ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                 

Baku Medical Plaza-nn rəhbəri NAZİRLİKDƏN ŞİKAYƏT ETDİ - "BU DƏQİQƏ SÜRÜNÜRÜK"
Tarix: 23-09-2019, 09:17 | Çap et
Baku Medical Plaza-nn rəhbəri NAZİRLİKDƏN ŞİKAYƏT ETDİ
Azərbaycanda fəaliyyət göstərən özəl klinikalar və tibb müəssisələri ciddi problemlə üzləşiblər. İndiyədək vergidən yayınma hallarının geniş yayıldığı sahəyə vergi nəzarəti güclənəndə məlum olub ki, bu sahədə vergi və gömrük rüsumları çox yüksəkdir və bu özəl tibb müəssisələrini çətin vəziyyətə salıb.

FED.az xəbər verir ki, bu barədə В«Tibb biznesi forumu: Mövcud vəziyyət və perspektivlərВ» mövzusunda keçirilən tədbirdə bildirilib.

Özəl klinikaların problemlərini ölkənin ən böyük özəl tibb obyektlərindən olan В«Baku Medical PlazaВ»nın direktoru Rafət Əliyev səsləndirib. Onun FED.az-a verdiyi məlumata görə, bütün vergiləri nəzərə alanda Azərbaycanda özəl tibb müəssisələrinin ödədiyi verginin ümumi faiz dərəcəsi 70%-ə çatır.

В«Vergi düzgün işləməyəndə özəl tibbi sektor daha yaxşı inkişaf edirdiВ»

Rafət Əliyev bildirib ki, hazırda ölkənin özəl tibb müəssisələri böyük çətinliklərlə üzləşiblər: В«Ölkənin ən böyük özəl tibbi klinikalarından biri olaraq demək istəyirəm ki, tənəzzül dövrü yaşayırıq və ölkədə özəl tibb sektorunun inkişaf mərhələlərinə baxmaq lazımdırВ».

Klinika rəhbərinin sözlərinə görə, bu gün yaranan vəziyyət tibbi turizmin, yəni xaricə gedən xəstələrin sayının artmasına və ölkədən valyuta axınına səbəb olub.

Gözlənildiyi kimi, Rafət Əliyevin əsas şikayəti vergi sahəsindəki yeniliklərlə bağlı olub. Qeyd edək ki, son vaxtlar özəl səhiyyə sahəsində nəzarət təbirlərinin güclənməsi nəticəsində vergi orqanları son dövrlər bu sahədə böyük vergidən yayınma halları aşkar ediblər. Məlum olub ki, indiyədək bu sahədə böyük vergidən yayınma halları mövcud imiş. Rəsmi dövriyyədən yayınma halları 230 milyon manata çatırdı. İndi isə В«Baku Medical PlazaВ»nın rəhbəri bildirib ki, vergi orqanlarının pis işlədiyi dövrdə tibb sektoru daha yaxşı inkişaf edib: В«Diqqətinizi yönəldirəm vergi qanunlarınınn pis işlədiyi və sonradan mövcud qanunvericiliyə uyğun olaraq vergilərin düzgün tətbiq edildiyi dövrə. Çox təəssüflər olsun ki, vergilərin məhz düzgün təşkil edilmədiyi dövrdə özəl tibbi sektor çox gözəl inkişaf etdi. Həmin dövrdə ölkəyə çox gözəl müasir avadanlıqlar gətirildi. İnkişaf etmiş bir çox ölkələrdə, o cümlədən Qərbi Avropa ölkələrində tətbiq edilən avadanlıqlar dərhal Azərbaycana da gətirilirdi. Eləcə də savadlı mütəxəssislərin Azərbaycana axını başladı. Bir çox professorlar, akademiklər gəlib Azərbaycanda unikal tibbi əməliyyatlar həyata keçirdiВ».

Başqa sözlə, R.Əliyev bildirib ki, bu sahədə bürokratoya olmadıından özəl tibbi sahə üçün münbit şərait yaranıb: В«Bu onu göstərir ki, qanunvericilik baxımından müəyyən güzəştləri olsa bu sektor özü heç bir dövlət dəstəyi olmadan inkişaf edirВ»-deyə xəstəxana rəhbəri bildirib.

В«Şəhərin bir nömrəli klinikası olaraq sizə deyirəm ki, sürünürükВ»

Rafət Əliyevin sözlərinə görə, ötən ilin sonlarından başlayaraq yeni vergi qanunvericiliyinin tətbiqi özəl klinikalarda işləri mənfiyə doğru dəyişib. Daha dəqiqi vergi sistemi qanuna uyğun çalışanda vergilərin və tutulan rüsumların nə qələr yüksək olduğu üzə çıxıb: В«Hamımız bilirik ki, vergi qanunvericiliyinə rəayət edilməli, vergi ödənməlidir, yəni cinayət törədilməməlidir. Lakin bu zaman bir sıra çox ciddi problemlərlə üzləşdikВ»

В«Baku Medical PlazaВ»nın rəhbəri bildirib ki, əsas problemlərdən biri özəl tibbi müəssisələrinin Əlavə Dəyər Vergisinə (ƏDV) cəlb edilməsi ilə bağlıdır: В«Özəl tibbi sektorda ƏDV əslində sadələşdirilmiş vergi ödəyicilərindəki 4%, 2% və 6% kimi tətbiq edilir, yəni birbaşa dövriyyədən tutulur. Daha dəqiqi əlavə dəyər yaradılmadığı halda, ümumi dövriyyənin 18%-i vergiyə cəlb edilirВ».

R.Əliyev xatırladır ki, özəl klinikalarda daxil olmaların tam yarısı - 50-55%-i maaş fondudur, yəni işçilərin əməyinin ödənilməsinə gedir: В«Bu maaş fondunun 15%-i də işə götürən tərəfindən əlavə olaraq ödənilir və bütün bunlar da sonradan 18%-lə cəlb edilir. Nəticədə toplamda çıxan pul yükü, yəni faktiki vergi yükü 70% təşkil edir. Yerdə qlaan 30% pulla klinikanı idarə etməlisən, dərman vasaitləri almalısan, müəyyən təmir xərcləri olmalıdır və cihazları da sağlam saxlamalısan. İndi gəlin görək bu günkü durumda komunal xərxləri də nəzərə alsaq 30% yetərlidirmi biz inkişaf edək? В».

R.Əliyev deyir ki, yaranmış vəziyyət. Başqa onun rəhbərlik etdiyi klinika olmaqla, özəl tibb müəssisələrini çətin vəziyyətə salıb: В«Biz hamımız sürünürük, açıq deyirəm sizə. Mən digər klinikaların hansı vəziyyətdə olduğunu bilmirəm, amma şəhərin bir nömrəli klinikası olaraq sizə deyirəm ki, sürünürükВ».

В«Şəffaflıq olanda məlum oldu ki, işləyə bilməyəcəyikВ»

Rafət Əliyev etiraf edir ki, indiyədək özəl tibb sektorunda, xüsusilə də həkimlərin əmək haqqında vergidən yayınma halları olub. Amma şəffaf işləmək lazım gəldikdə məlum olub ki, bu vəziyyətdə klinikalar işləyə bilməyəcək: В«Dövriyyədən yayınmalar, DSMF ödənişləri, hansılar ki, bu sirr deyil, əvvəllər bu olub, hamı da bilir ki, həkimlərə verilən maaşların əksər hissəsi də vergiyə cəlb olunmayıb, şəffaflıq olmayıb. Amma bu gün şəffaflıq prosesi başlayanda bir partlayış, nonses yarandı ki, sən demə, biz düzgün işləməyə başlayanda bankrot oluruqВ».

"Yaxşı həkimlər ölkəni tərk etməkdədir"

Klinika rəhbəri bildirir ki, indiyədək yüksək gəlirləri olan həkimlərin maaşlarını azaldanda onlar işləmək istəmir və klinikaları tərk etmək təhlükəsi yaranır. Həmin həkimlərə yüksək maaşı yalnız vergidən yayınan klinikalar verə bilir, həkimlər də onlara üz tutur: В«Heç kimə sirr deyil ki birdən-birə nəsə dəyişmək çətin olur. Əgər həkim ayda 2 min, 5 min 10 min alırdısa bu gün onun azalmağının tərəfdarı deyil. Ona görə də bir çox müəssisələrin arasında sağlam olmayan rəqabət yaranır. Yəni ki, kimlər ki vergidən qaça bilir, vergini gizlədə bilir, onda o hkimlərə də münbit şərait yaradırlar. Həkimlər də harada daha çox pul qazanacaqsa ora qaçırВ».

Rafət Əliyev qeyd edib ki, artıq bu gün Azərbaycandan savadlı həkimlərin xaricə axını başlayıb: В«Çünki onlar istədikləri pulu Orta Asiya regionunda bir klinika qurmaqla qazana bilirlər. Həmçinin Özbəkistandan və Gürcüstandan bir çox bacarıqlı mütəxəssislərimizə təkliflər gəlir və onlar da gedirlərВ».

Rafət Əliyev bildirib ki, tibb müəssisələri bu məsələni Vergilər Nazirliyində müzakirə ediblər: В«Amma hər bir qurumun öz vəzifələri və büdcənin doldurulması baxımından maraqları var. İstəyirik bizim vergi yükümüzün azaldılması istiqamətində hər hansı mövcud addımlar atılsınВ»- deyə Rafət Əliyev deyib.

Rafət Əliyevin sözlərinə görə, problemin həlli üçün bu sahənin peşəkarları arasında görüşlər keçirilib. Hətta assosiasiya yaradılması məsələsi də müzakirə edilib. Amma bu qurumun faydası olmayacağı təqdirdə yaradılmaması qənaətinə gəlinib

В«Azərbaycanda şprisdən başqa heç bir tibbi ləvazimat və ya dərman buraxılmırВ»

R.Əliyevin sözlərinə görə, digər ciddi problem xaricdən gətiridən tibbi ləvazimat və dərmanlara görə vergi və gömrük rüsumlarının yüksək olmasıdır. Klinika rəhbəri bildirir ki, hazırda özəl sektorda istifadə olunan ləvazimatlar və dərmanlar demək olar ki, bütünlüklə xaricdən gətirilir: В«Hazırda Azərbaycanda şpris zavodundan başqa, ümumiyyətlə heç bir tibbi ləvazimat və ya dərman istehsal edilmir. Bütün istifadə olunan dərman vasitələri və ləvazimatları, yəni ölkə əhalisinin sağlamlığına yönəlik bütün vasitələr xaricdən gətirilirВ».

В«Hər MRT aparatına 25-30 min dollar xərcləyirikВ»

Xaricdən gətirilən avadanlıq və dərmanlarla yanaşı, reagentlər və digər vasitələr də böyük vəsaitə başa gəlir. Rafət Əliyevin sözlərinə görə, hazırda klinakalardakı hər bir MRT (maqnit-rezonans tomoqrafiya cihazı) aparatına hər 3 aydan bir 20-25 min dollarlıq helium almaq lazımdır: В«Hələ bu 20-25 min dollar xaricdəki qiymətdir. Onun nəqliyyat, gömrük xərclərini, köçürmə pullarını üstünə gələndə məbləğ 30 min dollara çatır. 30 mini MRT-dən keçən pasiyentlərin sayına böləndə biznes marağı ortaya çıxır, otkat sistemi işə düşür. Hər bir klinika istəyir ki daha çox pasient cəlb etsin ki, heç olmasa maya dəyərini qoruyub saxlaya bilsinВ»-deyə o bildirib.

Bu isə böyük rüsumlar və çətinliklər deməkdir: В«18% ƏDV, daha sonra xaricdən aldığın malın pulunun xaricə köçürülməsi üçün pulu dövriyyədən çıxarmalı olursan. Gömrük rüsumlarını nəzərə alanda, həmin pul 18% deyil, 36%-ə yüksəlir.

В«Xəstələr yenidən xaricə getməyə başlayıbВ»

Rafət Əliyevin sözlərinə görə, özəl klinikalarda yaranan vəziyyətə, o cümlədə qiymət artımına görə, Azərbaycandan olan xəstələr yenidən xaricə üz tutmuğa başlayıblar: В«2018-ci ilin may ayına qədər Azərbaycandan xaricə müalicə üçün gedənlərin sayı 2014-cü ilə qədər olanların sayından 5 dəfə az olub. Bu gün isə qonşu Gürcüstan və İran əhalinin müalicəsi üçün qiymət baxımından daha sərfəli olubВ».

В«ƏDV vergisi azaldılmalıdırВ»

Rafət Əliyevin sözlərinə görə, vəziyyəti düzəltmək üçün ilk növbədə tibb sahəsi üçün vergilər azaldılmalıdır. Belə güzəştlər qonşu ölkələrdə mövcuddur: В«Türkiyədə sağlamlıq sektoruna tətbiq edilən vergi, yəni ƏDV 8%-dır. İsrail və ABŞ-da bu göstərici 4%, Gürcüstan və Rusiyada isə 9%-dirВ». Klinika rəhbərinin sözünə görə, Azərbaycanda da belə güzəştlər olmalı və onlar təkcə klinikalara deyil, tibbi ləvazimatlar, cihazlar və dərmanları da əhatə etməlidir: В«Çünki mənim dediyim kimi ümumi daxil olmadan bizə qalan 30%-ın içində biz cihazları da işlək vəziyyətdə saxlamalıyıqВ».

В«Onsuz da həmin əmliyyatları gizli edirlər, imkan verin qanuni olsunВ»

Rafət Əliyev özəl tibb müəssisələrinin dirçəlməsi üçün əlavə təkliflər verib. Onun sözlərinə görə, ilk növbədə В«Reproduktiv sağlamlıq haqqındaВ» qanun nahayət ki qəbul edilməlidir: В«Birinci repreduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi niyə bu qədər uzanır. Bunu başa düşümrük. Əslində əlimiz-qolumuz açılardı və xarici gedən tibbi turizmin qarşısını alardıq və xarici dövlətlərdən də cəlb edəridkВ».

Klinika rəhbəri deyir ki, bundan başqa, Azərbaycanda ekstrakorporal mayalanma əməliyyatlarına da icazə verilməlidir. Onsuz da bu əməliyyatları ölkəmizdə gizli edirlər, rəsmi icazə olsa, daha geniş yayılar: В«Nəyəsə görə bəzi strukturlar ekstrakorporal mayalanmanı istəmir. Halbüki bir çox həkimlər bu sahədə qeyri-qanunu fəaliyyət göstərirlər. Tutulsalar qanun qarşısında cavab verməli olacaqlar. Məsələnin mənəvi baxımından götürəndə heç də pis ertmirlər, övladı olmayan ailələrə uşaq bəxş edirlərВ».

Hazırda bu əməliyyat üçün ölkə vətəndaşları İran və Rusiyaya üz tutur, pulu da həmin ölkələrdə xərcləyirlər: В«Gedib İranda, Rusiyada , Gürcüstanda 15-20 min dollar xərcləyib bu eksportanal mayalanma edirlər. Azərbaycanda isə daha ucuz başa gəlir. Bu qanun tətbiq edilsə və ƏDV dən azad olunsa, sizi inandırıram, qonşu Rusiyadan elə Dağıstandan hamı axışıb bura gələcək. Çünki orada qiymət çox bahadır. Həmçinin bu sahə genetikanın bir sahəsi olduğu üçün fikirləşin nə qədər mütəxəssislər inkişaf edəcək. Nə qədər savadlı mütəxəssislərimiz olacaqВ» - deyə Rafət Əliyev bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru