Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib .....                     Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT .....                     TƏCİLİ! Bütün dünyanı belə aldatdılar .....                     Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? .....                     Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu .....                     Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı .....                     Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib .....                     Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib .....                     Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... .....                     İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər .....                     "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə .....                     AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar .....                     Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... .....                     "EV Azerbaijan" MMC nizamnamə kapitalını .....                     Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj .....                     Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? .....                     Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... .....                     "16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... .....                     Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ .....                     Ermənistanın Çinlə bağlı planları... .....                     Adil Kərimlinin üz-üzə qaldığı XAOS .....                     Zəngəzur dəhlizi başqa adla geri qayıdır .....                     “Hell”in insan sağlamlığına zərəri .....                     İmişlinin başçısı ÖZBAŞINA QALIB .....                     Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... .....                     “Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var .....                     Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır .....                     “Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” .....                     Bu gün Elçibəyin doğum günüdür .....                     İsrail də atəşkəsə eyni şərtlə razılaşıb .....                     İrandan gözlənilən açıqlama gəldi .....                     İsrail və İran tam atəşkəsə razılaşıblar .....                     İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi .....                     Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib .....                     Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                 

Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir - biabırçı əmlak davası
Tarix: 16-04-2018, 08:48 | Çap et
Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir
Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyevanın gözü yaşlı qalıb. Yaşlı qadını ağlar qoyan isə özgəsi deyil, elə özünün qızı, deputat Sona Əliyevadır. Bu ilin fevralında mətbuatda deputatın ailəsində baş verən əmlak davası haqda materiallar dərc olunub. Həmin materialların dərcindən sonra deputat Sona Əliyeva anasına, qardaşlarına qarşı atdığı qanunsuz addımlardan geri çəkilib, yaxınları sakitləşdirə, mətbuatdan gen gəzmələrinə nail ola bilmişdi.

Bunun müqabilində atası Sakit Əliyevin ölümündən 2 gün əvvəl anasından aldatma yolu ilə alınan etibarnamənin məhkəmə qaydasında ləğv edilməsinə mane olmayıb. İndi isə tamamilə əks proses gedir. Deputat yenidən anasına və qardaşlarına qarşı hərəkətə keçib, ailənin yeganə gəlir mənbəyi olan atasından qalma biznesi iflic duruma salıb, əvvəlki iddialarını irəli sürüb. Bu haqda “Yeni Müsavat”a geniş açıqlama verən deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva deyib ki, aylardır şirkətlərinin hesabına köçürülən pulları ala bilmirlər: “Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.

Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə hədələyir: “Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün - 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.

B.Əliyevanın iş üzrə redaksiyamıza təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də var. Məhkəmə sənədlərinə nəzər saldıqda, Sona Əliyevanın atası Sakit Əliyev ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olur. Hakim Yaşar Həşimovun sədrliyi ilə bu il fevralın 19-da çıxarılan qətnamə üzrə iddiaçı deputatın anası Bəsirə Əliyeva, cavabdeh isə qızı Sona Əliyeva olub. B.Əliyeva qızına və Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qaldırdığı iddiada bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edib. Məhkəmə araşdırmasında məlum olub ki, deputatın atası dünyasını dəyişməzdən 2 gün əvvəl, 2017-ci il 12 dekabrda deputat anasını Gəncə ASAN Xidmət mərkəzinə aparıb. Xidmətin notariat kontorunda atasının 1994-cü ildə qurduğu “Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalında olan paylar barəsində bağlışlama müqaviləsi bağlanıb. Həmin müqaviləyə görə şirkətin 75 faizi deputatın adına rəsmiləşib.

Məhkəmə qətnaməsində yazılır: “İddiaçı Bəsirə Əliyeva iddiasını onunla əsaslandırmışdır ki, AR Ədliyyə Nazirliyi tərəfindən 20.10.1994-cü il tarixli 17877 dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ”Murovdağ" kiçik müəssisəsinin təsisçiləri o, oğlu Adil Sakit oğlu Əliyev, mərhum əri Sakit Səttar oğlu Əliyev və cavabdeh qızı Sona Sakit qızı Əliyeva olub. Əri Sakit Əliyev 2017-ci ilin sonlarında ağır xəstəliyə tutulub, 10 dekabr 2017-ci ildə komaya düşüb. Həkimlər onun ömrünün sonuna bir neçə gün qaldığını bildirib və 2 gün sonra əri vəfat edib. Ərinə diaqnoz qoyulduğu gündən o, demək olar ki, ağır psixoloji durumda olub. Ərinin ömrünün son günlərində bütün qohum-əqrəbaları onların evinə əri ilə vidalaşmağa gəliblər. 12.12.2017-ci il tarixdə axşamüstü, yəni saat 16:30 radələrində qızı Sona Əliyeva onu evdə bir kənara çəkərək “nə durmusan, ərin bu gün - sabah öləcək, onun bütün əmlakını isə oğlanların adlarına keçirəcək, gəl tez gedək notariat kontoruna onun bütün əmlakını sənin adına keçirək” deyib.

O, etiraz etmək istəsə də, Sona Əliyeva onun sözlərinə məhəl qoymayıb, ona “sonra gec olacaq, ərinin bütün əmlakı əlindən çıxacaq, oğlanların hamısına yiyələnəcək” və bu kimi sözlər deyərək onu evdən çıxarmağa nail olub...

