“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

"Qarabağ mediası tək Azərbaycan dilində yox, erməni və rus dillərində də yüksək səviyyədə fəaliyyət göstərməlidir"
Tarix: 10-02-2021, 08:07 | Çap et
"Qarabağ mediası tək Azərbaycan dilində yox, erməni və rus dillərində də yüksək səviyyədə fəaliyyət göstərməlidir"
Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib. İclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub. İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM - Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.

İclasda həmçinin, Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.

Vurğulandığı kimi, Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalı açılacaq. Təbii ki, bu gün regional radio və televiziya kanallarının işğaldan azad olunmuş ərazilərdə açılmasının çox böyük siyasi və tarixi əhəmiyyəti vardır. Başlıcası olaraq, bu regional radio kanalının Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox böyük əhəmiyyəti ola bilər. Ümumiyyətlə, qeyd edək ki, cəmiyyətin idarə olunmasında ən sərfəli vasitə kimi qəbul olunan "kağızsız və məsafəsiz qəzet" - teleradio bu gün həyatımızın bir parçasına çevrilib. Xüsusilə Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafında, ədəbi dilin təkmilləşdirilməsində, nitq mədəniyyətinin formalaşdırılmasında radionun xidmətləri danılmazdır. Radio zaman-zaman çoxmilyonlu Azərbaycan xalqına ümid, inam, sevinc və təsəlli olub. Hətta II Dünya müharibəsinin ən çətin günlərində Azərbaycan əsgərinin mərdliyindən, mübarizliyindən, qətiyyətindən, hünərindən məhz Azərbaycan radiosu söhbət açıb. O illərdə radio müsəlləh əsgər olub. Həm gecə, həm gündüz ayıq-sayıq dayanıb.

"Yuxu" nədir bilməyib. Həqiqətlərin yayılmasında çox mühüm rol oynayıb. Ümumiyyətlə, radio yarandığı gündən bəri öz fərdi xüsusiyyətlərinə görə bütün kütləvi informasiya vasitələrindən fərqlənib. Çünki radioya hər yerdə - dağda, bağda, düzdə, aranda, maşında, yolda - bir sözlə, hər məkanda qulaq asmaq mümkündür. Ona görə də bir sıra inkişaf etmiş ölkələrdə ictimai-siyasi xarakterli, dövlət əhəmiyyətli ən mühüm xəbərlər ilkin olaraq məhz radio ilə xalqa çatdırılır. Bu fakt uzun illər Azərbaycan radiosunun təcrübəsində də özünü təsdiqləyib. Xatırladaq ki, Azərbaycan radiosu da Vətənin ən ağır günlərində Azərbaycanın ucalan səsi, fəryadı, naləsi olub. Vaxtilə Azərbaycan radiosu itirilən yurd yerlərinin ağrısını yaşayıb. Qeyd edək ki, 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edirdi. Mənbələrdə yazılır:" ...Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatlar ötürülürdü. Lakin həmin faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi".
Dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyillərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi. İndi isə radiolarımız Azərbaycanın işğaldan azad olunmuş Qarabağ torpaqlarımızdan bizlərə səslənəcək. Necə ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycan xalqına çatdırdı.

Xatırladaq ki, Azərbaycan Televiziyası radionun yaranmasından 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda televiziyanın fəaliyyət göstərməsi nadir hadisə sayılsa da, Dövlət Televiziyası Azərbaycanda yeganə TV deyildi. Bölgə televiziyası olaraq, Şuşa televiziyası da fəaliyyət göstərirdi. 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verirdi. Hətta 20 Yanvar faciəsi zamanı hamı AzTV-nin dağıdılması xəbərini Şuşa Televiziyasından almışdı. Bu günləri yenicə işğaldan azad olunmuş Dağlıq Qarabağ torpaqlarımızda regional radio kanalının açılması həm sevincli, həm də qürurvericidir.

Tanınmış media nümayəndələri Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılmasını yüksək dəyərləndiriblər və öz təkliflərini veriblər.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq"ə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə radio və televiziyanın, həmçinin regional radionun açılmasına çox böyük ehtiyac var idi. E.Mirzəbəyli vurğulayıb ki, açılacaq radio kanallarının sayı çox azdır, hətta 2-3 ola bilər:

"Alternativlər mütləq olmalıdır. Söhbət həm də orada yaşayan ermənilər üçün alternativlərdən gedir. Yəni yayım olaraq həm Azərbaycan, həm də erməni dillərində verilişlərin yayılmasına ehtiyac var. İlk növbədə erməni dilli əhalinin diqqətini Azərbaycanın informasiya məkanına yönəltməliyik ki, onlar Ermənistanın qismən də olsa informasiya məkanından qopsunlar. Bu, bizim üçün vacib amillərdəndir. Təbii ki, radionun və telekanalların yaradılması üçün komponentlər nəzərə alınmalıdır. Əvvəla, ortalığa keyfiyyətli bir iş qoyulmalıdır".
Media təmsilçisi əlavə edib ki, orada fəaliyyət göstərəcək insanlar da kifayət qədər peşəkar olmalıdırlar: "Hər sözün ölçülüb-biçilməsinə ehtiyac var. Daha analitik, daha uzaqgörən, daha strateji hədəflərə hesablanmış proqramların hazırlanması vacibdir. Mənim qənaətimə görə, bunlar effektiv nəticələrə gətirib çıxara bilər".

Əməkdar jurnalist Natiq Məmmədli "Şərq"ə açıqlamasında qeyd edib ki, Qarabağda radio nümunəsində media təsisatının yaradılması ideyasını birmənalı alqışlamaq lazımdır. N.Məmmədli əlavə edib ki, Birinci Qarabağ müharibəsinə kimi o regionda Şuşa televiziyası da daxil olmaqla bölgə mətbuatı da çox yaxşı inkişaf etmişdi:

"İndi o ənənələri bərpa eləmək zamanın tələbidir. Radiodan sonra yəqin yerli telekanalın yaradılmasını müzakirə eləmək lazım gələcək. Mən istərdim Şuşada yerləşən Qarabağ media evi kimi bir qurum olsun. Mərkəzi mətbuatın müxbir məntəqələri ilə yanaşı region mətbuatının da inkişafına fikir vermək lazımdır. Qarabağ mediası tək Azərbaycan dilində yox, erməni və rus dillərində də yüksək səviyyədə fəaliyyət göstərməlidir ki, qarşı tərəfin regionun simasının necə dəyişməsindən, Azərbaycanın Qarabağa sülh və əmin-amanlıq gətirməsindən xəbəri olsun. İnanıram ki, bu istiqamətdə lazımi addımlar atılacaq".

Tanınmış diktor Eldost Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Dağlıq Qarabağ ərazisində ilk olaraq radio, televiziya və mətbuat orqanlarımızın olması labüddür. E.Bayramov qeyd edib ki, ən əsası da radionun birinci növbədə olması xüsusilə əhəmiyyətlidir: "Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Dağlıq Qarabağ torpaqlarımızda mətbuat orqanlarının olması çox mühümdür. Qeyd edim ki, Sovet vaxtında böyük şəhər və rayonlarımız daxilində də region radiolar fəaliyyət göstərirdi. Məsələn, mən özüm Qax radiosunda çıxış eləmişəm. Amma bu, tamamilə başqa bir şeydir. Təbii ki, bu, ilk növbədə Qarabağın Azərbaycan torpağı olmasının təsdiqidir. Buna görə də, dərhal müharibənin ardınca orada radionun olması çox vacib idi. Hesab edirəm ki, bu baxımdan hər şey vaxtındadır və düzgündür. Fikrimcə, burada birinci növbədə dövlətin siyasətini və xalqın mədəniyyətini, folklorunu təbliğ eləmək çox mühümdür. Müxtəlif dillər məsələsinə gəlincə, bu dillərdə verilişlərin yayımlanması dövlətin işidir. Qeyd edim ki, bu günləri ölkəmizdə yaşayan azsaylı xalqların dillərində neçə illərdir ki, radiomuz fəaliyyət göstərir. Neçə illərdir ki, erməni, rus, ləzgi, tat, fars dillərində işləyirlər".

"İdman" TV və Azərbaycan Radiosunun ortaq yayımında "Extra time" verilişinin aparıcısı İlkin Baba bildirib ki, bu xəbərə ən çox sevinən insanlardan biridir:

"Qarabağın səsi olacaq bu radionun fəaliyyətə başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yeni açılacaq regional radio reytinq üçün çalışmayacaq. Əksinə, öz dədə-baba yurduna qayıdacaq insanların qulaq yoldaşı, evində eşidiləcək doğma səsə çevriləcək. Qarabağa həyat qayıdır. Bu qayıdışı ən kiçik detalları ilə dinləyiciyə çatdırmaq öhdəliyi yerinə yetirilməlidir. Hər şeydən vacib məqam isə həmin radionun Qarabağdan səslənməsidir. Təsəvvürü belə insana qürur verir: "Şuşadan səslənirik"..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru