“O telekanallara bir təpki göstərin”
Tarix: 11-02-2021, 16:52 |
Çap et
Bəstəkar-müğənni Murad Arif Milli Televiziya və Radio Şurasına müraciət ünvanlayıb.
Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkələrdə yazdığı status vasitəsilə bayağı verilişlərin yığışdırılmasını xahiş edib:
“Ölkə üzrə yayımda olan kanallarımızda, şivən verilişlər, bayağı söhbətlər, beldən aşağı araşdırmalar, keyfiyyətsiz adamların lüzumsuz şəxsi həyat detalları, qeybət, "İnstagrama girən qız almaram"-lar, "Ata uşağına şillə vurar da"-lar çoxaldı yenə...
Azərbaycan belə televiziyaya layiq deyil. Əhalinin psixoloji durumu, intellekt və zövq meyarları elastikdir.
"Mən özələm, işçim dolanmalıdır" deyən kanallara bir təpki göstərin. Kanallara maliyyə dəstəyi və o maliyyəni keyfiyyətə xərcləyən adamlar təyin edin.
Bu gün bir çox verilişlər “Tik-tok” və “İnstagram” üçün işləyir. Bisavad və tərbiyəsiz adamlardan reytinq toplayır. Bu, anormaldır!
Madam ki, köhnə vərdişə tövbə yoxdur, o zaman "dəmir yumruq" tətbiq edin”.