Məhkəmə qətnaməsindən aydın olur ki, Bəsirə Əliyeva həyat yoldaşı vəfat edəndən sonra notariat kontorunda ona hansı sənədin imzalatdırılması ilə maraqlanıb. Öyrənib ki, əmlak onun adına deyil, qızı S.Əliyevanın adına keçirilib. Üstəlik özünün payı da əldən gedib.

Qətnamədən sitat: “Sonradan notariat kontoruna müraciət edib notariat işi ilə tanış olarkən ona məlum olub ki, qızı Sona Əliyeva öz adına verilmiş etibarnamə ilə səlahiyyətləri ona verməyib, öz payını və ərinin payını ona bağışlayıb. Həqiqətdə isə ona yalnız adına verilmiş etibarnamə göstərilmiş və o, əmlakın ona verilməsini zənn edərək sənədlərə imza atmışdır. Ona izah olunmamışdır ki, əslində o, öz payını və ərinin payını qızı Sona Əliyevaya bağışlayır. Əslində onun və mərhum ərinin heç vaxt belə bir fikirləri olmayıb. Əgər ərinin sağlığında belə bir fikri olsaydı qızı Sona Əliyevaya etibarnamə ilə elə birbaşa öz adından bağışlama müqaviləsi bağlayardı. Göründüyü kimi cavabdeh Sona Əliyeva onun düşdüyü durumdan və ərinin ölməsindən istifadə edib onu aldadaraq notariat kontoruna aparmış və nizamnamədəki paylarını öz adına keçirib. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda ”Murovdağ" kiçik müəssisəsindəki nizamnamə kapitalında olan paylar barəsində bağlanmış 12 dekabr 2017-ci bağışlanma müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edib".

Deputat S.Əliyeva məhkəmədə iştirak etməyib. O, məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayıb. Deputat xanım anasının ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını etiraf edib.

Məhkəmə qətnaməsindən sitat: “Cavabdeh Sona Əliyevanın notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, iddiaçı Bəsirə Əliyevanın ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasını etiraf edir. Gəncə ASAN xidmət mərkəzinin notariat kontorunda 12.12.2017-ci il tarixdə bağlanmış nizamnamə kapitalının bağışlama müqaviləsinin ləğv olunmasına heç bir etirazı yoxdur və bu payların ilkin vəziyyətə qaytarılmasını xahiş edib. Bəsirə Əliyeva ilə Sona Əliyeva arasında Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda bağlanmış ”Murovdağ" kiçik müəssisəsinin nizamnamə kapitalındakı payların bağışlanması haqda 12.12.2017-ci il tarixli müqavilə etibarsız hesab olunub və nizamnamə kapitalındakı paylar əvvəlki vəziyyətinə qaytarılıb".

Deputat S.Əliyeva qətnamədən şikayət verməyib. Amma hazırda da ailə müəssisələrinin işləməsinə imkan vermir. Anası bildirir ki, qızının hərəkətləri onun sağlıq durumuna çox ağır təsir edir.
(Ardı VAR)
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib - DETALLAR
Bu gün, 10:35
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT - Ermənistanda gərginlik artır
Bu gün, 10:32
TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI
Bu gün, 10:23
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Bu gün, 10:20
Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Bu gün, 10:14
Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:40
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok
Bu gün, 09:38
Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib
Bu gün, 09:30
Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... - İLGİNC İDDİALAR
Bu gün, 09:29
İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər - “Tasnim”
Bu gün, 09:22
"İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə - Sərdar Cəlaloğlu
Bu gün, 09:15
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar – Sabiq baş nazir gizlinləri açdı
Bu gün, 09:13
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... - "İravunk"
Bu gün, 09:08
"EV Azerbaijan" MMC nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 09:04
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj - Sabit tarif təklifi qanuni pul oğurluğudur
Bu gün, 09:00
Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? - KİMƏ GÜVƏNİR Kİ?..
Bu gün, 08:58
Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... - "Görün akademiklər kimin ümidinə qalıb?!"
Bu gün, 08:50
"16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... - Cəmiyyət hara baxır?"
Bu gün, 08:41
Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ - BU NƏDİ BELƏ?
Bu gün, 08:30
Ermənistanın Çinlə bağlı planları... - Narahat olaqmı?
Bu gün, 07:17
Adil Kərimlinin üz-üzə qaldığı XAOS - BACARACAQMI?
Bu gün, 07:14
Zəngəzur dəhlizi başqa adla geri qayıdır - AKTUAL
Bu gün, 06:59
“Hell”in insan sağlamlığına zərəri - VİDEOFAKT
Bu gün, 06:55
İmişlinin başçısı ÖZBAŞINA QALIB - BU DA FAKT...
Bu gün, 06:51
Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:48
“Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:45
Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır - ÇÜNKİ...
Bu gün, 06:41
“Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” - Görünəni odur ki...
Bu gün, 06:36
Bu gün Elçibəyin doğum günüdür - ANIM
Bu gün, 06:32
İsrail də atəşkəsə eyni şərtlə razılaşıb - KİV
Bu gün, 06:28
İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə
Bu gün, 06:26
İsrail və İran tam atəşkəsə razılaşıblar - Tramp
Bu gün, 06:20
İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18
Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01
Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru