Yardımlı sakinləri dərdlərini KİMƏ VƏ HARA DESİNLƏR... - NARAZILIQ!
Tarix: 29-11-2021, 09:27 | Çap et
 "Bir zamanlar Yardımlının problemlərinə susmayan deputatımız vardı, allah Sabir Rüstəmxanlının canına sağlıq versin. İndi isə onun dilə gətirdiyi həqiqətlərdən rayonumuzun hazırki deputatı Musa Qasımlı narahatlıq keçirir. Demə, Musa müəllim biz seçicilərini yox, Yardımlının icra başçısı Ayaz Əsgərovu və başının dəstəsini daha üstün tutur. Beləmi olmalıdır, deyin?! Millət vəkili parlamentdə oturub bizi müdafiə etmək əvəzinə, haqqın deyil, “Yardımlını məhv edən rüşvətxor məmurları”n əməllərinin yanındadır..."
Bu fikirlərlə saytımıza açıq müraciət yazan Yardımlı sakinlərinin bildirdiyinə görə, Musa Qasımlı dəfələrlə Milli Məclisin tribunasından rayonu məhv edən icra başçısını və müavinlərini tərif edib. Yardımlı sakinləri hesab edir ki, deputatları ya rayonda baş alıb gedən özbaşınalıqların həcmini bilmir, ya da icra strukturu ilə birgə xoşagəlməz olaylara şərikdir.
Seçiciləri deputatı Yardımlının problemlərinə biganə qalmaqda, problemlərin həllinə göz yummaqda suçlayırlar: “Yardımlı rayonun girişindən İran sərhədinə qədər bütün yolların bərbad vəziyyətdə olması niyə sizi maraqlandırmır? Niyə bu gün sosial şəbəklərdə fəryad edən seçicilərinizin problemlərini həll etmək üçün heç bir cəhd etmirsiniz? Amma başçı haqqında mətbuatda gedən haqlı yazılara dözə bilmir və ona qahmaq çıxırsınız? Seçicilərin problemləri ilə bağlı isə susursunuz. Bu mövqeyinizi necə başa düşək? Kəndlərin və dağıdılmış şəhərimizin problemləri və ordakı sakinlərin üzləşdiyi haqsızlıqlar sizi heçmi narahat etmir?.."-deyə sakinlər narazılıqlarında bildirir.
Şikayətçi seçicilərin deputata xitabən yazdıqlarından məlum olur ki, Ayaz Əsgərov və müavini Azər Xamıyev 30 icra nümayəndəsini hər il məcbur ediblər ki, vətəndaşlara öz vəsaitləri hesabına yardım etsinlər. Eləcə də 30 kəndin icra nümayəndəsi məcbur edilir ki, öz hesablarına tütün əksinlər, xalqa iş versinlər. Tələbi yerinə yetirməyən icra nümayəndəsi işdən qovulmaqla hədələnir.
Musa Qasımlını icra başçısının müdafiəçisi olmaqda suçlayan seçiciləri rayonun ağır şərtlər altında inildədiyini qeyd edirlər. Yardımlıda bağlı qalan uşaq baxçaları və məktəblərlə maraqlanmalı olduğunu tələb ediblər. Yardımlıda yolsuzluğun, "təhsilsizliyin", "mədəniyyətsizliyin", diqqətsizliyin olmasını müraciətlərində təkrar ediblər. Rayon məmurlarının hansı yolla milyonçu olmalarının dərindən araşdırılmasını xahiş ediblər.
Sakinlərin müraciətində xüsusilə bildirilib ki, rayonda əhali arasında qocalma prosesi aparılır. İşsizlik gənclərin kütləvi şəkildə rayonu tərk etməsilə nəticələnib. Eləcə də yaşı 65-dən yuxarı olan şəxslərin, eləcə də məmurların qalıb işləmələri gəncləşmə siyasətinin də qarşısını alır.
Yardımlı İcra Hakimiyyətində də qocalma prosesinə marağın olduğu bildirilir. Vətəndaşların redaksiyamıza göndərdikləri siyahıda da deyilənlər aydınlaşır. Beləliklə, Yardımlı İHB-də Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsinin müdiri İmanov Zakir Qaraxan oqlunun da, İctimai-siyasi və Humanitar Məsələləri şöbəsinin müdirinin muavini Əsgərov Mirqiyas İmran oğlunun da, Hamarkənd Ərazi Nümayəndəsi Qasımov Vahid Cəfər oğlunun 70 yaşı var. Sonuncu məmur da məhz Musa Qasımlının özünün yaxın qohumudur.
Yardımlıdan deputata yazılan məktubun qalan hissəsində də sosial-iqtisadi problemlər qabardılır, deputatın rayon sakinləri ilə dərindən maraqlanmasının vacibliyi vurğulanır. Xatırladaq ki, Yardımlıda problemlər ərşə dirənib, bütün infrastruktur layihələri, abadlıq-quruculuq işləri Ayaz Əsgərovun idarəetməsi sayəsində fiaskoya uğrayıb. Rayonun professor deputatı isə susqundur...
Musa Qasımlının seçici çağırışına və Yardımlıdakı gərginliyə münasibətini dərc etməyə çalışacağıq! Demokratik.Az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04 |
|
|
|
| • Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02 |
|
|
|
| • NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55 |
|
|
|
| • Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49 |
|
|
|
| • Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46 |
|
|
|
| • Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11 |
|
|
|
|