Biləsuvarda başçı torpaqları necə xırıd edibsə... - GİLEY
Tarix: 7-11-2019, 10:26 |
Çap et
DİA.AZ: - Redaksiyamıza müraciət edən Biləsuvar rayon sakinləri iddia edirlər ki, rayonun icra başçısı Mahir Quliyev elə vəziyyət yaradıb ki, bu gün kəndli Biləsuvarda əkməyə torpaq tapa bilmir.
Sakinlər DİA.AZ-a yazır: "Mahir Quliyev Biləsuvarın torpaq sahələrini məmurlara satıb. Onların hər birinin yüz hektarlarla torpaq sahəsi olduğu halda sıravi biləsuvarlı qonşu rayonlardan icarəyə torpaq götürmək məcburiyyətində qalıb".
Sakinlər dia-az.life vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək bildirirlər ki, bu faktı dövlətin müvafiq qurumları araşdırmalıdır:
"Əgər araşdırılarsa, o zaman Mahir Quliyevin böyük yeyintisi və özbaşınalığı ifşa olunacaq".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq..