"Məni bağışlayın ki, oxuya bilirəm"
Tarix: 15-12-2020, 15:20 |
Çap et
Əməkdar artist Firuzə İbadova uzun fasilədən sonra efirə çıxıb.
Yenisabah.az xəbər verir ki, "Elgizlə izlə" proqramına gələn müğənni gündəmdən uzaq olmasının səbəbini açıqlayıb:
"Hadisələr məni çox üzür. İkinci Qarabağ müharibəsində nə qədər gənclərimiz şəhid oldu. İçlərində bir xanımımız da var idi. Məni bağışlayın ki, oxuya bilirəm. Oxuduğum üçün utanıram. Amma oxumalıyam ki, gənclər maariflənsin".