DİA.AZ: - Xarici müğənnilərinin Azərbaycan bəstəkarlarının mahnılarına olan diqqətləri davam edir. Bu dəfə daha bir gənc Almaniyada yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanovun mahnısı tacik müğənnisi Tahmina Niyazova tərəfindən ifa edilib.
DİA.AZ xəbər verir ki, sözləri və musiqisi gənc azərbaycanlı müğənni Seyran İsmayılxanova aid “Ognennıy vzglyad” adlanan mahnı tacik müğənnisi Tahmina Niyazova tərəfindən ifa edilərək son anda yeni albomuna daxil edilib. Mahnı müğənninin o qədər xoşuna gəlib ki, o olmadan albomunun işıq üzü görməsini istəməyib.