"Artıq bildim ki, atam dünyasını dəyişib"
Tarix: 13-02-2021, 09:32 | Çap et
Bu gün Xalq artisti, böyük sənətkar Əliabbas Qədirovun 75 illik yubiley doğum günüdür. Sənətkarın oğlu İlham Qədirov Moderator.az-ın suallarını cavablandırıb.
- İlham bəy, böyük sənətkarımız Əliabbas Qədirovun bu gün 75 illik yubiley doğum günüdür. Pandemiya ilə əlaqədar olaraq yubiley tədbirləri keçirildi yoxsa?
- Baxmayaraq ki, çətin pandemiya şəraitində yaşayırıq, amma bizim Azərbaycan xalqı sənətkarlara hər zaman qiymət verir. Ona görə də atam, Xalq artisti Əliabbas Qədirovun yubileyini Cəfər Cabbarlı adına Teatr Muzeyində azsaylı auditoriya ilə olsa da qeyd etdilər. Yubileydə Xalq artisti Hacı İsmayılov, rejissor Məhərrəm Bədirzadə, teatrşünas Aydın Talıbzadə atamla bağlı xatirələrini bölüşüb, bir daha onun yaradıcılığına müəyyən qədər də olsa nəzər saldılar. Ən maraqlısı da odur ki, həmin tədbirdə atamın iki əsərdə oynadığı, geyindiyi kostyum və eksponatlar tədbir iştirakçılarına nümayiş etdirildi. Bu bir tərəfdən məni kədərləndirdi, digər bir tərəfdən isə sevindirdi. Kədərləndirdi ona görə ki, vaxtilə atam o kostyumları geyinib, səhnədə həmin obrazlarda çıxış edirdi. Amma bu gün o həyatda yoxdur. Sevindirici məqam da odur ki, o kostyumlar vasitəsilə atamın rolları bir daha insanlarına yadına düşdü. Həyatdır, əlbəttə ki, bir gün gələn, bir gün getməlidir, amma bir oğul olaraq mən bunu asanlıqla qəbul etmirəm, çünki biz atamızı, sirdaşımızı, ailəmizin başçısını itirmişik.
- Əliabbas Qədirov evdə necə xasiyyətli biri idi?
- Düzdür, bir az zəhmi var idi, amma biz onu çox istəyirdik, o da bizi. Oğlan övladı olduğuma görə onunla daha çox mən vaxt keçirirdim, o da sevirdi mənimlə vaxt keçirməyi. Harasa teatra, tədbirə gedəndə də məni özü ilə aparırdı. Həm öz oynadığı tamaşalara aparırdı, həm də digər teatrların tamaşalarına. Ailəsi ilə bir yerə getməkdən, gün keçirməkdən zövq alırdı.
- Zəhminə, ciddi xasiyyətinə görə sənət yoldaşları ilə münasibətlərində nə vaxtsa soyuqluq yaranmışdı?
- Sənət yoldaşları da, rejissorlar da bilirdi ki, atam rol baxımından sınmayan adam idi. Heç vaxt rejissorlardan rol istəmirdi, rejissorlar onu tapıb rol verirdilər. Hətta o vaxt rejissor Tofiq Kazımov ona birinci dəfə rol verəndə mübahisələri düşüb, sonra atam uzun illər onun tamaşalarında çıxış etməyib. Ən sonda Tofiq Kazımov yenə ona yaxınlaşıb, atama rol təklif edib, amma buna baxmayaraq atam yenə də özünü sındırmayıb, o rolu qəbul etməyib. Özünün sevdiyi rejissorlar Mehdi Məmmədov, Ağakişi Kazımov və Məhərrəm Bədirzadə idi. Kinoda da Eldar Quliyev və Fikrət Əliyev idi. Bu rejissorların filmlərində rol almışdı. O ki, qaldı sənət yoldaşları ilə münasibətinə. Mən deməzdim ki, o qədər də soyuqluq var idi. Hamının olduğu kimi atamın da istəyib, yaxud istəmədiyi insanlar var idi. Amma bir çox sənət yoldaşları onun xətrini istəyirdilər.
- Bəs teatrda direktor olduğu illərdə bəs necə? Çünki bir neçə aktyor müsahibəsində narazılıq etmişdi.
- İstər atamın vaxtında, istər ondan əvvəl və sonrakı direktorların vaxtı olsun, həmişə teatrda aktyorlar arasında narazılıqlar olub. Amma direktorun o cəhətdən yaxşı olduğu bilinir ki, o bədii rəhbər olduğu dövrdə yaxşı, keyfiyyətli tamaşalar səhnələşdirilir, keyfiyyətli əsərlər üzə çıxarılır. Atam teatrda direktor olduğu vaxtda çox keyfiyyətli tamaşalar üzə çıxarıb. Bunlardan biri C. Məmmədquluzadənin “Ölülər” əsəri, digəri isə Əli Əmirlinin “Mesenat” əsəridir ki, Hacı Zeynalabdin Tağıyevə həsr olunub. Bundan əlavə onun dövründə səhnələşdirilən Mir Cəlal Paşayevin “Dirilən adam” əsərini də mən misal göstərə bilərəm. Bu əsərlər tamaşaçılar tərəfindən də böyük uğurla qarşılanıb. Atamda əsl Azərbaycan kişisinə xas olan xasiyyətlər var idi, bu baxımdan o zəhmli idi. Özünə, sənətinə hörmət edirdi. Teatr bir məbəddir, məbədə də girəndə gərək təmiz girəsən, təmiz də oradan çıxasan.
- Ailədə sənətini davam etdirənlər varmı?
- Xeyr, çox təəssüflər olsun ki, ailədə sənətini davam etdirənlər yoxdur. Bacım qızı Səfurə rejissorluq fakültəsini bitirsə də, bu fakültə üzrə fəaliyyətini davam etdirmədi.
- Dünyasını dəyişməzdən neçə müddət əvvəl teatrla vidalaşmışdı?
- O 2006-cı il yanvar ayının 28-də ”Mesenat” tamaşasında Hacı Zeynalabdin Tağıyev rolunu teatrda sonuncu dəfə oynadı. Mart ayının 8-də isə haqq dünyasına qovuşdu.
- Ümumiyyətlə oynamaq istədiyi rol var idi?
- Atam xoşbəxt aktyor idi ki, həm teatrda, həm də kinoda çox rollar oynamışdı. Düzdü, iki dəfə qəlbi kinodan sınmışdı. Çünki çəkildiyi filmlərin çəkilişi yarımçıq qalmışdı. Hüeyn Seyidzadənin çəkdiyi “Qatır Məmməd” filmində eyniadlı qəhrəmanı oynayırdı, elə oldu ki, müəyyən səbəblərə görə kinonun çəkilişini dayandırdılar. Daha sonra Hacı Zeynalabdin Tağıyevin obrazını 3 seriyalı filmdə oynamasına baxmayaraq bu film də yarımçıq qaldı. Bu vəziyyət ona çox pis təsir etmişdi. Qatır Məmmədi oynaya bilməsə də Hacı Zeynalabdin Tağıyev rolunu illər sonra teatr səhnəsində oynadı.
- Ən böyük istəyi nə idi?
- Atam 60 il ömür sürsə də Azərbaycan teatrı üçün çox işlər görüb. Çox qohumcanlı biri idi, qardaşı qürbət eldə yaşayırdı. İstəyirdi ki, Azərbaycana gəlsin.. Tez-tez onu arzulayırdı. Övladlarından çox razı idi.
- Son gününü necə xatırlayırsız?
- O xəstəxanada idi, getmişdim yanına, bir neçə qohum da gəlmişdi, digər övladları da. Bir az zarafat etdi ki, həkimlər mənə baxmır. Mən də deyirdim ki, həkimlər sənə baxmaya bilməzlər, özü də sən tanınmış adamsan. Əlini sıxdım. Sonra o biri gün səhər saat 6-da zəng etdilər ki, vəziyyəti ağırdır, tez gəlin. Məndən əvvəl xəstəxanaya Rasim Balayev, Əminə Yusifqızı gəlmişdi. O biri aktyorlar da, dostları da gəlmişdi. Mən artıq bildim ki, atam dünyasını dəyişib. Onunla son dəfə görüşdüyüm, əlini sıxdığım, gözlərinə baxdığım anı heç bir zaman unutmayacağam. Sonra cənab prezident İlham Əliyev göstəriş verdi və atam 2-ci fəxri xiyabanda dəfn edildi.
- Vəsiyyəti nə olmuşdu sizə?
- Xeyr, heç nə vəsiyyət etməmişdi. Məndən və digər övladlarından çox razı köçdü bu dünyadan. Doğum günündə də “Şöhrət” ordeni ilə təltif edilmişdi.
- Əliabbas müəllimdən sizə bu gün yadigar olaraq nələr qalıb?
- Ondan mənə şəxsi əşyaları və bir də yaşadığı ev yadigar qalıb. Tamaşaçılara isə saysız hesabsız rolları. İstər filmlərdə, istərsə də teatr tamaşalarında.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Orada biz Qarabağ motivlərini təbliğ edirdik" - Kəmalə Cabbarova
Bu gün, 07:08 |
|
|
|
• İsrail bu zərbə ilə İrana başa saldı: - Hanı Rusiya, Çin?
Bu gün, 07:02 |
|
|
|
• "Mənim zibil maşınım haqqında nə düşünürsünüz?" - Trampdan ATMACA
Bu gün, 06:50 |
|
|
|
• İlhamə Abdullayeva 16 min manatlıq internet alıbmış
Bu gün, 06:33 |
|
|
|
• 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər - İslam dünyasını sarsıdan olay
Bu gün, 06:26 |
|
|
|
• “Avropa İttifaqının liderləri Gürcüstanın üzvlük prosesini dayandırıb” - Aİ səfiri
Bu gün, 02:06 |
|
|
|
• “Qaynanam və qaynatamla yola gedə bilmirəm, məni infeksiyalı yerdə yaşadırlar” – GİLEY / VİDEO
Bu gün, 01:52 |
|
|
|
• Bakıdakı restoranlar bu tarixə qədər toy sifarişi qəbul etməyəcək - SORĞU
Bu gün, 01:49 |
|
|
|
• Qatillər və qurbanlar, yaxud COP nədən fövqəladə əhəmiyyətlidir? - Bahəddin Həzi yazır...
Bu gün, 01:48 |
|
|
|
• Yaramıza bint bağlamağa həkim tapılmayacaq... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:44 |
|
|
|
• Başlığı ağlamalı... içi gülməli... - BELƏ HARA GEDİRİK?
Bu gün, 01:22 |
|
|
|
• Seçkilərdən sonra Ağ Evin xarici siyasət istiqaməti və ya çətin proqnoz - GƏLİŞMƏ
Bu gün, 01:19 |
|
|
|
• 1 manata alınan zəhər: Üstəlik də bahalaşacaq? - Milli Məclisdə anlaşılmaz mövqe...
Bu gün, 01:14 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt keçiriləcək? - Səlahiyyəti 2024-cü il dekabrın 23-də başa çatır...
Bu gün, 01:11 |
|
|
|
• Ermənistan mediasında Azərbaycanla bağlı “sensasiya” - XƏSTƏ TƏFƏKKÜR...
Bu gün, 01:06 |
|
|
|
• İlham Namiq Kamal sənətinin formulu budur... - FOTO
Bu gün, 01:02 |
|
|
|
• "Ölkəmizə qərəzli və riyakar mövqe sərgiləyir" - deputat
Bu gün, 00:58 |
|
|
|
• Minimum əməkhaqqı neçə manat olacaq? - Maaşlar artırılacaq
Bu gün, 00:54 |
|
|
|
• Ermənistan COP29-da hansı səviyyədə təmsil olunacaq? - Görünəni odur ki...
Bu gün, 00:05 |
|
|
|
• Problemli kreditdəki 2 dəfəlik fərq: - Hansı rəqəm düzdür?
Bu gün, 00:02 |
|
|
|
• “Ukrayna SQ-nin Baş Qərargah binasına cavab zərbəsi endirdik” - Kadırov
Dünən, 23:58 |
|
|
|
• Deputata məxsus şirkətdən maddi ziyan tələb edilir - TƏFƏRRÜAT
Dünən, 23:56 |
|
|
|
• İki qonşu ölkənin prezidentləri niyə “işdən çıxarıldı”? - ŞƏRH
Dünən, 22:24 |
|
|
|
• “Xalq Bank”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 22:18 |
|
|
|
• Elnur Rzayevin “yol əməliyyatı”: Ötən 1,1 milyon, indi də 1,3 milyon… - İLGİNC FAKTLAR
Dünən, 22:12 |
|
|
|
• Ermənistanla Azərbaycan arasında YENİ SAVAŞ ANONSU
Dünən, 22:05 |
|
|
|
• Məhkum yeniyetmələrin sayının artma səbəbi nədir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:59 |
|
|
|
• "Maşından düşüb qışqırmaq istəyirəm" - FOTO
Dünən, 21:52 |
|
|
|
• "Mazarina"da işçilərin hüquqları pozulur? - Şirkətin rəhbəri inzibati məsuliyyətə cəlb edildi
Dünən, 21:48 |
|
|
|
• Moskva prosesi başlatdı: Xəzər dənizi ilə bağlı plan var – Zəngəzur detalı
Dünən, 21:45 |
|
|
|
• ABŞ Rusiyaya sanksiyaları sərtləşdirdi: - Siyahıda kimlər var?
Dünən, 19:40 |
|
|
|
• Trampın yoxsa Kamala Harrisin qələbəsini istəyirsiz? - Bakı sakinlərindən ŞOK CAVABLAR
Dünən, 19:36 |
|
|
|
• 5 min nəfər işdən azad ediləcək? - Hamı gözləyir
Dünən, 19:00 |
|
|
|
• Pulu saxlamaq üçün yastığın altı daha təhlükəsizdir, yoxsa bank? - AKTUAL
Dünən, 18:56 |
|
|
|
• Niyə Tramp HƏ... Harris YOX?.. - İNCƏLƏMƏ
Dünən, 18:16 |
|
|
|
• İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər – Gözlənilməz gəlişmə
Dünən, 18:12 |
|
|
|
• Şirkət Dövlət Xidmətinin ona qarşı cəriməsini ləğv etdirdi
Dünən, 18:06 |
|
|
|
• Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir? - AÇIQLAMA
Dünən, 18:00 |
|
|
|
• "Hesabdaroğlu" şirkəti qanunvericiliyin hansı tələbini pozub?
Dünən, 17:59 |
|
|
|
• Zurabişvili özünü İŞƏ SALIB: Prokurorluğa getməsə... - AĞIR İTTİHAMDIR
Dünən, 17:53 |
|
|
|
• Eşqi Bağırov onu şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:44 |
|
|
|
• Hizbullahın yeni lideri İsrailə qarşı mübarizəni davam etdirəcəklərini bildirib
Dünən, 17:35 |
|
|
|
• Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? - İLGİNC...
Dünən, 17:33 |
|
|
|
• İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ - VİDEO
Dünən, 17:26 |
|
|
|
• "Söyüşlə danışmağa başladığı üçün dalaşdıq" - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• “Uşaqları necə tərbiyə edirlərsə, animasiyaya da o cür münasibət var, xaosdur”
Dünən, 17:15 |
|
|
|
• Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı - KİV
Dünən, 17:00 |
|
|
|
• Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır - Gəncədəki 39 saylı orta məktəbin direktoru 4 məhkəmə qərarını saymır
Dünən, 16:58 |
|
|
|
• Dörd regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - SİYAHI
Dünən, 16:50 |
|
|
|
• "Məni döydü, mən də onu bıçaqla vurdum..." - Balaxanıdakı qətlin şok təfərrüatı
Dünən, 16:47 |
|
|
|
|