Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                     Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: .....                     Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ .....                     Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu .....                     Putinin adamı Paşinyanın reytinqinə çatır .....                     Yapon olmaq lazımdır, yapon... .....                     "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin" .....                     Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır .....                     Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı .....                     İştirakçı olmadı, dövlət qurumunun tenderi .....                     Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb .....                     Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə .....                     Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir .....                     Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib .....                     “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? .....                     Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... .....                     “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar .....                     Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi .....                     Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu .....                     10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir .....                     Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var .....                     Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır .....                 

Yeni hökumətdə olmayacaq üç vəzifəli məmurun adları - etimad limitləri bitib
Tarix: 3-04-2018, 08:35 | Çap et
Yeni hökumətdə olmayacaq üç vəzifəli məmurun adları
Prezident seçkiləri yaxınlaşdıqca yeni hökumətdə yer almayacaq məmurlarla bağlı müzakirələr, hakimiyyət komandasında isə həyəcan artır. Bu müzakirələr zamanı bir çox məmurların adları hallandırılır. Yeni komandada olmayacaqlar arasında iqtisadi blokdan daha çox üç məmurun adı çəkilir.

Bunlardan biri maliyyə naziri Samir Şərifovdur.

Baş maliyyəçinin hakimiyyət daxilindəki mövqelərini laxladan əsas amil Beynəlxalq Bank olayıdır. Bu bankdan on milyardlarla manatın mənimsənilməsi üzə çıxan ilk dövrdə bütün günahlar İdarə Heyətinə rəhbərlik etmiş Cahangir Hacıyevin üzərinə yükləndi. Beləliklə də S.Şərifov Beynəlxalq Bankdakı prosesləri nəzarətdə saxlamalı olan əsas fiqur olaraq cəzadan yayına bildi. Lakin vaxt keçdikcə Beynəlxalq Bankdakı neqativ proseslər dayanmadı, bankın S.Şərifovun adamı kimi tanınan rəhbəri Elmar Məmmədovun dolların “qara bazarı”na rəhbərlik etdiyi aydınlaşdı. Maliyyə naziri bu dəfə də E.Məmmədovu qurban verməklə yaxasını kənara çəkə bildi. Lakin hətta bundan sonra da Beynəlxalq Bankın problemləri azalmadı, üstəlik, onun “Aqrarkredit”ə ötürülmüş aktivləri ilə bağlı problemlər meydana çıxmağa başladı. Bu dəfə S.Şərifov özünü kənarda saxlaya bilmədi. Belə ki, bir neçə həftə əvvəl Beynəlxalq Banka nəzarət faktiki olaraq onun əlindən alınıb, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümova verildi. Bununla da bankın beynəlxalq aləmdə təmiz reputasiyaya malik Dövlət Neft Fondunun nəzarətinə verilməsi təmin edilmiş oldu. Bu, eyni zamanda S.Şərifova olan inamın minimuma endiyinin göstəricisi sayıla bilər: özəlləşmə ərəfəsində olan Beynəlxalq Bankda yeni problemlərin meydana çıxması heç kimə sərf etmir, hökumətə xüsusilə. Bu addım həm də 11 apreldən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacaq məmurlardan birinin S.Şərifov olması ehtimalını artırır.

Seçkidən sonra tutduğu kreslo ilə vidalaşacaq daha bir məmur baş bankir Elman Rüstəmov ola bilər. Mərkəzi Bank rəhbərinin limiti çoxdan tükənib desək, yanılmarıq. Neft gəlirlərinin böyük axını olduğu illərdə toplanan 18 milyard dollar valyuta ehtiyatının bir ilin içində 4 milyard dollaradək azalması, ölkənin bank sektorunun ağır böhrana düşməsi, banklarda irihəcmli mənimsəmə hallarının aşkarlanması bu sektora nəzarəti həyata keçirən əsas qurum olaraq Mərkəzi Bankı və onun rəhbərini diqqət mərkəzinə gətirdi. Xüsusilə bankların bir çoxunda irihəcmli kreditlərin qaydalara zidd olaraq girov təminatı olmadan, əksər hallarda da bank rəhbərlərinin yaxınlarına paylanması, nəticədə problemli kreditlərin bütövlükdə bank sektorunun ayağında buxova çevrilməsi E.Rüstəmova olan etimadı minimuma endirdi. Buna görə də ölkədə yeni qurum - Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı və baş bankirin banklarla bağlı səlahiyyətlərinin çoxu ona verildi. Son zamanlarsa E.Rüstəmovun xaricdə biznesinin olduğuna dair məlumatlar yayılmaqdadır. Onun Gürcüstanda tikinti biznesinin olduğu, hətta devalvasiyadan az əvvəl bu biznes üçün Azərbaycan banklarından 750 milyon manat kredit götürdüyü deyilir. E.Rüstəmov bu məlumatlarla bağlı hər hansı açıqlama vermir ki, bu da onların reallıq payını artırmış olur.

Vəzifəsini itirəcək daha bir məmur olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının adı hallanmaqdadır. Qeyd edək ki, Palataya rəhbər təyin olunduğu ilk dövrlərdə R.Aslanlıya etimad kifayət qədər böyük idi - hansı təkliflə çıxış edirdisə, dərhal icra olunurdu.

Onun təklifləri əsasında bank qanunvericiliyinə çoxsaylı dəyişikliklər edildi, Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqları genişləndirildi. Bütün bunlardan sonra gözlənilirdi ki, əlində böyük səlahiyyətlər cəmləyən Palata bank sektorunu düşdüyü böhrandan çıxarmaq üçün real hərəkətə keçəcək. Lakin aylar ötdükcə məlum oldu ki, R.Aslanlı əldə etdiyi səlahiyyətlərdən bank sektorunun xeyrinə istifadə etmək niyyətində deyil.

“StandardBank” kimi iri bankla bağlı 3 ayda iki bir-birinə zidd qərarın qəbul olunması, yüz milyonlarla manat vəsaitin mənimsənilməsinə göz yumulması, bağlanan bankların kreditorlarına ödənişlərlə bağlı ciddi pozuntulara yol verilməsi kimi faktlar R.Aslanlıya olan etimadı minimuma endirdi. Təsadüfi deyil ki, artıq bir ilə yaxındır Palatada bütün səlahiyyətlər faktiki olaraq icraçı direktor İbrahim Alışova verilib. Bu gün R.Aslanlının deyil, quruma məhz onun rəhbərlik etdiyini artıq hamı görməkdədir. Böyük ehtimalla, seçkilərdən sonra R.Aslanlının Palatadakı formal rəhbərliyi də başa çatacaq...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Bu gün, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Bu gün, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Bu gün, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Bu gün, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51
Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22
Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Dünən, 10:19
“Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Dünən, 10:07
Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Dünən, 10:03
Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Dünən, 10:01
10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Dünən, 09:56
Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Dünən, 09:52
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Dünən, 09:49
Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Dünən, 09:44
“Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:35
AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Dünən, 09:25
Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:20
Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Dünən, 09:11
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Dünən, 07:41
Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Dünən, 07:38
Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Dünən, 07:31
“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:00
"Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru