"Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik" .....                     Rusiya üçün sonun başlanğıcı: .....                     Bu gün paytaxtın 544 küçəsi yuyuldu .....                     Netanyahunun ən böyük kabusu Türkiyədir .....                     Maya Sandu iş adamı Vasili Tofanı baş nazir postuna namizəd göstərdi .....                     ''Arzum”un anası Bakıya gəldi .....                     Günay Novruzqızına yeni vəzifə verildi .....                     İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi .....                     Ən yüksək pillədə “Qarabağ”dır .....                     "Air Force One" qalmaqalı böyüyür: .....                     "Baykar"la əməkdaşlıq nələri dəyişəcək? .....                     Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya .....                     "80 yaşımda gedib kimin qapısını döyüm?" .....                     SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur .....                     Şağan sakinləri qanunsuzluğa etiraz edir .....                     "Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram" .....                     Bakı İsrailin qərarını necə dəyişdi? .....                     Bu evlərdə doğulanlar nənə-baba olublar: Amma hələ sənəd ala bilmirlər .....                     Sinqapur möcüzəsi illüziyası: qrafika elmə necə qalib gəldi? .....                     "Bilmirik nə məsələdir... hara, kimə şikayət edək?" .....                     İcra başçısı Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERDİ .....                     Siranuşun erkən sevinci .....                     Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu .....                     Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? .....                     “Bu gülünc qadağanı kim aradan qaldıracaq?” .....                     ABŞ səfirliyi Uitkoff və Kuşnerin Moskva səfəri ilə bağlı məlumat verməyib .....                     Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ .....                     Qarabağda ETİRAZ: "N-DO", "El-Ta" və "Gold MMC" fəhlələrin pulunu vermir! .....                     Salyandakı müəmmalı TƏQDİMAT... .....                     Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı .....                     "Bahar Point" MMC fəaliyyətini dayandırdı: .....                     “Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... .....                     S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir .....                     Tehrandan Bakı və Ankaraya xəbərdarlıq .....                     "Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”?" .....                     "İnsan bəzən özünə belə tam zəmanət verə bilmir" .....                     Tramp Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqinə razılıq verdi .....                     Elə görünürdü ki, başqalarının yalnız arzulaya biləcəyi hər şeyə sahibdir... .....                     "Budur sahibkara DÖVLƏT DƏSTƏYİ?" .....                     Sülh masasında ANKLAV söhbəti... .....                 

Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Tarix: 5-05-2026, 10:24 | Çap et

Azərbaycanda istənilən cinayət işinin məhkəmə istintaqı bir neçə ay ərzində yekunlaşır və hakim tərəfindən hökm oxunur. Hətta ən ağır cinayət hadisəsinin məhkəməsi də uzun çəkmir. Misal üçün Bakı Hərbi Məhkəməsində mühakimə olunan erməniəsilli canilərin prosesi 1 ildən artıq davam etdi və hökm oxundu. Yəni uzun illər Qarabağda cinayətkarlıqla məşğul olanların məhkəməsi də yekunlaşdı. Amma bir dələduzluq işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 4 ildir ki, bitmək bilmir və proses hələ də getməkdədir. Anaxeber.info.az bildirir ki, söhbət "Sahil - S İnşaat" MTK rəhbəri Taley Alaverdiyevin məhkəmə işindən gedir. Vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmış Taley Alaverdiyevə 4 ildir ki, hökm oxunmur. Onun işi hakim Elnur Nuriyevin icraatındadır.

Zərər çəkənləri bezdirməkdən ibarət olan bu proses acı bağırsaq kimi uzanır. Sanki bir dələduzluq işi yox, böyük terror təşkilatı üzvlərinin, yaxud üstü açılmayan bir sirli qətlin məhkəmə istintaqıdır. Axı hakim Elnur Nuriyev bu illər ərzində necə ola bilər ki, Taley Alaverdiyevin dayaz bir dələduz olduğu qənaətinə gəlməsin?! Ortada istintaq materialları, sübutlar, zərər çəkənlər var. Amma hər dəfə bir bəhanə ilə məhkəmə işi təxirə salınır. Məsələn, son üç məhkəmə iclasının təxirə düşməsini gah dövlət ittihamçısının gəlməməsi, gah təqsirləndirilən şəxsin gətirilməməsi ilə əlaqələndirib. Və belə-belə vaxtı uzadıb, hökm oxumayıb. Nəticədə sakinlər əziyyət çəkir və uzanan bu işin davam etməsindən bezirlər. İndi isə hakim Elnur Nuriyevin icraatında olan bu işdə Taley Alaverdiyevin azadlığa buraxılması üçün yeni proses başladılıb. Belə ki, zərər çəkən şəxslərlə danışıqlar aparılır. Onlarla ayrı-ayrılıqda keçirilən görüşlərdə zərər çəkənləri inandırmağa çalışırlar ki şikayəti geri götürsələr, bu zaman Taley Alaverdiyev azadlığa buraxılacaq və o da dəymiş ziyanı ödəyəcək. Yəni faktiki olaraq, aldadılmış və zərər çəkmiş şəxslərin "başının altına yastıq qoyulur" və hakim bir dələduzun azadlığa çıxmasına hazırlaşır. Halbuki bu təbliğat və zərər çəkənlərlə görüşdə onlara edilən təkliflər aldadıcıdır. Əgər onlar şikayətini geri götürsə, Taley Alaverdiyev azadlığa buraxılandan sonra dəymiş ziyanı ödəməyəcək. Çünki bu illər ərzində ona və şəriki Pənah Kərimova çox fürsət verilib. Həm dələduzluğun üstü açılanda sakinlər möhlət tanıyıb, həm istintaq dövründə prokurorluq 7-8 ay şərait yaradıb ki, dəymiş zərəri ödəsinlər, həbs olunmasınlar. Amma heç vaxt bu ziyan kompensasiya olunmayıb. Ona görə də Taley Alaverdiyev azadlıqda olanda bir qəpik belə ödəniş etməyəcək. Bəs maraqlıdır, hakim Elnur Nuriyev cinayəti sübuta yetirilmiş dələduza niyə hökm oxumur və azadlığa çıxması üçün dəridən-qabıqdan çıxır? Hakimin məqsədi nədir ki, zərər çəkən sakinlərlə danışıqlar aparılır, onlara şikayətini geri götürmək təklif olunur? Axı kim zəmanət verə bilər ki, Taley Alaverdiyev azadlıqda olduğu dövrdə dəymiş zərəri ödəyəcək? Onun dələduz şəriki Pənah Kərimovun ev dustaqlığına buraxılması azmış kimi, indi də MTK sədri üçün bu hazırlıq gedir. Hakimin isə bu işlə bağlı tutduğu mövqe heç cür anlaşılan deyil. Halbuki ona hökm oxumaqla məsələni yekunlaşdıra bilər. Nəticədə sakinlərin 4 ildir davam edən əzab-əziyyəti qurtara, binanın bir sıra sənəd problemlərinin həlli üçün hüquqi prosedurlar başlana bilər. Ancaq bir dələduzu ev dustaqlığına buraxan, birinə isə neçə ildir hökm oxumayıb indi də onun azad olunması üçün zərər çəkənləri yola gətirməyə çalışan məhkəmə tərəfi - hakim Nuriyevin qərarları, davranışları vətəndaşlarda narazılıq doğurur. 165 ailə dörd ildir ki, bir məhkəmə hökmünə görə süründürülür. Axı nəyə görə? Hansı maraqlar var bu işdə? Alaverdiyev dəymiş zərəri ödəyən olsaydı, bunu çoxdan edərdi. Deməli, yenə zərər çəkənləri tələyə salmağa çalışırlar. Ona görə də 165 ailə I vitse-prezident Mehriban Əliyevadan, Ali Məhkəmə sədri İnam Kərimovdan, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrindən və işə baxan hakim Elnur Nuriyevdən prosesi tezliklə başa çatdırmağı, təqsirləndirilən şəxsə cəza verilməsi şərti ilə hökm oxunmasını xahiş edir. Sakinlər qeyd edirlər ki, bu illər ərzində dövlətin dəstəyi, Mehriban xanımın diqqəti, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin xüsusi nəzarəti və köməyi nəticəsində binanın xeyli məsələləri həllini tapıb. Ancaq indi hakim Elnur Nuriyevin nə etmək istədiyi qəbul edilən hal deyil. Onlar Alaverdiyevə cəza verilməsini, məhkəmənin yekunlaşmasını istəyirlər ki, yerdə qalan ağır problemləri də dövlətin köməyi ilə həll edə bilsinlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik"
Bu gün, 17:50
Rusiya üçün sonun başlanğıcı: - Ukrayna Kremlin "savaş iqtisadiyyatı"nı dağıdır
Bu gün, 17:45
Bu gün paytaxtın 544 küçəsi yuyuldu - FOTO
Bu gün, 17:29
Netanyahunun ən böyük kabusu Türkiyədir - ŞƏRH
Bu gün, 13:21
Maya Sandu iş adamı Vasili Tofanı baş nazir postuna namizəd göstərdi
Bu gün, 13:17
''Arzum”un anası Bakıya gəldi - Mərhumun ailəsindən CAVAB
Bu gün, 13:01
Günay Novruzqızına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:56
İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi - KİV
Bu gün, 12:53
Ən yüksək pillədə “Qarabağ”dır - SİYAHI
Bu gün, 12:51
"Air Force One" qalmaqalı böyüyür: - Qətərin hədiyyə etdiyi təyyarə ABŞ-ı qarışdırdı
Bu gün, 12:43
"Baykar"la əməkdaşlıq nələri dəyişəcək? - Hərbi ekspertdən mühüm açıqlamalar
Bu gün, 12:33
Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya TƏLƏB EDİR
Bu gün, 12:14
"80 yaşımda gedib kimin qapısını döyüm?" -"Yol əhvalatı"-nın Fəridi
Bu gün, 11:49
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur - TƏFƏRRÜAT
Bu gün, 11:46
Şağan sakinləri qanunsuzluğa etiraz edir - Problem həllini tapmır, Leyla Əliyevaya müraciət edildi...
Bu gün, 11:37
"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"
Bu gün, 11:30
Bakı İsrailin qərarını necə dəyişdi? – Türkiyə Hersoqa icazə verməmişdi, sonra…
Bu gün, 11:22
Bu evlərdə doğulanlar nənə-baba olublar: Amma hələ sənəd ala bilmirlər - FAKT BUDUR...
Bu gün, 11:20
Sinqapur möcüzəsi illüziyası: qrafika elmə necə qalib gəldi? - ARAŞDIRMA
Bu gün, 11:16
"Bilmirik nə məsələdir... hara, kimə şikayət edək?" - NARAZILIQ VAR...
Bu gün, 11:02
İcra başçısı Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERDİ - ƏMR
Bu gün, 10:48
Siranuşun erkən sevinci - Strasburq"Vardanyan işi"ni qəbul edəcəkmi?
Bu gün, 10:43
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - TƏFƏRRÜAT
Bu gün, 10:41
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar
Bu gün, 10:28
“Bu gülünc qadağanı kim aradan qaldıracaq?” – Sabir Rüstəmxanlı
Bu gün, 10:19
ABŞ səfirliyi Uitkoff və Kuşnerin Moskva səfəri ilə bağlı məlumat verməyib - KİV
Bu gün, 09:25
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Bu gün, 09:19
Qarabağda ETİRAZ: "N-DO", "El-Ta" və "Gold MMC" fəhlələrin pulunu vermir! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:39
Salyandakı müəmmalı TƏQDİMAT... - SƏN DEMƏ...
Bu gün, 08:26
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı - KİV
Bu gün, 08:01
"Bahar Point" MMC fəaliyyətini dayandırdı: - Dövlətə vergi borcu qaldı
Bu gün, 07:58
“Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... - YANA BİLƏRLƏR...
Bu gün, 07:57
S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir - Fidan
Bu gün, 07:51
Tehrandan Bakı və Ankaraya xəbərdarlıq - Xameneinin dəfnində prezidentləri niyə gözləyiblər?
Bu gün, 07:48
"Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”?" - FAKT BUDUR!
Bu gün, 07:38
"İnsan bəzən özünə belə tam zəmanət verə bilmir" - REPLİKA
Bu gün, 07:32
Tramp Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqinə razılıq verdi - BUNDAN SONRA...
Bu gün, 07:16
Elə görünürdü ki, başqalarının yalnız arzulaya biləcəyi hər şeyə sahibdir... - ANI
Bu gün, 07:08
"Budur sahibkara DÖVLƏT DƏSTƏYİ?" - ETİRAZ
Bu gün, 07:00
Sülh masasında ANKLAV söhbəti... - NƏ ETMƏLİ?
Bu gün, 06:54
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi NİYƏ İŞLƏMİR? - Və ümumiyyətlə, İŞLƏYİRMİ?
Bu gün, 06:48
Zəfər Qurbanovun SAĞ ƏLİ... - İLGİNC İDDİALAR
Bu gün, 06:40
Fransa yığması Afrika komandasıdır - BU yaxşıdır?
Bu gün, 06:24
Nə qədər çox imtina etmisənsə... - o qədər çox insansan!
Bu gün, 06:16
"Bizi qul kimi işlətmək istəyirlər" - Naxçıvanda ÖZBAŞINALIQ
Bu gün, 06:08
BU... Azərbaycan futbolunun uğurudur! - Ona inanırlar...
Bu gün, 05:57
Deputatın fikrinə sözardı: - Yerli məhsulları marketə kim buraxmır?
Dünən, 18:05
"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib
Dünən, 17:53
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Dünən, 17:51
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru