"Həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər"
Tarix: 23-01-2021, 09:55 | Çap et
 Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qalibləri müəyyənləşib.
Müsabiqəyə 321 əsər təqdim edilib. Sözügedən müsabiqədə Sputnik Azərbaycan-ın köşə yazarı Cəlil Cavanşir "Nostalgiyanın sonu: Biz qayıdırıq" əsəri ilə qaliblər sırasındadır. Əməkdaşımız təəssüratlarını bizimlə bölüşüb:
"Əslində bu yazını müsabiqə üçün yazmamışdım, Sputnik Azərbaycan üçün yazmışdım. Şuşa zəfərindən bir neçə gün sonra yazdım, göndərdim. Yazının çapı ləngidi. Bir müddət sonra müsabiqə ilə bağlı elan gördüm. Bəxtimi sınamaq qərarına gəldim. Yazının keyfiyyətindən əmin idim. Yazıda dünya ədəbiyyatı və mifologiya ilə bağlantı qurduğuma görə düşündüm ki, yer tuta bilər. Müsabiqənin şərtləri də məni qane etmişdi". "Əvvəlki müsabiqələrdə yazının müəllifi bəlli olduğundan həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər", - deyir yazar. Bu dəfə isə yazılarda müəllifin adı qeyd olunmadığından, onu rahat şəkildə müsabiqə təqdim edib.
"On il bundan qabaq "Milli kitab" müsabiqəsi keçiriləndə müsabiqədə mükafatları tanış-bilişə verəndə mən Azərbaycanda keçirilən müsabiqələri boykot eləmişdim. Məndə bir ruh düşkünlüyü yaranmışdı ki, ümumiyyətlə Azərbaycan ədəbi mühitində tapşırıq, tanışlıq işə keçir. 2020-ci ildən etibarən bir az fikrimi dəyişdim. Ümumiyyətlə, müsabiqələr yaradıcı insan üçün stimuldur, motivasiyadır. Udsaq da, uduzsaq da mütləq müsabiqələrdə iştirak etməliyik".
Müsabiqənin qaliblərindən biri də Əməkdar jurnalist, şair Elçin Mirzəbəylidir.
Mirzəbəyli "Azərbaycan əsgəri" şeiri ilə müsabiqəyə qatılıb:
"Bu əsərin yaranma tarixi 44 günlük müharibə dövrünə təsadüf edir. Ən təsirli məqam Prezident İlham Əliyevə "Şuşaya nə qədər yaxınsınız?" sualı veriləndə Ali Baş Komandanımızın "Şuşaya bir nəfəs qədər yaxınıq" deməsi olmuşdur. Şeir Azərbaycan əsgərinə həsr olunub. Elə şeirin ilk misrası da belə başlayır: "Sən böyük qələbəyə bir nəfəs qədər yaxın". Şeir noyabrın 6-7-si gecə saatlarında ərsəyə gəlib. 1-2 gündən sonra qələbəyə bir nəfəs qədər yaxın olduq". Həmsöhbətimiz deyir ki, ömründə ilk dəfədir müsabiqədə iştirak edir: "Müsabiqənin keçirilməyindən ümumiyyətlə xəbərim yox idi. Dostum Rəşad Məcid mənim şeirimin bir hissəsini sosial şəbəkədə paylaşmışdı. Rəylərin birində bir nəfər Mədəniyyət Nazirliyinin yeni müsabiqə təşkil etdiyini dedi. Məsləhət gördülər ki, həmin şeir müsabiqədə iştirak etsin. Mən də şeiri müsabiqəyə göndərdim".
Əməkdar jurnalist bu tipli müsabiqələrin çox olmasını arzuladığını dedi:
"Vətən müharibəsi mövzusunda kino ssenarilərinin, dramaturji əsərlərin yaranmasını arzu edirəm. Çünki buna çox ehtiyac var. Azərbaycanın "Azadlıq marşı"nı yazanda mənim 21 yaşım var idi. Düşünürəm ki, bu gün marşlarla, elmi-publisistik əsərlərlə, bədii əsərlərlə dünya arenasına çıxacaq istedadlı gənclərimiz var. Yetər ki, yaratsınlar, çox potensiallı gənclərimiz var". Qeyd edək ki, müsabiqədə "Peşəkar yaradıcı şəxslər" kateqoriyası üzrə 50, "Həvəskar yaradıcı şəxslər" kateqoriyası üzrə 193, "10-15 yaş arası uşaqlar" kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub.
Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib.
Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.
53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə göndərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazir müavini vəzifəsindən azad edildi
Bu gün, 18:49 |
|
|
|
• Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb
Bu gün, 17:17 |
|
|
|
• Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? - DETALLAR
Bu gün, 17:12 |
|
|
|
• Yayda restoranlar müştəriləri belə soyur: - “50 manat...”
Bu gün, 17:09 |
|
|
|
• Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Bu gün, 17:04 |
|
|
|
• “Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, - FOTO
Bu gün, 16:54 |
|
|
|
• “Eyni sifətlərə nə qədər baxmaq olar?!” – Prodüser KİMDƏN ŞİKAYƏTLƏNDİ?
Bu gün, 16:52 |
|
|
|
• “Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” - Rəşid Mahmudov
Bu gün, 16:49 |
|
|
|
• Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib
Bu gün, 16:45 |
|
|
|
• Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Bu gün, 16:43 |
|
|
|
• Müharibə daha təhlükəli fazaya keçib - “Wall Street Journal”
Bu gün, 16:39 |
|
|
|
• Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:35 |
|
|
|
• BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər
Bu gün, 16:32 |
|
|
|
• "Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" - Nizami Cəfərov
Bu gün, 16:30 |
|
|
|
• AZCON Holdinqdə təyinat olub - FOTO
Bu gün, 16:25 |
|
|
|
• "İrəvan hökuməti sözdən əmələ keçmir" - deputat
Bu gün, 16:22 |
|
|
|
• FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək – Son 25 ildə “Mi-17” qəzaları
Bu gün, 16:19 |
|
|
|
• Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? -Ekspertdən maraqlı AÇIQLAMA
Bu gün, 16:18 |
|
|
|
• Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• İTS ləğv olunan tenderi yenidən keçirir – Məbləğ 2 dəfədən çox artırılıb
Bu gün, 16:15 |
|
|
|
• “Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” - NARAZILIQ VAR...
Bu gün, 16:05 |
|
|
|
• Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... - Heyvan yemi əvəzinə pambıq əkəndə BELƏ OLUR...
Bu gün, 16:03 |
|
|
|
• 8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT
Bu gün, 16:00 |
|
|
|
• Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:33 |
|
|
|
• Narazılığa səbəb olan kəskin bahalaşma - Əhali necə dolansın?
Bu gün, 15:29 |
|
|
|
• Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO
Bu gün, 15:26 |
|
|
|
• Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin məhkəməsi başlayıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır - MƏQALƏ
Bu gün, 15:14 |
|
|
|
• “Bu təhsil deyil, travmadır” – Valiyenlərdən summativlərə qarşı ETİRAZ
Bu gün, 13:06 |
|
|
|
• Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü
Bu gün, 13:04 |
|
|
|
• Bərdədə məktəbdə FACİƏ: - şagird 3-cü mərtəbədən yıxıldı
Bu gün, 13:00 |
|
|
|
• İranın Bakıdakı yeni azərbaycanlı səfiri: - Münasibətlər yeni mərhələdə?
Bu gün, 12:54 |
|
|
|
• İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı - ƏMR
Bu gün, 12:52 |
|
|
|
• “Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA – Cəvahir Nehru YAZIR
Bu gün, 12:49 |
|
|
|
• Alim Qasımov məclislərdəki bu adətdən narazıdır
Bu gün, 12:43 |
|
|
|
• Qərb Paşinyanı tək buraxdı - Baş nazirin siyasi taleyi Köçəryan kölgəsindədir
Bu gün, 12:39 |
|
|
|
• Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI
Bu gün, 12:33 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• “Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb
Bu gün, 12:26 |
|
|
|
• “AzSığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:24 |
|
|
|
• “Orxan, mahnıların zibillikdir” - Qalmaqal böyüdü
Bu gün, 12:18 |
|
|
|
• İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
Bu gün, 12:13 |
|
|
|
• Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... - BELƏ DAVAM ADARSA...
Bu gün, 12:08 |
|
|
|
• Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Bu gün, 12:04 |
|
|
|
• Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Bu gün, 11:59 |
|
|
|
• “Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil – Tahir Kərimli
Bu gün, 11:51 |
|
|
|
• “Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bu gün, 11:45 |
|
|
|
|