DİA.AZ: - Ağdam rayon Əfətli kənd sakini, YAP üzvü Qasımov Fəqani İsmixan oğlu Bərdə rayonunda yerləşən "ASAN xidmət" mərkəzindən, dahad oğrusu mərkəzin əməkdaşı Mərdan Həsənzadədən giley edir. Bununla bağlı narazı vətəndaş DİA.AZ-a yazır:
"Bildirirəm ki, 24 aprel 2019-cu ildə Bərdə şəhərində yerləşən “Asan”xidmət mərkəzindəki notarius Həsənzadə Mərdan Əli oğlu tərəfindən bir ailəyə məxsus torpaq sahəsinin (2.95 ha) mənim tərəfimdən alınması zamanı alqı-satqı prosesi həyata keçirilərkən məqsədli və qərəzli şəkildə çirkin maraqlar ön plana çəkilməklə qanunun tələbləri pozuldu. Belə ki, bir ailənin tərkibi heç bir əsas və zərurət olmadan 2 yerə bölünərək 2 müqavilə tərtibatı həyata keçirildi və məndən çox böyük miqdarda dövlət rüsumu və əlavə pullar alındı. Bu məsələnin işıqlandırılması və ictimailəşdirilməsi üçün müdaxilənizi xahiş edirəm.