"Toylardan nə qazanıramsa, onunla dolanırdım"
Tarix: 2-02-2021, 18:06 |
Çap et
"Bəzi “İnstagram” izləyiciləri elə şeylər yazırdılar ki... Əvvəl tənqid yazırdılar. İndi tənqid təhqirə keçib. Təhqir isə qarğışa”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov ARB telekanalında yayımlanan “Hüseynova bacıları” verilişində qonaq olarkən deyib.
İfaçı tez-tez sosial şəbəkə izləyicilərinin ona qarğış tökməsindən gileylənib:
“Əlavə gəlir yerim yoxdur. Toylardan nə qazanıramsa, onunla dolanırdım. Əvvəl “İnstagram”da tənqid yazırdılar. İndi tənqid təhqirə keçib. Təhqir isə qarğışa. Elə qarğışlar yazırlar ki... Heç bir cavab vermirəm, atıram "qara siyahı"ya. Mənim səhifəm sənə xoş deyilsə, baxma. Sonra da sənət adamı çıxıb ona cavab verəndə, olur mədəniyyətsiz. Amma görün nə yazıblarsa, adam özündən çıxıb. Olmaz axı belə”.