Cümə, 13 iyun 2025, 08:23:43  
   Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin .....                     Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir .....                     İsrail nədən TƏLƏSİK ADDIM ATDI? .....                     İsrail İranın hərbi obyektlərini belə vurub .....                     Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar .....                     Keçmiş bankir özünə yeni şirkət yaratdı .....                     Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." .....                     Rəsmi Bakı İsrailin İrana hücumuna .....                     İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? .....                     Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... .....                     İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi .....                     “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” .....                     “Olympus” MTK kütləvi narazılıq yaradır... .....                     Almaz Ələsgərovadan ETİRAZ: .....                     Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… .....                     “Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? .....                     Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub .....                     Bakıda kişi yola benzin tökdü, özü də yandı .....                     Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... .....                     “Əhməd kimi bütün ailəni öldürəcəm...” .....                     Azər Qasımlının istintaqı başa çatdı .....                     MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan .....                     Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar .....                     DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib .....                     Avropa onu Azərbaycana təhvil verdi .....                     Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                 

"Plastik əməliyyat etdirən aparıcının efirdə nə işi var?"
Tarix: 15-02-2021, 09:16 | Çap et
"Plastik əməliyyat etdirən aparıcının efirdə nə işi var?"
Uşaqlığımız onun aparıcısı olduğu verilişlərə baxmaqla keçib. Milli radiomuzun və televiziyamızın əvəzolunmaz diktoru Ofeliya Sənani ilə ötən əsrin ortalarına qiyabi səyahət etdik. Xanım-xatınlığı ilə insanların sevgisini qazanan diktorumuz sənətə gəlişindən, sənət fəaliyyəti dövründə başına gələn hadisələrdən Sputnik Azərbaycan-a danışdı:

"Hələ 4 yaşım var idi. Radioda xəbərləri həvəslə dinləyirdim. Hələ onda televiziya yaranmamışdı. Fatma Cabbarova, Gültəkin Cabbarlı, Südabə Manafova idi diktorlar. Bu qadınların səsi məni radioya bağladı. Mətn oxumağı o qədər sevirdim ki. Mənim oxumaq səsim də çox yaxşı idi. Atamın da çox yaxşı olub. Stalinin dövründə Moskvada qurultay olub. Atam da filarmoniyada işləyirmiş. Atamı aparıblar qurultaya. Onun ifasından sonra Stalin yığıb işçiləri ki, bu oğlan filarmoniyalıq deyil, sizə əmr edirəm, onu operaya işə götürün. Gələn bayramda köməkçimə xəbər edərsiniz, mən sizi yenidən dinləyəcəm. Atam konsertdən gəlib əmimlə konsert təəssüratlarını bölüşəndə deyib ki, Stalin onu operaya məsləhət görüb. Əmim də deyib: "Necə?! Sən bığını qırxacaqsan? Arvad olacaqsan? Adımızı batıracaqsan? Çıx! Filarmoniyadan da çıx!". 1938-ci ildə həyat şərtləri daha ağır idi".

Atasına qoyulan qadağa sonradan Ofeliya xanıma da qoyulur: "Bizim bağımız var idi. Hamımız yığılardıq, atam, əmim, əmimin həyat yoldaşı və mən qoşulub mahnılar oxuyardıq. Bütün qonşular hasardan boylanıb bizə baxardı. Bir gün məktəbimizdə konsert oldu. Mən oxuyub bitirəndən sonra bir kişi yaxınlaşdı. Dedi "qızım, hansı məktəbdə oxuyursan?" Dedim "190 nömrəlidə". Dedi "sabah gəl konservatoriyaya, səni götürəcəm, notu öyrənəndən sonra oxumaq rahat olacaq. Səni məşhur müğənni edəcəm, bütün dünyanı gəzəcəksən". Sən demə, mənə yaxınlaşan adam Konservatoriyanın dekan müavini, muğam şöbəsinin müdiri imiş. 10-cu sinifdə oxuyurdum. 3 gün getdim ora. Mənə notları öyrədirdilər".

17 yaşlı məktəbli qızın musiqiyə olan həvəsinin qarşısını atası alır: "3-cü gün gördüm ki, atam Konservatoriyanın qabağında dayanıb, kəmərini də çıxarıb, hazır dayanıb ki, məni vursun. Dedim "ata, kəmərini belinə bağla, mən bura bir də gələn deyiləm. Bir halda ki, sən narazısan, sənin narazı olduğun işə mən getmərəm. Bəs niyə bağda oxutdurursan məni? Dedi "bağda yad adamlar yoxdu ki, hamısı doğmamızdı. Hansı sahəyə gedirsən get, amma müğənni olmayacaqsan".

Yeniyetmə qız ingilis dilinə həvəsi olsa da, radioya olan sevgisinin arxasınca gedir:

"Sonra ingilis dilinə həvəsim yarandı. Özü də çox yaxşı bilirdim. 10-cu sinifin sonlarına yaxın müsabiqə elan olundu. Sən demə, həmin vaxt Gültəkin Cabbarova və Züleyxa Hacıyeva analıq məzuniyyətinə çıxırmışlar. Bir gün məni məktəbdən şeirlər oxumaq üçün dəvət elədilər radioya. Soltan Nəcəfov mənə dedi ki, "qızım, sənin nə gözəl səsin var, işləyərsən bizdə?" Dedim əlbəttə, çox istəyirəm. Dedi "atana denən ki, nigaran qalmasın, gözümüz üstündə olacaq". Beləcə, mənim radio fəaliyyətim başladı".
"Əvvəllər balaca xəbərləri oxuyurdum, uşaqlar üçün verilişləri aparırdım. Sonra dedilər yox sən mütləq Universitet oxumalısan. Aydın Qaradağlı dedi "istəyirsən səni teatr instutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qoyaq. Dedim yox, atam ora icazə verməz, arzum ingilis dili müəllimi olmaqdır. Qaradağlı dedi ki, "elə burada saxla. Bizə ingilisdilli diktor lazım deyil. Sən gedib orada deyəcəksən "one, two", burda da gəlib deyəcəksən "dəftər". "T" hərfini ingilislər kimi tələffüz edəcəksən. Radio diktorunun diksiyası pak olmalıdır"", - deyə O.Sənani əlavə edib.

Gələcəyin məşhur diktoru gecə-gündüz çalışıb filologiya fakültəsinə qəbul olunur: "Qərara gəldik ki, Filologiya fakultəsinə gedim. Həmin il gecə-gündüz çalışıb qəbul olundum. Köhnə univermağın yanında idi studiyamız. Bapbalaca studiyalar idi. Qəbul olunana qədər mən maaş almırdım. Amma çox xoşbəxt idim. Atam hər gecə saat 12-də gəlib aparırdı məni. Atamın radio işçilərinə böyük hörməti var idi deyə sərt təpki vermədi. Diktorluğu mənə Gültəkin Cabbarova öyrətdi".

Gördüyü hər işə sidq-ürəkdən bağlı olan Ofeliya xanım özünü aktrisa kimi də sınayıb. Öz rolunu o qədər ürəkdən oynayır ki, Xalq artisti Əli Zeynalov onu buna görə tənbeh edir:

"Bir dəfə Əli Zeynalovla Paula Messinin "Gəlin" adlı əsərində gəlini oynayırdım. Gəlinin də taleyi çox pis olur. Səhnələşməni ağlaya-ağlaya oxuyurdum. Studiyadan çıxanda Əli Zeynalov qayıtdı ki, "qızım, yaxşı ki sən aktrisa deyilsən, 35 yaşında infakt vura bilər. Ağlayanda ürəkdən ağlama, "aktyorski" ağla". Deyirdi, "sənin ürəyin aktyorlardan daha böyükdür, gəl sənə aktyorluğu öyrədim". Dedim, yox, mən ömürlük diktor qalacağam".
Artıq 16 il idi ki, radionun vazkeçilməz aparıcısı Ofeliya xanımı televiziyaya və dublaja dəvət edirlər: "Onlar da istəyirdilər ki, mən televiziyada işləyim. Deyirdim yox, atam mənə icazə verməz. Nəbi Xəzri deyirdi, "gec-tezi var, ay Ofeliya, nə vaxtsa televiziyaya gələcəksən". 16 il sonra məni güclə televiziyaya apardılar. Qurban Yusifzadənin dövründə həm radioda, həm də televiziyada aparıcı oldum. Sonra məni filmlərə, dublajlara dəvət elədilər, getdim. Dublajda həmişə bir dəfəyə səsimi yazırdılar. Saat 8-dən 2-ə qədər radioda olurdum, 2-dən sonra qaçırdım kinostudiyaya. Həmin dönəmdə Validə nişanlandım. Validin mənim üstümdə əziyyəti çox böyük olub. Mənə redaktəni öyrətdi. Mənim mətnlərimi redaktə etmədən efirə buraxmazdı".

Ofeliya Sənani Azərbaycanın görkəmli kino rejissoru və aktyoru Adil İskəndərovun onu filmə çəkmək istədiyini, lakin bundan imtina etdiyi deyib:

"Bir gün Adil İskəndərov mənə dedi ki, "qızım, sən nə vaxt İncəsənəti oxudun ki, mən səni heç vaxt görmədim". Dedim mən oranı bitirməmişəm. Dedi "axı hardandır səndə bu istedad? Sənin elədiyin dublyajlar "pervıy" kateqoriyalı deyil e, "vısşiy"dır. Elə bil onları sən oynamısan. Mən görürəm ki, sən bir dəfə yazırsan. Məəttəl qalmışam sənə. Gəl səni 30 filmə çəkim, qalsın arxivdə. Haçan efirə gedər, gedər". Dedim Adil müəllim, mənim 2 uşağım var, onları qoyub necə filmə çəkilim? Çatdırmaram. Bir filmə çəkilmişdim, dedilər səhər gedib axşam qayıdacaq. 3 gün meşədə qalmışdıq. Çünki, gün çıxmırdı. Həm də mənim radiodakı verilişlərim də hərəsi mənim bir balamdı".
Radiodakı "Biləyən" verlişini xatırladan diktor deyir ki, o verilişi yazmaq üçün bağdan şəhərin mərkəzinə gəlirmiş.

"9:15-də veriliş başlayırdı, mən 8:30-da işdə idim. Gəlib gördürdüm Sadıq Hüseynov məndən də qabaq gəlib. Sadıq müəllim deyirdi "ay balam, sən nə vaxt oyandın ki, gəlib çatmısan". Rusiyanın Yessentuki şəhərinə gedirdik. Həmin vaxt verilişlərim olurdu. Minirdim təyyarəyə, gəlib verlişi yazıb qayıdırdım. Uşaqları da tapşırırdım rus qonşularıma".

Xalq artisti deyir ki, indinin özündə televiziyaya getməyəndə, özünü yaxşı hiss eləmir. Amma telestudiyanın həyətinə girəndə hər şeyi unudur:

"Rövşən müəllim AzTV-yə gələndən sonra məni dəvət elədi ki, veriliş aparım. Həm də müəllim kimi çalışım, gənclərə kömək edim. Dedim mən ayağımı basmaram, ayağımı bassam, gedib qayıtmayacam. Mənim fiziki gücüm buna yetməz".

Ofeliya xanım çəkilişlərin birində insult keçirdiyini də deyib:

"1999-cu ildə "Gəl səhərim"verilişini aparırdım. Həmin veriliş Montində "Günəş" restoranında çəkilirdi. Bir gün avqust ayında gəldim efirə, gecə saat 12 olur veriliş bitmir. Mənim də böyrəklərimdə problem olduğuna görə, təyziqim qalxırdı. Səhərdən ac, susuz. Su da yoxdur ki, dərmanlarımı qəbul edim. Gecə saat 2-də rejissora dedim ki, özümü çox pis hiss edirəm. Sən demə mənim ağzım-burnum əyilibmiş. Demişəm ki, Validə zəng elə. Valid gəldi, məni apardı, sən demə insult keçirmişəm. Məni Respublika Xəstəxanasına yerləşdirdilər. Dedilər 3 günə filan ölər. Hər şeyi də eşidirəm. Dedim əşi cəhənnəm, uşaqlarım böyüyüb, rahat ölə bilərəm".
Həmsöhbətimiz Ulu öndər Heydər Əliyevin ona olan diqqətindən də danışdı: "Dedilər ölməsə, Moskvaya aparın. Məni Moskıvaya göndərdilər. Rəhmətlik Heydər Əliyev o verilişi çox sevirdi. Mən xəstə olan vaxt verilişi Yaşar Nuri aparırdı. Zəng edib Nizami Xuduyevə deyib ki, "Nizami, mən Yaşarı çox istiyirəm. Amma bu verilişi Ofeliya aparırdı. Hanı Ofeliya? Sənin bu köhnə diktorlarla olan konfiliktlərin bitmədi? Kin saxlayırsan? Ofeliya efirə çıxanda oturub verilişə baxıram. Bilirdi ki, Nizami bizi sevmirdi. Deyib ki, "cənab prezident, Ofeliya xanım Moskvadadır, xəstədir". Əliyev xəstə olduğumu biləndən sonra tapşırıq verib ki, mənə xüsusi diqqət ayırsın".

Xalq artisti AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin onu və həmkarlarını televiziyadan didərgin salmasından da söhbət açıb:

"Nizami hamımızı pərən-pərən saldı. Şərqiyyə Hüseynova ANS-ə getdi, mənə də dedilər ki, sən də hansı kanala istəyirsən get. Dedim mən heç yerə gedə bilmərəm, burada Validin izi var. Məni keçirin kinoproqrama. Özüm aparım, özüm də yazım verilişi. Keçdim kinoproqrama. Yazıçı Firudin Ağayev "Cırtdan" kino zalını hazırladı. 2 ay sonra Firudin müəllim rəhmətə getdi. Baş redaktor Əhməd Aşurbəyli dedi ki, "bağlayaq verilişi?" Dedim yox, özüm yazaram".
İllərin aparıcısı müasir televiziya aparıcıları tənqid edərək deyib: "Radioya qulaq asa bilmirəm. Həddindən artıq bərbaddır vəziyyət. Radioda maraqlı heç nə yoxdur. Ancaq məişət söhbətləri edirlər. Maarifləndirici heç nə yoxdur. Televiziyalarımız da həmçinin. Aparıcı xəbəri reaksiyasız oxuyur. Sevincli xəbəri də, kədərli xəbəri də eyni tonda oxuyurlar. Tutaq ki, filan yerdə yanğın hadisəsi olub, ölən və yaralananlar var. Daha sonra keçir ikinci xəbərə, bu sevincli xəbərdir. Hər ikisini də eyni səs tonunda oxuyur. Hava haqqında məlumatı açıq-saçıq geyimdə verirlər. Qətiyyən doğru deyil. Son zamanlar yeni tendensiya çıxıb. Hamı plastik əməliyyatlar edir. Plastik əməliyyat etdirən aparıcının efirdə nə işi var? Ümumiyyətlə, aktyor, müğənni, aparıcı plastik əməliyyat etdirməməlidirlər. Onlar süni sifətlə hislərini necə çatdıracaqlar? Elə ona görə də bayağılıq baş alıb gedir".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin məhkəmə baxışı təyin olunub
Bu gün, 12:21
Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İsrail nədən TƏLƏSİK ADDIM ATDI? - ÇÜNKİ...
Bu gün, 12:08
İsrail İranın hərbi obyektlərini belə vurub - DRON ÇƏKİLİŞİ
Bu gün, 12:04
Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar - NARAZILIQ VAR...
Bu gün, 12:01
Keçmiş bankir özünə yeni şirkət yaratdı
Bu gün, 11:52
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
Bu gün, 11:49
Rəsmi Bakı İsrailin İrana hücumuna belə REAKSİYA VERDİ
Bu gün, 11:45
İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? - AKTUAL
Bu gün, 11:35
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... - Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Bu gün, 11:20
İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi - Erməni nəşri
Bu gün, 11:17
“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” - ŞƏRH
Bu gün, 11:15
“Olympus” MTK kütləvi narazılıq yaradır... - Biz nə vaxta qədər küçələrdə qalacağıq?
Bu gün, 11:12
Almaz Ələsgərovadan ETİRAZ: - “Mənasız mahnılar gic edib bizi”
Bu gün, 11:07
Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… - QALMAQAL
Bu gün, 11:06
“Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? - vətəndaş canı ilə risqə gedir...
Bu gün, 11:02
Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub - MƏHKƏMƏ
Bu gün, 11:01
Bakıda kişi yola benzin tökdü, özü də yandı - TƏFƏRRÜAT
Bu gün, 10:54
Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:50
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46
Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37
MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26
Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21
DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19
Avropa onu Azərbaycana təhvil verdi - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru