadın xanəndələrimiz olub ki, toylara gedib. Bütün xanəndələrimiz, müğənnilərimiz, o cümlədən Gülağa Məmmədovdan tutmuş Akif İslamzadəyə qədər əksər müğənnilər toylara gedib. Bu, Azərbaycan musiqi mədəniyyətinin xüsusiyyətlərindən biridir. Bu təkcə bizdə belə deyil. Türkiyədə, Avropada da musiqiçilər toylara, qonaqlıqlara gedirlər, ifa edirlər. Yəni adamlar bununla çörək pulu qazanırlar. Adama deyə bilmərik ki, sən niyə çörək pulu qazanırsan. Ona görə də toyu bəhanə edib, müğənniləri tənqid etmək doğru deyil. Müğənniləri yalnız özlərinin yanlışlarına görə tənqid etmək lazımdır.

Musiqisiz toy olarmı? Beləliklə, hesab edirəm ki, toy Azərbaycan mədəniyyətinin ən böyük göstəricilərindən biridir. Musiqişünaslar Azərbaycan toyları haqda dissertasiyalar yazır. Toy olayını, hadisəsini bu səviyyəyə endirmək doğru deyil. Toy gözəl hadisədir, həm insanın həyatında, həm də sənətdə. Azərbaycan toylarında bir çox xalq mahnıları, musiqimizin özəllikləri yaranıb, bunu unutmaq olmaz.

Digər məsələ, müğənnilərin yaradıcılıqlarının sıfıra enməsinin səbəbkarlarından biri özləridirsə, digəri efirlər, musiqi redaktorlarıdır.

- Bugünlərdə siz də vaksin olundunuz. Özünüzü necə hiss edirsiniz, bu prosesi necə keçirdiniz?

- Heç nə hiss etmədim. Hətta zarafat etdim ki, bəlkə mənə su vurdular? Yəni heç bir yan təsirləri olmadı.

- 70 illik yubileyiniz pandemiya dövrünə təsadüf etdi. Bəlkə də bu səbəbdən təmtəraqlı qeyd etmədiniz. Bəs bundan sonra yubiley hazırlığı olacaqmı?

- Əlbəttə, hər doğum günümü hər il ailəm, dostlarım qeyd edir. Yubiley isə cəmiyyət üçündür. Bunu isə dövlət edir, yəni bu günə qədər biz belə görmüşük. Mənimlə bağlı isə Azərbaycan dövləti heç nə etmədi və düşünürəm ki, bundan sonra etmək fikrində də deyil... Bu, pandemiya məsələsi deyil. Əlbəttə ki, pandemiya var, həyatımızı çətinləşdirir. Lakin dərslər onlayn keçir, prezidentlər də onlayın müşavirələr keçirir, eləcə də onlayn yubileylər olur. Sadəcə, mənimlə iş görməkdə insanlar ehtiyat edir. Niyə ehtiyat etdiyini isə siz daha yaxşı bilirsiniz...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30
"Baxırsan, amma son dəfə..."
Dünən, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
11-07-2025, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
11-07-2025, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
11-07-2025, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
11-07-2025, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
11-07-2025, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
11-07-2025, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
11-07-2025, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
11-07-2025, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
11-07-2025, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
11-07-2025, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
11-07-2025, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
11-07-2025, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
11-07-2025, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
11-07-2025, 17:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru