“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Elə şeir var, bizim 100 bədiyyəyə dəyir”
Tarix: 25-01-2021, 15:30 | Çap et
“Elə şeir var, bizim 100 bədiyyəyə dəyir”
Son zamanlar meyxana janrına qarşı tənqidlərin ardı-arası kəsilmir. Hər kəs bu söz sənətindəki bayağılaşmadan şikayət edir. Müəyyən mənada haqlı iradlar da olur. Lakin bir məsələ var: artıq hər ucuz, şit ifaya“Musiqili meyxana”, yaxud da “Meyxanasayağı” mahnı deyilir. Bəs musiqili meyxana nədir?

Bu janrın banisi mərhum meyxanaçı, şair Nizami Rəmzidir. Ondan sonra efir məkanımızda zaman-zaman belə ifalara rast gəlinib. Məsələn 2000-ci illərin əvvəlində meyxanaçı Namiq Qaracuxurlunun mahnıları hər kəs tərəfindən sevilərək dinlənilib. Digər meyxana ustadları da repertuarlarında musiqili meyxanalara yer veriblər. İnsanlarda çaşqınlıq yaradan məqam isə son vaxtlar estrada müğənnilərinin də, ifaçılığa yeni addım atanların da musiqili meyxanlara üz tutmasıdır. Ona görə də həmin mahnılardakı nöqsanlar elə meyxananın üzərinə yazılır. Şübhəsiz söz sənətinin özündə də qüsurlar yox deyil.

Biz də meyxana aləmindəki son durumu tanınmış meyxanaçı, şair Namiq Məna ilə müzakirə etdik. Gəlin, suallarımızın cavabını elə onun özündən eşidək.

- Meyxana haqqında az da olsa, məlumatımız var. Daha dəqiqini siz bilərsiniz.Bu janr necə yaranıb?

- Ümumiyyətlə, söz sənəti qədim tarixə malikdir, təxminən 4 və ya 5-ci əsrə gedib çıxır. O vaxtdan üslub, janr olaraq bir neçə dəfə dəyişib. İlk yarananda bədahətən şeirlər söylənilib, musiqi olmayıb. İnsanlar bir-birləri ilə rastlaşanda necə salamlaşırlarsa, eynən elə şeir dilində danışıblar. Müasir dövrdə söz sənəti inkişaf edib. Bu tərəqqi də dövlətimizin qayğısının nəticəsidir. Məsələn bir sıra müsabiqələr keçirilirdi, efir məkanında meyxanaya şərait yaradıldı. İndi də həmçinin sənətimizə olan qayğı davam etməkdədir. Sadəcə efirin öz qaydaları var. Televiziyaya bu janrın daşıyıcılarından kimisə çağıranda diqqət etmək lazımdır. Onun nitq və səhnə mədəniyyəti yerində olmalı, davranış qaydalarına riayət etməlidir. Musiqili meyxanaya gəlincə, ağacdan yarpağın düşməsində də bir nəğmə duyulur. Amma öncə söz yaranıb. Bədiyyə janrı da bədahətən şeir söyləməkdir. Bədiyyəçi şairə mövzu verilməlidir, ona uyğun deməlidir. Şair fikirləşib yazır, bədhiyyəçi isə şifahi deyir, ikisi arasında fərqlər olur. Çünki birində redaktə etmək mümkündür, qüsuru düzəldə bilirik. Bədahətəndə isə bağışlanası səhvlər ola bilir.

- Bəs musiqili meyxana necə olmalıdır?

- Musiqi əndazədən kənara çıxılmadan, peşəkarla məsləhətləşib qatılırsa, onun əleyhinə deyiləm. Bir də görürsüz elə musiqilər geniş vüsət alır ki, hətta ona musiqi də demək olmaz, janr kimi mənşəyi də bilinmir. Onlara da deyirlər: musiqili meyxanlar. Umumiyyətlə, bu adı anlamıram. Çünki meyxanada da bir musiqi var. Musiqi aləti müşayiət etməsə də, ritm özünü göstərir. Məsələn Əliağa Vahidin qafiyələrindən biri : “Könül, ol şuxə yaxınlaşma onun əngəli var”. Bu da musiqi üzərindədir. Biz ritmlə deyirik, muğamda ya Şura, ya da Cahargaha düşür. Yaxud da “Bizim Cəbiş müəllim” filmində deyilən meyxana “Çağırsa, ellər gedərəm davaya” cahargah üzərindədir. Ona görə meyxananı musiqi ilə ifa etməzdən əvvəl peşəkar bəstəkarlarla məsləhətləşməlidirlər. Söz sənətkarı musiqili meyxana ilə efirə çıxırsa, onun tövsiyə alması daha uyğundur. Əks halda digər əndəzadən kənar musiqiləri qulaqlardan silmək çətin olur. Elə məkanlar var ki, orda belə mahnılar ifa edə bilərlər. Lakin efirdə milyonlarla insanın evində qonaq olmağın məsuliyyətini dərk etmək lazımdır.

- Sizcə, hazırda meyxanada istedadlı gənclər varmı?

- Yetəri qədərdir. Qarşılaşanda onları dinələməkdən zövq alıram. Həqiqətən əruz vəznində bədahətən şeir söyləmək çətindir. Meyxana dünyada analoqu olmayan janrdır. “Rap” deyirlər, xaricilərdən gəlib. Amma bizim bəhri-təvilin özü də “rap”dir. Sadəcə burda hecanın ölçüləri məsələsi var.

- Sənətini bəyəndiyiniz gənclərdən bir neçəsinin adını çəkə bilərsinizmi?

- Onlar bir-iki nəfər deyil. Ona görə birinin adını çəksəm, digəri inciyər. Bu başqa bir mövzudur, təhlil edilməlidir. Ümumiyyətlə, şeir duyğuların təzahürüdür. İstedadsız bir insan da yaxşı şeir yazıb, səni kövrəldə, zövqünü oxşaya bilər. Həm də incəsənət adamları emosianaldır. Bir də deyim ki, istedadı Allah bəxş edib. Sadəcə buna arxayınlaşmamalıyıq. Mütləq zəngin, geniş mütaliə olmalıdır, təcrübəyə də ehtiyac duyulur. Onu da qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 4 regional bölməsinin sədriyəm. Bəzən kitab oxuyuram, baxıram ki, hansısa, meyxanaçının bədahətən söylədiyi şeir daha dolğundur. Lakin o vaxtını, zamanını ayırıb yazılan kitabdan zövqünü oxşayan 5 şeir tapırsan. O da gərək kitab qalın olsun.

- Şair, meyxanaçı Vüqar Biləcəri dünyasını dəyişəndə belə bir fikir yayıldı: “Aydın Xırdalanlı meyxana otağının işığını söndürdü. Vüqar Biləcəri qapısını bağladı, getdi”. Doğrudan da meyxana Vüqarla birgə əbədiyyətəmi qovuşdu?

- Vüqara da, Aydına da, digər mərhum söz sənətkarlarına da Allah rəhmət eləsin. Hər birində istedad payı vardı. Dinləyicilərin xarakterinə uyğun söylənilən şeirlər doğma gəlir. Baxır insan hansı aspektdən yanaşır. Həmin fikirlər onu deyənlərin şəxsi düşüncələridir. Lakin meyxana yaşayır, yaşayacaq da. Vüqara gəlincə, o, gözəl şair, qəzəlxan idi. Eyni zamanda müasir dövrdə əruzun ən yaxşı bilincilərindən biri idi. Daim öz üzərində çalışardı, zəngin mütaliəyə sahib idi. Əfsuslar olsun ki, Vüqarı çox tez itirdik. Həm də o, özünə hörmət edən söz sənətkarı idi. O, meyxanaya çox töhfələr verdi. Vüqarın sənətinin vurğunu olanlar çoxdur. Rəhmətliyin əməli-saleh işləri də olurdu. Bəzən el şənliklərində təmənnasız iştirak edirdi. Vüqarın atasını da tanıyıram, sadə, zəhmətkeş insanlardı. Allah Vüqara rəhmət eləsin. Amma meyxana yaşayır. Düşünürəm ki, yeniyetmələrin içərisindən hələ çox istedadlar çıxacaq. Azərbaycanın hər daşının hər qayasının altında istedad var. Məsələn Kəlbəcər, Zəngəzur və Qarabağda necə gözəl şairlərimiz olub. Elə Sücaət, Bəhmən, onlar Vətən həsrəti ilə dünyalarını dəyişdilər. Şeirlərini dinləyirsən, oxuyursan adamın ruhunu oxşayır. Biz qabiliyyətli, bacarıqlı xalqıq. Hələ çox dahilər yetişdirəcəyik.

- Bəzən meyxanaya ironiya ilə bəsit yanaşanlar, tənqid edənlər olur. Onlar haqqında fikirləriniz necədir?

- Belə halları görəndə ovqatım pozulur, məni məyus edir, lakin ruhdan düşmürəm. Həmin tənqid edən adamlara desək ki, gəl bir otaqda məşq elə, sonra bədahətən şeir söylə, bacarmaz. Yenə də zövqlər müxtəlifdir. Kimisə meyxanaya qulaq asmağa məcbur edə bilmərik.. Kimisi estrada, kimisi də muğam dinləyir. Sadəcə bu janrı bəyənməyən insan təhlil eləsin. Görəcək ki, demə burda çətinlik və poetik ifadə tərzi var imiş. Zaman lazımdır, məsələn Sovet dönəmində meyxana qadağalara məruz qalmışdı. O vaxt biz başlayanda meyxana daha çox söz yığını idi. Bu gün fikir bildirənlər də o zamanı nəzərdə tutub deyir. İndi isə bədiyyə çox inkişaf edib. Əruz vəznində, bəhrlərdə fikirləri çatdırmaqda tərəqqi müşahidə olunur. Elə gənclər var ki, onları həvəsləndirsək, hətta tamaşalar üçün ssenari yazarlar, bədahətən dedikləri şeirləri yazıya çevirərlər. Mənfi rəy bildirənlər fikirlərini əsaslandırsınlar, nəyi bəyənib, nəyi bəyənmədiklərini desinlər, sonra onlarla razılaşaram. Onların yanaşması isə qərəzlidir. Məsələn Vüqar Biləcəri vəfat edəndə pandemiyaya baxmayaraq insanlar dəfn mərasiminə axın edirdilər, rayonlardan da gəldilər. Bütün bunlar sevgidən yaranır. O insanların içərisində ali təhsillilər də, möminlər də vardı. Bu Vüqara olan məhəbbət, hörmət idi. Ona görə kiminsə bu qədər insana qarşı fikir söyləməsi, nə isə deməsi ilə razılaşmıram. Düzdür, elə şairlərimiz var ki, onların bir şeiri, bizim bədahətən söylədiyimiz 100 bədiyyəyə dəyir. Bu da danılmazdır. Amma meyxana janrının üstünə getmək əvəzinə, ona təkan verilməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru