“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Axı kinoya nə olub? Niyə hamınız düşmüsünüz kinonun üstünə?”
Tarix: 27-01-2021, 08:17 | Çap et
“Axı kinoya nə olub? Niyə hamınız düşmüsünüz kinonun üstünə?”
“Yeni Müsavat”ın budəfəki müsahibi əməkdar artist, Azərbaycanın tanınmış kinorejissoru və aktyoru Elxan Qasımovdur. Xatırladaq ki, Elxan Qasımov hələ 18 yaşında çəkildiyi “Əhməd haradadır?” filmindəki “Şofer Əhməd”, “Axırıncı aşırım”da Vəli və digər filmlərdəki obrazları ilə tamaşaçıların sevgisini qazanıb. Onun rejissor kimi işlədiyi filmlərdən “Qocalar, qocalar”, “Biz qayıdacağıq”, “Köhnə bərə”ni göstərmək olar.

Beləliklə, Elxan Qasımovla müsahibəni təqdim edirik:

- Pandemiya, karantin dövründə nə işlə məşğul olursunuz? Ümumiyyətlə, bu günləriniz necə keçir?

- Sərt karantin dövründə demək olar ki, günümü evdə keçirdim. Daha sonra müharibə başladı, günlərimizin necə keçdiyini hiss etmədik. Həmin zamanlar ağladığımız, sevindiyimiz günlər də oldu, yəni bu, böyük müharibə idi.

Karantin qaydalarına gəldikdə isə şəxsən mən bütün tələblərə dəqiq riayət etmişəm. Bunu fəxrlə deyə bilərəm ki, dövət tərəfindən nə göstəriş olubsa, heç bir qaydanı pozmadım. Buna hətta özüm də təəccübləndim. Çünki bilirsiniz ki, sənət adamları adətən daha həssas olur, bəzi şeylərə dözə bilmirlər. Beləliklə, bu karantin rejimləri məni darıxdırmadı. Amma çox təəssüf ki, koronavirus ucbatından kinostudiyamızdan, kino aləmimizdən xeyli dostlarımız dünyasını dəyişdi, hansı ki, əksəriyyəti yaxşı kadrlarımız idi. Karantin rejimində telefonla yaşayırdım, bir də arada bağa gedib-gəlirdim, nəvələrlə günümü keçirirdim.

- Söhbətinizdən belə anladım ki, hələ pandemiyadan əvvəl yaradıcılıqdan uzaq düşmüsünüz...

- Seriallarla bağlı xeyli təkliflər olub. Artıq istəmirəm nə seriala çəkilim, nə də çəkim. Çalışıram ki, yüngül işlərə qaçmayım, öz “çəkimi” saxlayım. Artıq 76 yaşım var, daha ömrə nə qalıb ki... Qalan ömrü də normal yaşamağa çalışıram. Mənim sənətim rejissorluqdur. Kinostudiya uzun illər idi ki, işləmirdi, iflic vəziyyətində idi. İndi də demək olar ki, vəziyyət dəyişməz olaraq qalır. Gələn yeni rəhbərlik istəyir ki, nələrisə dəyişdirsin. Deyirlər ki, kinonun konsepsiyasının yeni quruluşu olacaq. Bilmirəm, indi bu necə olacaq... “Axırıncı aşırım”, “Babək”, “Nəsimi” və digər bu kimi filmlərimizi harada çəkmişik, bu məni təəccübləndirir. Bunlar ya bizim filmlərə baxmayıblar, ya da ki, Amerika filmlərinə baxıb elə bilirlər ki, kinoda hər şeyi kompüterlə etmək, dəyişmək mümkündür. Hər gələn də deyir ki, “kinonun səviyyəsini qaldıracağıq”. Buna deyirlər “gözdən pərdə asmaq”. Bir də ki, kinodan başqa o qədər dərdi çəkiləcək sahələr var, onları düzəltmək lazımdır. Kino öz-özünə işləyə bilir. Əgər kinoda rejissor, operator varsa, ortaya nəsə çıxacaq.

Son beş ildə xeyli filmlər çəkildi. Hansı ki, hələ tam çəkilib bitməmiş, lenti qurumamış artıq mükafatlar alırdılar. Şəxsən mən bunu qəbul edə bilmirəm. Deyə bilərəm ki, indi həmin filmlər yoxdur. Bütün bunlarla da kinostudiyanı dağıtmaq olmaz... Fikirlərim kiməsə müxalif görünə bilər, amma bunları ürək ağrısı ilə deyirəm.

- Artıq yeni mədəniyyət naziri də təyin olunub...

- Yeni təyinat, yeniliklər deməkdir. Bu cür suallar verib, “qaşıyıb, qan çıxartmayın”.

- Yox, sadəcə, sual vermək istəyirdim ki, yeni təyinatdan hansı gözləntiləriniz var? Yəni kinonun inkişafı ilə bağlı vəziyyət dəyişə bilərmi?

- Axı kinoya nə olub? Niyə hamınız düşmüsünüz kinonun üstünə? Bir az da teatrın üstünə düşün, bu gün teatrlarımız biabıçı vəziyyətdədir. Həmçinin televiziyalar bərbad haldadır. Ancaq kinonun üstünə düşürlər. Kino gərək çəkilsin də... Kino cəmiyyətin maariflənməsində çox mühüm rol oynayır. Məgər biz indi tənqid olunan köhnə filmlərimizlə tərbiyələnməmişdik? Mərhum prezidentimiz Heydər Əliyev də bir dəfə demişdi ki, “Azərbaycan kinosu xalqın maariflənməsində, inkişafında böyük rol oynayır”.

- Ümumiyyətlə, mərhum prezident Heydər Əliyev kino sahəsinə, aktyor və rejissorlara, onların yaradıcılıqlarına böyük önəm verir, hər biri haqqında məlumatlı idi...

- Bəli. Hətta aktyorlarımızın boy ölçülərini belə bilirdi. Bir dəfə “Babək” filminə Rasim Balayevi çəkmək istəyəndə kimsə deyib ki, “axı o çox cavandır, boyu-buxunu da həmin obraza yaramır”. Həmin vaxt Heydər Əliyev dərhal cavab verib ki, “gərək ki, Rasim Balayevin boyu 183 sm-dir, yəni heç də boyu balaca deyil”... Yaxşı, indi vicdanla danışaq, bu cür filmləri çəkən kinostudiyanı dağıtmaq olarmı? Bəli, indi xeyli gənc kadrlar gəlir. Gələnlər də gərək özlərindən əvvəlki sənətkarlardan öyrənsinlər... İndi deyirlər ki, “gənclərə yol verin”. Məgər kinorejissorlar pəhlivan kimi güləşməyə çıxırlar? Yaşlı nəslin təcrübələrindən, savadından istifadə olunmalıdır. Təsəvvür edin, indi kimsə deyir ki, “Rəssamlıq Akademiyasından Ömər Eldarov çıxarılsın, artıq qocadır, 90 yaşı var”. Bunu etmək olarmı? Əlbəttə, yox. Amma kinoda belə tendensiya var...

Bir də görürsən ki, sosial şəbəkələrdə yığışıb hansısa rejissorun ad gününü təbrik edirlər, haqqında yazırlar. Şəxsən mən həmin rejissorların 95 faizini tanımıram. Və yaxud birini rejissor “düzəltmişdilər”, hansı ki, 9-cu sinfə qədər təhsil alıb. Onu o gün hansısa qohumunun hesabına elə tərifləyirdilər ki... Axı rejissor olmaq üçün təcrübə, intellekt lazımdır. Ümumiyyətlə, zorla xalqın, tamaşaçının məhəbbətini qazanmaq, özünü sevdirmək olmaz. Heç kəsə demirdilər ki, Hacıbaba Hüseynovu sevin. Və yaxud kimə deyiblər ki, Alim Qasımovu, Rasim Balayevi sevin? Xalq özü sevir, çünki xalqın gözü tərəzidir.

- 18 yaşınızda “Əhməd haradadır?” filminə çəkilib, məşhurluq qazanmısınız. Bu günə qədər bir çox filmlərə çəkilib, çəkmisiniz. Yəni Azərbaycan kino mədəniyyətində Elxan Qasımovun da özünəməxsus töhfələri var. Lakin 76 yaşlı sənətkar bu günə qədər xalq artisti adını ala bilməyib. Bu sizi incitmir? Ümumiyyətlə, fəxri ad ala bilməməyinizin səbəbi nədir?

- Qoy qısaca deyim, bu məsələdə özümün və atamın günahı var. Atam rəhmətlik mənə yaltaqlığı öyrədə bilmədi və mən heç vaxt yaltaqlıq etmədim. Və bir də sözü üzə deməyim, açıq sözlü olmağım fəxri ad almağıma mane oldu. İnanın, əməkdar artist adını almağımı ilk olaraq maşınımı düzəldən ustadan öyrənmişdim. Yəni heç vaxt fəxri ad dalınca qaçmamışam. 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirəm, yəni ömrümün demək olar ki, yarısını bura həsr etmişəm...

Bir dəfə Əli Həsənov mənə dedi ki, çıxıb efirlərin birində Rüstəm İbrahimbəyov haqqında söyüm. Mən də telefonda bildirdim ki, “bu yaşımda bu cür hərəkət alçaqlıq olar, bunu edə bilmərəm. Bəlkə də təklikdə öz sözümü deyib, hətta döyə bilərəm, amma efirdə öz həmkarıma o cür sözlər deyə bilmərəm”. Səhəri gün gəlib mənə dedilər ki, “sən nə demisən, adını siyahıdan pozdular”. Bu, dəfələrlə baş verib, yəni 8-10 dəfə adım təqdim olunub, lakin sonradan qərar dəyişdirilib.

Ramiz Rövşənin buna aid bir şeiri var:

“Üz tutduğum adamlar da

Üzümə durdular mənim.

Bir quyuya salladılar,

İpimi qırdılar mənim.

Yalandan yaş axıtdılar,

Kəfənimi toxutdular,

Yasinimi oxutdular,

Duamı qıldılar mənim.

O quyu necə dardı, dar!

Mən çıxanda mat qaldılar,

Yenə könlümü aldılar,

Dostlarım oldular mənim...”

Mənə pislik demək olar ki, ən çox dostlarımdan gəlib. Əgər on dənə pislik olunubsa, onun yeddisi dostlarım tərəfindən olub, təbii, dırnaqarası dostlar...

Yəni məsələ belədir. Hətta deyərdim ki, mənə fəxri ad verilməməsi bəzi admların ad almasından daha yaxşıdır. Təsəvvür edin ki, bütün qəzetlərdə, mətbuatda, mediada məni xalq artisti kimi təqdim edirlər. Demək ki, bu ada layiqəm. Xalq məni sevir, vəssalam, bu vəziyyətdən razıyam. Vəziyyətimdən bir də ona görə razıyam ki, Allah mənə ömür verdi ki, Qarabağı azad görə bildim. Bu, pafos deyil. Qızıma dedim ki, “qızım, sizi maşına qoyub, aparacam Qarabağa, Şuşaya. Əgər mən oradan kimdənsə yol soruşsam, onda küsün, qayıdın gəlin”. Mən Qarabağı qarış-qarış tanıyıram. Orada nə qədər filmlər çəkmişik, çəkilmişik. Təsəvvür edin, hələ 1961-ci ildə, 16 yaşımda ikən Qarabağda qastrol səfərində olmuşam. Çox şükür bu günə ki, Qarabağ, Şuşamız azaddır!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru