Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Bu məşhur istirahət məkanı zibillik içərisindədir - .....                     Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                 

“Rübabə Muradova məndən xahiş etdi ki, tabutumun başında sən "Segah" ifa etsən...”
Tarix: 29-01-2021, 09:16 | Çap et
“Rübabə Muradova məndən xahiş etdi ki, tabutumun başında sən "Segah" ifa etsən...”
Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli sənətkar Kamil Cəlilov Moderator.az-ın suallarını cavablandırıb.

- Kamil müəllim, bu gün sizin doğum gününüzdür. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Doğum gününüzdə özünüzə nə arzulayırsız?

- Təbrikə görə çox sağ olun! Bu gün 83 yaşım tamam olur, 3 il əvvəl Beynəlxalq Muğam Mərkəzində 80 illik yubileyim keçirildi. Mən onda bildim ki, xalq məni çox sevir. İnanın Allaha yubileyimə hamı gəlmişdi, camaat ayaq üstə qalmışdı. Həqiqətən də çox xoşbəxt sənətkaram ki, bu qədər hörmət qazanmışam. Mən yaşadığımı yaşamışam, hər zaman istər insanlar tərəfindən, istərsə də dövlətdən diqqət və qayğı görmüşəm. 80 illik yubileyimdə cənab prezident İlham Əliyev məni “Şərəf” ordeni ilə
təltif etdi. Bircə arzum budur ki, koronovirus bəlası tezliklə bitsin, həyatımız normal axarına qayıtsın.

- Pandemiyanı necə keçirirsiz?

- Biz yüksək risk qrupuna aid olduğumuz üçün virusa yoluxma ehtimalımız daha yüksəkdir. Ona görə də özümü maksimum virusdan qoruyuram. Gigiyena qaydalarına əməl etməklə bərabər həm də evdən çölə çıxmıram. Siz bilirsiz ki, mən qızımla yaşayıram, o məni ikiqat daha çox qoruyur. Dərmanlarımı da vaxtı-vaxtında içirəm.

- Kamil müəllim, qaboy aləti ilə nə vaxtdan tanışlığınız yaranıb?

- Təxminən 1953-cü il idi, dostum Zaur Əliyev dedi ki, gəl mənimlə gedək musiqi məktəbinə. O pianoda yaxşı ifa edirdi. Mənə dedi ki, bir saata kimi məni gözləyərsən burada, dərsimi keçim daha sonra çıxarıq. Mən də oturdum foyedə, onu gözlədim. Gördüm siniflərdən cürbəcür səslər gəlir, klarnet, piano, qarmon səsi. Bir sinifdən isə qeyri-adi səs gəlirdi. Qapını yavaş-yavaş açdım, gördüm ki, bir müəllim üzü royala tərəf əyləşib, qaboyda ifa edir. Müəllim məni gördü, dedi ki, ay bala, nə istəyirsən? Soruşdum ki, müəllim bu nə alətidir ki, gözəl səsi var? Dedi ki, qaboydur, bu alət ancaq orkestrdə ifa olunur. Musiqi qabiliyyətimi yoxladı və mənə “sən gəl qaboy alətində ifa et, bunu bacaraqsan” dedi. O gündən bu alətə bağlandım və məşğul olmağa başladım. Sözün düzü başlanğıcda hamı, ələxsus da atam və anam mənə deyirdi ki, rahat bir alət tap, onda ifa et. Həqiqətən də çətin alətdir, daima axtarışlar edib, novator olmalısan. Atam o vaxt müharibədən yeni qayıtmışdı, iki ayağından da zədə almışdı, yeriyə bilmirdi. Müharibədən gələn insan necə olar? Başı səs-küy götürmürdü. Deyirdi ki, ay oğul, neynirsən bu aləti? At getsin, başqa musiqi aləti tap!

- Sizin yaradıcılığınızda “Dan ulduzu” ansamblının da xüsusi rolu var. Bu ansambla gəlişiniz necə oldu?

- Mən Gülarə Əliyeva ilə çoxdan tanış idim. Konservatoriyada oxuduğum illərdə Bülbül bizə dərs deyirdi, o da həmişə bizimlə üzbəüz sinifə gəlib, müğənniləri müşayiət edirdi. Onun mənim ifamdan xoşu gəldi və məni rəhbərlik etdiyi “Dan ulduzu” ansamblınına dəvət etdi. Elə olurdu ki, səhərə kimi yorulmadan işimizlə məşğul olurduq, çünki sənətimizi çox sevirdik. Bu sənət mənə Allah tərəfindən göndərilən bir vergidir.

- Siz bizim bir çox sənətkarlarımızı müşayiət etmisiz. Bu sənətkarlardan biri də Xalq artisti Rübabə Muradova olub. Onun sizə bir vəsiyyəti olmuşdu. Onu həyata keçirdə bildiniz?

- Mən çox kövrək qəlbli bir insanam, heç kimi incitmərəm. Rübabə Muradova mənim sənətimi çox sevirdi, qaboyda ifa edəndə ağlayırdı. Xəstə olanda evinə gedirdim, onun üçün ifa da edirdim. Ağır xəstə idi, əzab çəkirdi, ağrıları olurdu. Bir gün mənə dedi ki, ay qardaş, səndən bir xahişim var, tabutumun önündə segah ifa edərsən. Elə bil ki, məni behiştə yola salmış olarsan. Rəhmətə gedəndən sonra onun bu istəyini həyata keçirdim. Mən segah ifa edəndə camaat hönkürtü ilə ağlayırdı.

- Sizin həm də ifanız kosmosa göndərilib. Bu necə baş tutub?

- Mənim “Çahargah ahəngi”m 1976-cı ildə Filippində birinci yerə layiq görüldü. Bundan sonra həmin ifam plastinkaya salındı. UNESCO da mənim ifamı bəyənmişdi. “Çahargah ahəngi” əsərimi 18 əsərin içində onlar özü seçdilər. Qulaq asıb görüblər ki, burada qaboyun səsi tamam fərqlidir. Ona görə də Amerika alimləri bu ahəngi qızıl plastinkada ekspriment üçün kosmosa göndəriblər. Deyilənə görə hələ də kosmosdan bu “Cahargah” ahəngimin səsi gəlir.

- Kamil müəllim, siz həm də ulu öndər Heydər Əliyevə “Azərbaycan Təranələri” ifasını həsr etmisiz.. Ümumilli lideri necə xatırlayırsız?

- “Azərbaycan Təranələri” mənim yuxuma girmişdi, gecə yarı kağız və qələm götürüb, tez maqnitofona səsini yazdım. Səhəri gün isə başladım üstündə işləməyə. Mən bu əsəri ulu öndər Heydər Əliyevə həsr etdim. Çalışdım ki, onun qətiyyətini, mərdliyini, insanlığını burada əks etdirim. Bir gün Gülarə xanım mənə dedi ki, Heydər Əliyev sənin bu əsərini çox sevir. Onu diskə yaz mənə ver, ona çatdırım. Gülarə xanımın dediyi kimi də etdim. Daha sonra Gülarə xanım deyirdi ki, Heydər Əliyevin boş vaxtı olan kimi bu ifaya qulaq asır. O “Azərbaycan Təranələri” haqda bu sözləri demişdi: “ Kamil Cəlilovun “Azərbaycan təranələri” ni dinləyəndə elə bil Azərbaycanın xəritəsini görürəm. Meşələrini, dağlarını, bulaqlarını, bir sözlə, mənzərəsini görürəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02
“Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Dünən, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Dünən, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Dünən, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Dünən, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Dünən, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Dünən, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Dünən, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Dünən, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Dünən, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Dünən, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Dünən, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Dünən, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Dünən, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Dünən, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Dünən, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Dünən, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Dünən, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Dünən, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Dünən, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Dünən, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Dünən, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Dünən, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru