"Amma heyif ki, karantin imkan vermir"
Tarix: 11-12-2020, 09:11 | Çap et
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Fərhad müəllim, dünən ölkəmizdə Qələbə paradı baş tutdu. Təəssüratlarınız necədir?
- Biz Qələbə paradını 200 ildən çoxdur ki, gözləyirdik. Bu illər ərzində torpaqlarımızı itirə-itirə gedirdik. Tarix boyu uduzurduq, birinci dəfədir ki, qalib gəlirdik, özü də bütün dünyaya nümunə kimi... Hərbi əməliyyatımız və Şuşa əməliyyatı hərbi tarixində unikal bir qələbə kimi qeyd ediləcək. Əlbəttə, hər bir azərbaycanlı üçün böyük bir qələbə ruhu, tarixi qələbəmizi yaşayırıq. Ona görə də səbrsizliklə Zəfər paradımızı gözləyirdim. Türkiyənin böyük rolunu mütləq qeyd etmək lazımdır, çünki rəhmətlik atam mənə deyirdi ki, 1918-ci ildə Nuru Paşa Bakıya gəlməsəydi, burada bir azərbaycanlı qalmazdı. Çünki ermənilərdə, silah və bir çox hərbi texnikalar var idi, bizim isə yox idi.
Amma bu gün bizim bütün hərb sahəsində bütün texnikamız var, iradəliyik, möhkəmik və ona görə də qələbə bizimlə oldu. Gələn ay Şuşaya getmək istəyirdim. Amma heyif ki, karantin imkan vermir. Çünki qarlı Şuşa tamam başqa hissdir, elə gözəlliyi heç yerdə görməmişəm. Atamla sonuncu dəfə 1981-ci ildə Şuşada olmuşuq. Bu günə qədər o günləri ən xoşbəxt anlarım hesab edirəm.
- Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı ilə iştirak etdi. Türkiyə əsgərləri də bizimlə zəfər bayramımızı qeyd etdilər. Bu haqda nə deyə bilərsiniz?
- İndi Qərb ölkələri Türkiyə və Azərbaycana qarşı böyük kampaniya aparırlar. Biz çox möhkəm və həmişə bir yerdə olmalıyıq. Bəzi qüvvələr var ki, bizimlə Türkiyə arasında çaşqınlıq yaratmaq istəyirlər, amma bu, mümkün deyil. Çünki bizim dostluğumuz tarixə söykənir. Biz etibarlı dost və qardaş ölkəyik. Türkiyə Prezidenti ölkəmizə gəldi, Qələbə paradımızda iştirak elədi. Rusiyanın dırnaqarası, ermənipərəst jurnalistləri başlayacaqlar ki, gördünüz, Türkiyə qalib gəldi. Onlara əhəmiyyət verməmək lazımdır. Əsas odur ki, biz qalib gəldik. Şuşa və işğalda olan bütün torpaqlarımız bizimdir. Hazırda informasiya müharibəsi başlayır. Bu dönəmdə mətbuat nümayəndələrinin üzərinə də çox böyük məsuliyyət düşür. Bununla yanaşı sosial şəbəkədən istifadə edən hər bir azərbaycanlının da üzərinə böyük məsuliyyət düşür və hər bir gənc əsgər olmalıdır. Faktiki olaraq sosial şəbəkələrdə informasiya müharibəsi başlayacaq. Hər bir provokasiya və böhtana cavab verilməliyik, əsas məsələ budur. Türkiyə əsgərlərinin də Qələbə paradında iştirakı bizə ayrı xoş hisslər yaşatdı.
- Qələbə paradında repertura Türkiyənin iki marşı "Sələbiyyə", "Məddah" da əlavə edildi...
- Türkiyənin hərbi musiqisinin böyük tarixi var. Sevinirəm ki, Türkiyənin iki marşı repertuara əlavə edilib və paradda səslənib.
- Vətən müharibəmizdə 2783 şəhidimiz canını fəda etdi...
- Özümü hərdən qınayıram, bəzi gənclərə baxanda deyirdim ki, bu cavanlar neylədilər, ancaq çayxanada otururlar. İndi onlardan üzr istəyirəm. Cavanlarımız göstərdi ki, onlar hər biri aslandırlar. Və böyük şücaətlə vuruşdular. Şəhidlərimizin şəkillərinə baxıram, hər biri Hollivud ulduzuna oxşayırlar. Adam kədərlənir ki, belə uşaqlarımızı itirdik. Amma müharibə şəhidsiz olmur. Şəhid verməliyik ki, torpaq qayıtsın. Bu qanundur və bütün şəhid ailələrinə dərin hüznlə baş sağlığı verirəm. Onların qarşısında diz çökürəm. Allah onlara rəhmət eləsin, hər biri igidliklə vuruşdular. Onların ailəsinə xüsusi qayğı ilə yanaşmaq lazımdır.
Yaxşı ki, "YAŞAT" Fondu yaradılıb. Himayəçəlik Şurasının tərkibində dostum Çingiz Abdullav də yer alıb. Mən bilirəm ki, o, təmiz adamdır və heç vaxt imkan verməyəcək ki, pullar ayrı istiqamətə getsin. Pul qəpiyinə qədər öz ünvanını tapacaq. Mən onlara səbr arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, onlarla fəxr edirəm. Qələbədən sonra bir-birimizə daha diqqətli olmalıyıq. Necə ki, bu, Türkiyədə belədir. Bir-birimizə daha mülayim və diqqətli olmalıyıq. Şəhidlərimizin ailələrini görürük, sadə bir evdə yaşayıblar, nə böyük bir villada həyat keçiriblər, nə də bahalı avtomobilləri olub. Bizə qələbəni onlar bəxş etdilər. Gəlin o adamlara diqqətli olaq. Mənim arzum budur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müxalifətin Avropa məğlubiyyəti: Xilas yolu LGBT bayrağında deyil! - GƏLİŞMƏ
Bu gün, 13:22 |
|
|
|
• Sülh, yoxsa müharibə? - Bakının son seçimi belədir
Bu gün, 13:05 |
|
|
|
• Mən siyasətə ədəbiyyatdan yox, elə siyasətdən gəlmişəm - Şair, deputat Elçin Mirzəbəyli
Bu gün, 13:03 |
|
|
|
• “Atlant” istirahət mərkəzini hərracda satıb pulunu 171 zərərçəkənə ödəyə bilərlər - SENSASİYA
Bu gün, 12:59 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması... BUNDAN ASILIDIR...
Bu gün, 12:49 |
|
|
|
• Fransa erməniləri müharibəyə sürükləyir - FAKT BUDUR!
Bu gün, 12:47 |
|
|
|
• "AzərMaş" sədrini ölümlə hədələyən qardaşının itlərinə baxan şəxs imiş - Hökm oxundu
Bu gün, 12:44 |
|
|
|
• Asfaltına haram qatılan YOLLARIMIZ... - MALƏSƏF...
Bu gün, 12:42 |
|
|
|
• Tiflisdən gözlənilməz mesaj: - “Ciddi səhvə yol verdik, bütün Cənubi Qafqaz...”
Bu gün, 12:29 |
|
|
|
• Hansı şərtdən danışılır? - Mirzoyan gəlirsə, gəlsin, gəlmirsə...
Bu gün, 12:27 |
|
|
|
• ABB “Gəncə Mall”dakı bu stend üçün 80 min manat ödəyəcək - FOTO
Bu gün, 12:25 |
|
|
|
• Duman olacağı gözlənilir... - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
• Qalmaqallı polkovniklə bağlı son qərar verildi - 1 il 1 ayı qalıb
Bu gün, 12:17 |
|
|
|
• Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay həbs!
Bu gün, 12:12 |
|
|
|
• Eyyub Hüseynovdan küçədə heyvan kəsimi ilə bağlı AQTA-ya ittiham: - "Bəzilərini leqallaşdırıblar..."
Bu gün, 12:10 |
|
|
|
• Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü - FOTO
Bu gün, 12:06 |
|
|
|
• “QƏZADA ÖLƏN HƏRBÇİYƏ ŞƏHİD STATUSU VERDİ” - General-polkovnik Kərəm Mustafayevlə bağlı ŞOK İDDİA
Bu gün, 12:02 |
|
|
|
• DİL MÜƏLLİMİ TAPILMAYAN DİLLƏR UNİVERSİTETİ - Bu universitetdə bəzi fənnlərin adı var, özü yoxdur
Bu gün, 11:55 |
|
|
|
• Deputatın qardaşı oğluna məxsus şirkətin vergi borcu yarım milyon manata yaxınlaşır
Bu gün, 11:51 |
|
|
|
• "Türkiyə mediasını Ermənistana dəvət edəcəyik" - Paşinyanın ofisi
Bu gün, 11:47 |
|
|
|
• SOCAR-ın törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 11:39 |
|
|
|
• “Neyron” Tibb Mərkəzi vətəndaşların hüquqlarını pozdu - Nazirlikdən yüksək məbləğdə CƏRİMƏ
Bu gün, 11:36 |
|
|
|
• Brilliant fit bədəni ilə MEYDAN OXUDU: “Göz qamaşdırırsınız” - FOTO
Bu gün, 11:32 |
|
|
|
• Daha bir qrup vəzifəli şəxsə cinayət işi açıldı - Həbs edilənlər var
Bu gün, 11:29 |
|
|
|
• "Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq" - ÇAĞIRIŞ
Bu gün, 11:26 |
|
|
|
• Cəlilabadın sirli NEFT QUYUSU – Araşdırmalar niyə gizli SAXLANILIB?
Bu gün, 11:19 |
|
|
|
• Naxçıvanda absurd qərarlar silsiləsindən... – Ali Məclis sədrinin bahalı avtomobili...
Bu gün, 11:14 |
|
|
|
• Naxçıvanda nazirlik “Azərmaş”dan 37,5 min manata avtomobil alır - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Nyutonun 1-ci qanununda 300 ildən sonra səhv tapılıb
Bu gün, 11:02 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
Bu gün, 10:57 |
|
|
|
• Dünyanın bölünməsində Qafqaz detalı – Silahlı toqquşma gözlənilir
Bu gün, 10:51 |
|
|
|
• "Bütün nəqliyyat marşrutlarının açılmasını təklif edirik" - Arman Yeqoyan
Bu gün, 10:48 |
|
|
|
• İrəvanda Anna ilə şam yeməyi: 53 kişi 1 milyon ödədi - “Hraparak”
Bu gün, 10:41 |
|
|
|
• Qutuya topa bülleten atdığı üçün həbs edilən azərbaycanlının baş nazirlə FOTOSU YAYILDI
Bu gün, 10:33 |
|
|
|
• Bakı Kənar Dairəvi yolunda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT
Bu gün, 10:28 |
|
|
|
• AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib
Bu gün, 10:25 |
|
|
|
• ŞOK! Zəngəzura görə İsrailə HÜCUM - Ermənistan görün nələr edir
Bu gün, 10:25 |
|
|
|
• Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:22 |
|
|
|
• "Burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır" - deputat
Bu gün, 10:20 |
|
|
|
• Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək? - AKTUAL
Bu gün, 10:16 |
|
|
|
• Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb - “Financial Times”
Bu gün, 10:12 |
|
|
|
• Çin dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlayıb
Bu gün, 10:11 |
|
|
|
• Türkiyədə bələdiyyə sədri terror ittihamı ilə saxlanılıb
Bu gün, 10:09 |
|
|
|
• Ermənistan Azərbaycanla əsir və itkinlər məsləsini müzakirə etmək istəyir - KİV
Bu gün, 10:08 |
|
|
|
• Rusiya “xəritə”sini yenilədi – Bu ərazilər də ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Vasif Talıbovu güllələyin... amma iş yerlərini bağlamayın... - ETİRAZ VAR...
Bu gün, 10:02 |
|
|
|
• AZPUL-un sahibi rəhbərliyi tam şəkildə dəyişdirib - idarəetməni bir şəxsə ötürdü
Bu gün, 09:55 |
|
|
|
• “Accessbank”ın vaxtı keçmiş kreditləri 63 mln. manata yaxınlaşıb - HESABAT
Bu gün, 09:49 |
|
|
|
• Fırtına yaxınalaşır: üç yeni dövlət yaradılacaq - Qardaş ölkə təhlükədə
Bu gün, 09:47 |
|
|
|
|