Rusiyanın antiAzərbaycan gedişləri... .....                     Abunəçilər AZERCELL-ə qarşı səfərbər olur .....                     Dollarla bağlı rezonans doğuran tələb .....                     Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİR .....                     Əbu-Dabi anlaşmasının ilginc detalları .....                     Tramp səbrini itirib, Putin isə qorxmur... .....                     “Rüşvət vermədim, obyektimi sökdülər!” .....                     Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib .....                     Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz .....                     Quru sərhədlər haqda müzakirələr başladı .....                     "Perfect Smile Dental Klinika"ya cərimə kəsilib .....                     İşçinin maaşını verməyən deputat görün, nə etdi... .....                     "Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" .....                     Əmircan qəsəbəsi susuz səhraya dönüb .....                     Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR .....                     Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? .....                     “Zəngəzur düyünü”nü kim açacaq? .....                     Trampın vədləri: daha iki ay fasiləsiz müharibə .....                     "Paşinyan tamamilə düzgün mövqe seçib" .....                     “Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” .....                     "Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır" .....                     Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                 

"...Elə film çəkməliyik ki, dünya səviyyəsinə çıxmalıdır"
Tarix: 12-01-2021, 15:32 | Çap et
"...Elə film çəkməliyik ki, dünya səviyyəsinə çıxmalıdır"
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Qarabağ Azərbaycandır!” devizi ilə senari müsabiqəsi elan edib. İttifaqın məlumatında bildirilir ki, müsabiqənin məqsədi təqdim olunan senarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına hərtərəfli dəstək göstərən sadə, fədakar Azərbaycan vətəndaşlarının fəaliyyətini bütün parametrləri, əlvanlığı və obyektivliyi ilə əks etdirməkdir.

Müsabiqənin şərtlərini sadalamayacağıq. Çünki məqsədimiz müsabiqənin necə, hansı şərtlər altında keçiriləcəyinə aydınlıq gətirmək deyil. Əsas məsələ müqəddəs Vətən savaşımız barədə filmlərin çəkilməsi üçün düymənin basılmasıdır. Təbii, düymə basılıbsa. Bilmək istədiyimiz də elə budur; filmlərin ərsəyə gəlməsi üçün tələb olunan nədir? Müsabiqə elan olunmasını başlanğıc hesab etmək olarmı?

Əməkdar incəsənət xadimi, kinorejissor və kinoprodüser Hüseyn Mehdiyev məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşdü:

- Vətən müharibəsindəki qələbəmiz bütün dünyada Azərbaycanın imicini daha da yüksəltdi. Azərbaycana artıq potensial gücə malik bir ölkə kimi baxırlar. Ərazilərimizin işğaldan azad edilməsi, insanlarımızın doğma yurdlarına qayıdışı məsuliyyətimizi daha da artırır. İndi biz həm də intellektimizin, bacarıqlarımızın dünyaya tanıdılmasına çalışmalıyıq. Əldə etdiyimiz imkanlar daha geniş realizə olunmalıdır. Kinematoqrafiya sənət, tarix baxımından böyük imkanlar açan sahədir.

Niyə bundan istifadə etməyək? İstifadə edəcəyiksə də, ən yüksək səviyyədə istifadə etməliyik. Tutalım, bir film çəkildi, əgər o film xaricə - dünyaya çıxmayacaqsa, dövlətin siyasətini, haqq işimizi, xalqın sözünü çatdırmayacaqsa, bunun heç bir xeyri yoxdur. Məncə, dövlət səviyyəsində kinematoqrafiyada təcili struktur dəyişikliyi aparılmalıdır.

Konsepsiya qəbul edilib. Çox yaxşı. Amma təcili təşkilat yaratmaq lazımdır. Azərbaycan kinosunun səviyyəsi dünya səviyyəsinə qaldırılmalıdır. Bu işi uzatmaq olmaz. İnamsızlıq yaranacaq ki, heç nə dəyişmədi, yenilik olmadı, köhnə vəziyyət davam edir. Müştərək işlər görülməlidir. Bunlar hamısı peşəkarların işidir. Yoxsa bu müsabiqələr və sairə, əhəmiyyətsiz olacaq.

- Müştərək iş deyəndə, nəyi nəzərdə tutursunuz? Dünyada tanınan istehsalçılarla, aktyorlarla birgə işləmək?

- O da var. Amma ümumiyyətlə peşəkarlarla işləmək lazımdır. Bu işlə xüsusi təşkilat məşğul olmalıdır. Məsələlər peşəkar səviyyədə həll olunmalıdır. Kinematoqrafiyanın statusu qalxmalı, kinomuzun imici yüksəlməlidir. Yanlış anlaşılmasın, kinomuzun imici var, yüksəkdir. Söhbət ondan gedir ki, daha da yüksəlsin. Kinomuz xaricə çıxa bilsin. Ona münasibət dəyişsin.

- Konsepsiyadan danışdınız. Deyəsən, Prezidentin belə bir sərəncamı olmuşdu, “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın hazırlanmasına dair...

- Azərbaycan Respublikası Prezidentinin 1 mart 2019-cu il tarixli “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” yaradılması sərəncamı ilə bağlı Kinorejissorlar Gildiyası 29 may 2019-cu ildə Prezidentə yolladığı “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın layihəsini və onun qısa tezislərini sosial şəbəkələrdə ictimayyətin diqqətinə çatdırdıq. Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsi tərəfindən konsepsiya hazırlandı, biz də onun hazırlanmasında iştirak etdik, müzakirələrə də qatıldıq. Nəhayət qəbul olundu. Ancaq icraçılar düzgün işləmədi.

- Hüseyn müəllim, “Qarabağ Azərbaycandır” senari müsabiqəsinin keçiriləcəyi anonsu ki, verilib, necə düşünürsünüz, Vətən müharibəsi günlərində sosial şəbəkələrdə paylaşılan videolar, eləsi vardı əsgər tərəfindən çəkilmişdi, həvəskar çəkilişlər vardı, bunlar Qarabağ haqqındakı filmlərə mövzu ola bilərmi? Yəni onlardan istifadə edilə bilərmi?

- Əlbəttə. Siz elə bilirsiniz, o videolara ancaq sizlər baxmısınız? Hamı, bütün xalq – aktyorlar, rejissorlar, sənətçilər, hamı o videolara baxırdı. O videolar, çəkilişlər kino yaradıcılığı prosesində bir element olacaq. Gələcəkdə yaradılacaq əsərlərə, fərq etməz kinodur, dramdır, romandır... ruh verəcək bütün əsərlərə. Onların hamısı gələcək əsərləri ruhlandıran videolardır. Bəlkə birbaşa yox, amma o cizgilər, elementlər mütləq əsərlərdə əksini tapacaq. Əsərlərin leytmotivini təşkil edəcək.

- Hüseyn müəllim, Qarabağ müharibəsi ilə bağlı adətən narazılıq edilirdi ki, yaxşı film yoxdur, əsərlər yaranmır, hərçənd xeyli müharibə filmimiz var. Adlarını bu tələsikdə çəkə bilməyəcəm. Siz məndən də yaxşı bilirsiniz. Eyni zamanda sətənçilər də bəzən belə izah verirdilər ki, müharibə, yaxud hansısa tarixi hadisə barədə yaxşı filmin ərsəyə gəlməsi üçün bir müddət, zaman keçməlidir. Məsələn, nə qədər zaman? Tutalım, İkinci Dünya savaşından bəhs edən məşhur sovet filmi var... (adını yadıma sala bilmədim, baş rolda Sergey Bondarçuk olduğunu dedim, Hüseyn Mehdiyev anında reaksiya verdi)

- Həə, “İnsanın taleyi”ni deyirsiz. Balaca oğlan uşağını övladlığa götürür, Sokolov...

- Deyirlər, filmdə balaca oğlanın “ata, atacan, bu sənsən?! Sən qayıtdın!..” (təxminən belə) çığırtısına bütün ölkə hönkür-hönkür ağlayırmış...

- Bəli, təsirli filmdir...

- Elə filmlərin ərsəyə gəlməsi üçün yəni, nə qədər zaman keçməlidi? Ümumiyyətlə zaman keçməlidimi?

- Bu məsələdə bir neçə məqam var. Bir var sənətkarlıq baxımından yanaşma, bir də var, təbliğat vasitəsi, ideoloji tərəfdən yanaşma. Elə əsərlər var, orada ideoloji təsir əsas götürülür və kütləvi təsirə hesablanır. Amma elə sənət əsərləri olur ki, orada sənətkarlıq meyarları əsas götürülür, peşəkarlığa üstünlük verilir. Bunlar bir-birinə mane olan məsələlər deyil.

Zamanı gözləmədən və vaxt itirmədən bu gün etibarilə müharibə filmləri çəkilə bilər. Və onunla dünyaya çıxmaq, ölkə içində təbliğatı təşkil etmək mümkün olar. Elə işlər var ki, zamanə gözləməməlisən. Bu gün etməlisən. Amma bunun üçün böyük vəsait lazımdır. Kinematoqrafiya sənətin çox ağır, çox böyük vəsait, böyük sənaye səviyyəsində olan istiqamətidir. Onun yaranmasında böyük kollektiv iştirak etməlidir.

Ən azı 50-60 nəfər. Bu 50-60 nəfərin hərəsinin öz işi var. Biri o birini əvəz edə bilməz. Etməməlidir. Amma bizdə vaxtilə kinematoqrafiyanı əfsuslar olsun ki, çox ucuzlaşdırdılar.

O qədər “ekonom” etdilər ki vəsaitə, 20 nəfərin işini bir nəfər icra etməyə başladı. Nəticədə kinomuzun səviyyəsi endi. Ucuzlaşdı. Dünya kinematoqrafiyasında ciddi ölçülər var. Kinonun təkcə bədii, intellektual səviyyəsinə baxmırlar. Həm də texniki səviyyəsinə baxırlar.

Film necə çəkilib, hansı vəsaitə başa gəlib. Nələrdən istifadə olunub və sair. Yəni hər şeyə diqqət edirlər. Əgər biz də kinomuzun dünya səviyyəsinə çıxmasını, tanınmasını və qəbul olunmasını istəyiriksə, bu parametrlərə cavab verən filmlər istehsal etməliyik. O zaman məqsədimizə çatarıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın antiAzərbaycan gedişləri... DAVAM EDİR...
Bu gün, 08:53
Abunəçilər AZERCELL-ə qarşı səfərbər olur - ÇAĞIRIŞ
Bu gün, 08:50
Dollarla bağlı rezonans doğuran tələb – Dəyişikliklər ola bilər
Bu gün, 08:37
Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİR - Rövşən Nəcəfə MÜRACİƏT OLUNDU
Bu gün, 08:29
Əbu-Dabi anlaşmasının ilginc detalları - Paşinyan “kart”ları açır
Bu gün, 08:18
Tramp səbrini itirib, Putin isə qorxmur... - “Skay Nyus”
Bu gün, 07:05
“Rüşvət vermədim, obyektimi sökdülər!” – Qazidən Füzuli İcra Hakimiyyətinə sensasion ittiham
Bu gün, 06:47
Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib - MÜRACİƏT
Bu gün, 06:43
Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz - İNCƏLƏMƏ
Bu gün, 06:36
Quru sərhədlər haqda müzakirələr başladı – Gözlənilən qərar verilir?
Bu gün, 06:34
"Perfect Smile Dental Klinika"ya cərimə kəsilib
Bu gün, 05:24
İşçinin maaşını verməyən deputat görün, nə etdi... - QALMAQAL
Bu gün, 05:13
"Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" - AXI NİYƏ?..
Bu gün, 05:05
Əmircan qəsəbəsi susuz səhraya dönüb - sakinlər HARAY ÇƏKİR
Bu gün, 05:01
Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR - həyat yoldaşı ilə əlbir olaraq...
Bu gün, 04:56
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
Bu gün, 04:43
“Zəngəzur düyünü”nü kim açacaq? - AKTUAL
Bu gün, 04:41
Trampın vədləri: daha iki ay fasiləsiz müharibə - GƏLİŞMƏ
Bu gün, 04:39
"Paşinyan tamamilə düzgün mövqe seçib" - partiya sədri
Bu gün, 04:31
“Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 04:26
"Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır"
Bu gün, 04:23
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Dünən, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Dünən, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Dünən, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Dünən, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Dünən, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Dünən, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Dünən, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Dünən, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Dünən, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Dünən, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Dünən, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Dünən, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Dünən, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Dünən, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Dünən, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Dünən, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Dünən, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Dünən, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Dünən, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Dünən, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Dünən, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Dünən, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Dünən, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Dünən, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Dünən, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Dünən, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru