Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                 

Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...
Tarix: 13-11-2019, 09:03 | Çap et
Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə  birləşdirilibmiş...
Sabiq səhiyyə naziri Əli İnsanov uzunmüddətli həbsdən azad olunandan sonrakı müxalifətçilik fəaliyyəti birmənalı qarşılanmayıb. 2005-ci ildə həbsindən sonra çoxsaylı evlərində aparılan axtarışlar zamanı üzə çıxan var-dövlət də yenidən yada düşüb. Həftəsonu yayımlanan “Mir Şahinin vaxtı” verilişində Əli İnsanovun əmlakının siyahısı açıqlanıb. Onun evində aparılan axtarışlar və əldə olunan pul, qızıl, brilyant və digər qiymətli əşyaların götürülməsi səhnəsi əks olunan videolar da nümayiş etdirilib.

Xatırladaq ki, Əli İnsanovun həbsinin ilk dövrlərində bu səhnələrin əks olunduğu videolar əksər telekanallarda nümayiş etdirilmişdi. O günlərdə Əli İnsanov məhbəsdən vəkilləri vasitəsilə var-dövləti haqda yayılan məlumatların həqiqət olmadığını açıqlamışdı.

Sabiq nazirin evində axtarış aparan qruplardan birinə rəhbərlik etmiş sabiq təhlükəsizlik zabiti adının çəkilməməsi şərti ilə “Yeni Müsavat”a son dərəcə ilginc məlumatlar açıqlayıb.

Deyib ki, nümayiş olunan videolar Əli İnsanovun bağ evlərində çəkilib: “Gecə 11-12 olardı, göstəriş verildi, Əli İnsanovun bağlarında axtarışa getdik. İlk ünvan Novxanıda, dövlət bağlarının yanındakı bağ evi oldu. Axtarış aparacaq qrupda müstəntiq və əməliyyatçılar vardı. Ayrıca bir qrupda isə xüsusi təyinatlılar bizi müşayiət edirdi. Xüsusi təyinatlıların vəzifəsi müqavimət göstərəcək şəxsləri neytrallaşdırmaq idi. Əli İnsanovun Novxanıda 2 bağı, oğlu Vidadinin isə 1 bağı vardı. Biz ora çatanda qapını açmadılar. Əlimizdə bağ evlərində axtarış aparmaq üçün məhkəmənin qərarı vardı. Lakin qapını açmadılar. Oğlu Vidadi İnsanov dəvət olundu. Onda olan açarları qapıya saldılar, lakin qapı açılmadı. Qapını iç tərəfdən bağlamışdılar. Novxanı bələdiyyəsindən və icra nümayəndəliyindən şəxslər dəvət olundu, hal şahidlərinin iştirakı ilə qapını kəsib içəri daxil olduq. Bağın ümumi ərazisi 25-30 sot olardı. Axtarış başladı. Oradan xeyli qızıl-brilyant, qiymətli əşyalar aktlaşdırılaraq götürüldü. Sonradan televiziyalarda nümayiş olunan kadrlar bizim iştirak etdiyimiz axtarış-götürməni əks etdirir. Oradan xeyli pul, qızıl-zinət əşyaları götürülüb”.

Axtarışda iştirak edən sabiq təhlükəsizlik zabiti deyir ki, Əli İnsanovun digər bağı 40 sot ərazidə yerləşib: “Həmin bağ əsasən meyvə ağaclarından ibarət idi. Orada Əli İnsanov axtarış aparılandan 6-7 il əvvəl olmuşdu. Dedilər ki, həmin bağı sırf meyvə ağacları əkmək və meyvəsindən istifadə etmək üçün alıblar. Yaxınlıqda oğlunun da bağı vardı. Axtarış aparılan 3-cü mülk Binəqədidəki qoşa ”zapravka"dan üzü “Vorovski” tərəfə gedən istiqamətdə yerləşirdi. O ərazidə ABŞ səfirliyinin əməkdaşlarının yaşadığı evlər də var. Oradakı mülkdən də brilyant, qızıl, gümüş, qiymətli əşyalar çıxdı. Gizlin saxlanılan var-dövlətlə yanaşı ortalıqda qızıl saatlar, digər qızıl bəzək əşyaları da vardı. Televiziyalarda göstərilən videolarda qızıl-zinət əşyalarının sayılması zamanı mənim əlim görünür. Yəni orada nə olubsa, müstəntiqin göstərişi ilə sayıb, aktlaşdırıb götürmüşdük. Ümumilikdə Əli İnsanovun 5 mülkündə aparılan axtarışda iştirak etmişəm. Bilgəhdə onun dənizə yaxın yerdə 2 bağı vardı. Həmin bağ evlərini bir-biri ilə yeraltı tunel birləşdirirdi. Tunelə daxil olanda avtomatik olaraq işıqlandırma işə düşürdü. Həmin bağ evlərindən birinin həyətində qutudan çıxarılmamış, təxminın 1 milyon avro qiymət qoyulan mebellər vardı. Əli İnsanovun həmin bağ evlərindən dənizə tərəf olanında “red room” adlanan xüsusi otağı da müəyyən olundu. Həmin otaq tam qırmızı rəngdə idi. Oradakı mebellər, yataq otağı, duş, stol, stullar, otaqda hər nə vardısa, qırmızı rəngdə idi. Bu otağın təyinatı haqda danışmaq istəmirəm, dedilər ki, otaq xüsusi olaraq kef məclisləri üçün bu cür işlənib".

Həmsöhbətimiz deyib ki, sabiq nazirin axtarış aparılan bağlarında xüsusi dəbdəbə diqqət çəkib: “Bildiyimə görə, Əli İnsanovun mülklərində axtarış aparmaq üçün bir neçə qrup yaradılıb. Həmin qruplardan biri də Əli İnsanovun Xızıdakı bağlarında axtarış aparıb. Orada nə aşkar edilməsinin detallarından məlumatsızam”.

Real.tv-nin saytında Əli İnsanovun mülklərinin, dondurulmuş bank hesablarının, ümumilikdə müsadirə olunmuş əmlaklarının dəyəri haqda məlumatlar yer alıb:

11 adda daşınmaz əmlaklar - 3 milyon 650 min manat.

523 adda qızıl-zinət əşyaları - 1 milyon 645 min 48 manat.

1 adda avtomaşın 47 min manat.

Nağd pul vəsaitləri 1 milyon 309 min 295 ABŞ dolları, 884 min 475 avro və 8 min 984 manat.

O dövrdə mülki iddianın təmin edilməsi üçün cəmi 23 milyon 372 min 37 manat 71 qəpik dəyərində daşınmaz əmlaklar üzərinə məhkəmə qərarları əsasında həbs qoyulub.

Bakı şəhəri, Səbayel rayonu, Lermontov -121 ünvanındakı yaşayış binasının birinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Bakı şəhər 15 saylı uşaq poliklinikasının birinci şöbəsinin 354.7 kvadrat metr qeyri-yaşayış sahəsi.

Əli İnsanov poliklinikanı Bayıl qəsəbəsindəki 2-ci şöbəsinin müvafiq şəraiti olmayan inzibati binasına köçürülməsi haqqında qanunsuz sərəncam verib boşaldıb, daha sonra boşaldılmış ərazini özəlləşdirməklə öz mülkiyyətinə keçirib.

Bakı şəhəri Səbayel rayonu, Əliyarbəyov küçəsi, 3 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Tibbi Təchizat İdarəsi, Bakı şəhər Apteklər İdarəsi, Əczaçılıq və Tibb Sənayesi, Tibbi texnika istehsalat-ticarət birliklərinin 319.1 kvadrat metr qeyri-yaşayış sahəsi.

İnsanov 2002-ci il avqustun 8-də azad və müstəqil surətdə, bütün qanunlara tüpürərək əmr verib və qeyri-yaşayış sahəsini boşaltdıqdan sonra həmin sahənin qızı Ayla Ştelenin-Əliyevanın adına rəsmiləşdirilməsinə nail olub, faktiki öz mülkiyyətinə keçirərək, yaşayış mənzili kimi istifadə edib.

Bakı şəhəri, Səbayel rayonu, Əliyarbəyov küçəsi-3 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasının 202.2 kvadrat metr qeyri-yaşayış sahəsi, həmin rayonun Üzeyir Hacıbəyov küçəsi-52 ünvanındakı Bakı şəhəri, endikronoloji dispanserinin 76.8 kvadratmetr qeyri-yaşayış sahəsi.

Dispanserin diabet xəstələrinə pəhriz qida məhsullarının satışı üçün ayrılmış mağazasının fəaliyyətini əvvəlcədən düşünülmüş plana uyğun olaraq dayandıraraq, qəsdən istifadəsiz hala gətirmiş, xəstələrə xidmət sahəsini azaltmaqla, onların normal şəraitdə tibbi yardım alma imkanlarını məhdudlaşdırmış, onun guya nazirliyə lazım olmaması görüntüsü yaratmış, sahənin qanunsuz özəlləşdirilməsinə nail olub, faktiki öz mülkiyyətinə keçirmiş, gəlir əldə etmək üçün onu icarəyə vermişdir.

Səbayel rayonu, Üzeyir Hacıbəyov küçəsi-23 ünvanındakı Respublika Endikronoloji Dispanserin 378 kvadrat metr qeyri-yaşayış sahəsi. Dispanser ləğv edilərək özəlləşdirilmişdir.

Elmi-Tədqiqat Ağjiyər Xəstəlikləri İnstitutu, Yasamaldakı stomotoloji poliklinika, Rəşid Behbudov küçəsindəki uşaq poliklinikası, Topçubaşov küçəsində yerləşən Qasımov adına 1 Saylı Doğum Evinin 1583. 3 kvadrat metr qeyri-yaşayış və 6680.6 kvadrat metrlik torpaq sahələri, Nəsimi rayonunda yerləşən 3 saylı Uşaq Xəstəxanasının ikinci korpusunun 1241 kvadrat metrlik qeyri-yaşayış sahəsi və 1969.7 kvadrat metrlik torpaq sahələri.

Lüksemburq Hersoqluğunun “Bank de Lüxeburq” kommersiya bankında Əli İnsanovun 1 milyon 280 min 645 dollar 57 senti, oğlu Vidadi İnsanovun 255 min 65 avro məbləğində pul vəsaiti saxlanılır və Azərbaycanın müraciəti əsasında onlar dondurulub.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru