“Məcbur olub taxsi sürməyə başladım”
Tarix: 12-01-2021, 16:00 | Çap et
 “Vaxt var idi bəzənib-düzənib hörmətli insanların iştirak etdiyi məclislərə gedirdim və əvvəlcədən danışdığım məbləği alırdım. İndi isə tanımadığın-bilmədiyin müştəriləri mindirirəm maşına”.
Bunu Lent.az-a açıqlamasında meyxanaçı Samirə Yusifqızı deyib. İllərdir müğənni və meyxanaçı kimi fəaliyyət göstərib, məclislərdə iştirak edən Yusifqızı indi o günləri xoş xatirələrlə yada salır. Buna səbəb isə...
“Bəli, bu pandemiya hamıya olduğu kimi, mənim də həyatıma və sənətimə pis təsir etdi. Belə deyim də, durumumuz çox pisdir. Elə indi də elədir”.
Buna görə də Yusifqızı başqa işlə məşğul olmaq qərarına gəlib:
“Məcbur olub taksi götürüb sürməyə başladım. Çətindir. Çox çətindir. Bir vaxtlar bəzənib-düzənib hörmətli insanların iştirak etdiyi məclislərə gedirdim və əvvəlcədən danışdığım məbləği alırdım. İndi isə tanımadığın, bilmədiyin müştəriləri mindirirsən maşına. Əlbəttə, bilmirsən o müştəri sənə nə sürpriz eləyəcək. Hərə bir cür olur. Bir şey deyim, əli yüzlüklərlə oynayan Samirə indi qəpiklərlə əlləşir”.
Samirə xanımın səsindəki ümidsizliyi eşidib “hər şey yaxşı olacaq” desəm də, buna çox inanmadı...
“Sağ ol canım, sağ ol. Amma o günlərin geri gəlməyinə inanmıram. Toylar, məclislər ola bilər. Əlbəttə, olacaq da. Amma nə əvvəlki işlər olacaq, nə də həmin o qazanc”.
Bəli, Samirə xanım bu vəziyyətdən çıxmaq üçün tamamilə fərqli bir peşə, taxsi sürücülüyü ilə məşğul olmağa başlayıb. Amma onu da deyim ki, şou-biznesdə sənətini dəyişən təkcə o deyil. Bu sıraya Türkan Vəlizadəni və Nura Suri də daxildir.
Nura Suri indi özəl şirkətlərdən birində Reklam və ictimai əlaqələr şöbəsinin müdiri işləyir. Türkan Vəlizadə isə özəl klinikalardan birində menecerdir. Açıqlamalrının birində bu işə ehtiyacı olduğunu da vurğulamışdı:
“Klinikanın sahibi mənə təklif etdi ki, birgə çalışaq. Razı oldum. İndi bütün müğənnilərin vəziyyəti çətindir. Amma səbir etmək lazımdır".
Müğənni Ayaz Qasımov vəziyyətin belə olmasından şikayətlənsə də hələ ki əlavə işlə məşğul olmur:
“Gözləmə mövqeyindəyəm. Gələcəkdə biznes qurmağı düşünürəm. Onsuz da indi qida və tibb sektorundan başqa heç bir sahə normal işləyə bilmir. Çox güman ki, mən də qida sektoruna üz tutacam. Çünki nə olur-olsun bu sektor daim işləyir. Bu pandemiyada buna bir daha şahid olduq”.
Bəs sənətçilərin işlərini tamam fərqli sahə ilə əvəzləməsi onlara nə kimi təsirlər edə bilər? Psixoloq Əfsanə Rüstəmova bildirib ki, əvvəllər peşə dəyişmək fərqli səbəblərdən idisə, indi bu pandemiyaya görə baş verir:
“İxtisas və peşə seçimi həmişə insanları narahat edən və doğru qərar verilərsə, həyatını dəyişən addım olub. Həyat normal tempində davam edəndə də insanlar müəyyən zamanda ixtisas və ya işlərində radikal dəyişimlər edirdilər. Bu addımı atmağa onları işdəki məsuliyyətləri, iş qrafiki, yaxud, sadəcə həmin işdə xoşbəxt olmamağı vadar edirdi. Hazırda ölkəmizdə və dünyada bir ilə yaxındır davam edən pandemiya dönəmi əksər sahələrdə məhdudlaşmalar, azalmalar və ya sahənin tamamən bağlanması kimi fəsadlar yaratdı. Əslində, bu hardasa anlaşılandır. Lakin müddətin bu qədər uzun olacağını heç kəs təxmin etməmişdi. Müddət uzandıqca ehtiyat da tükənir, bu isə insanları daha da gərginləşdirirdi. Alternativ addım kimi peşə dəyişənlər də oldu. Mikrafon yerinə əlində pambıq gözləyən müğənnilər, idman aləti yerinə inşaatda daş qaldıran gənclər, xidmət sahəsində içki qapağı açan oğlanlar yerinə marketdə paket açan uşaqlar... Bu, əlbəttə, arzuolunan bir əvəzləmə deyil. Amma hazırda keçim məcburiyyəti insanları bu addımı atmağa məcbur edir. Bu addım onları xoşbəxt etməsə də, günlük güzəranlarını təmin edir”.
Psixoloq bildirir ki, bu dəyişikliklər öz təsirini də göstərəcək:
“Müasir gəncliyin "comford zona" anlayışına zidd olan bu gedişat, əlbəttə, təsirsiz ötüşməyəcək. Lakin hamılıqla gözləntimiz bu pandemiya dönəminin və məhdudiyyətlərin bitməsi və hər kəsin xoşbəxt olduğu sahəyə geri dönməsidir. Bitəcəyinə əmin olduğumuz bu dönəmin psixoloji sakit keçməsi özümüzü və çevrəmizi gərginləşdirən hər şeydən uzaqlaşmaqdan başlayır. Əmin olun ki, bu dəyişim və təcrübə nə vaxtsa bizə fayda qatacaq. Amma necə?! Bunun üçün sağlamlığımızın qeydinə qalıb yaşamağa davam etmək lazımdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15 |
|
|
|
| • İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06 |
|
|
|
| • "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01 |
|
|
|
| • "Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56 |
|
|
|
| • "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48 |
|
|
|
| • “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42 |
|
|
|
| • Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35 |
|
|
|
| • Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30 |
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20 |
|
|
|
| • Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08 |
|
|
|
| • Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06 |
|
|
|
| • Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00 |
|
|
|
| • Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56 |
|
|
|
| • “Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54 |
|
|
|
| • Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52 |
|
|
|
| • Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28 |
|
|
|
| • Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21 |
|
|
|
| • Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11 |
|
|
|
| • Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08 |
|
|
|
| • Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06 |
|
|
|
| • “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03 |
|
|
|
| • “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00 |
|
|
|
| • İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
| • Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48 |
|
|
|
| • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33 |
|
|
|
| • Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29 |
|
|
|
| • AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23 |
|
|
|
| • Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22 |
|
|
|
| • Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
| • Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14 |
|
|
|
| • “Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09 |
|
|
|
| • AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06 |
|
|
|
| • Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03 |
|
|
|
| • “Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58 |
|
|
|
| • Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55 |
|
|
|
| • TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48 |
|
|
|
| • Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35 |
|
|
|
| • “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31 |
|
|
|
| • Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30 |
|
|
|
| • Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27 |
|
|
|
|