Elman Rüstəmov dövlətə borclu olduğu 700 milyonu qaytarmır - GƏLİŞMƏ
Tarix: 3-02-2018, 10:15 | Çap et
 Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin işdən çıxarlmasından sonra bank sistemində hər şeyin normala dönəcəyi ümidləri doğrulmadı. 2015-ci ilin aprel-may aylarında Beynəlxalq Bankdan yüz milyonlarla girovsuz kredit götürmüş iş adamlarının kütləvi həbsi insanları xeyli ümidləndirmişdi. Hər kəs düşünürdü ki, bankları xortumlayan çetenin sonuna çıxılacaq. Maliyyə sistemini sarmış “xərçəng” qoparılıb atılacaq.
“Beynəlxalq Bank işi” mövzusunun səs-küyü yatmamış “MTN işi” mövzusu meydana çıxdı. Eldar Mahmudov vəzifəsindən çıxarıldı, ardınca da onun nazirlikdəki komandası kütləvi şəkildə həbs edildi, xeyli adam işdən atıldı. Nəhayət, 2015-ci ilin dekabr ayında ABB-nın sədri Cahangir Hacıyev həbs edilərək türməyə göndərildi.
İctimaiyyət bu olayların şokundan özünə gəlməmiş 21 dekabr devalvasiyası oldu. Ortalıq daha da qızışdı. Məlum oldu ki, devalvasiyadan günlər əvvəl kimlərsə irihəcmli əməliyyatlar həyata keçirərək yüz milyonlarla dollar alıblar. Bu alqı-satqıdan E.Rüstəmovun xəbərsiz olması mümkün deyildi – çünki ölkədə məzənnə tənzimlənməsini həyata keçirən tək orqan Mərkəzi Bank idi. Ölkədə dolların əsas satıcısı da Mərkəzi Bank idi. Hansı bankın nə qədər dollar aldığını, aldığı dolları qısa müddət ərzində necə xırıd etdiyini baş bankirdən yaxşı kimsə bilə bilməzdi. Ölkə rəhbərliyinin də dilə gətirdiyi bu əməldən E.Rüstəmov əlbəttə, xəbərsiz deyildi. Xəbərinin olması və mane olmaması (baş bankirin bu susqunluğunun səbəbi barədə aşağıda bəhs edəcəyik) onun dövlət maraqlarına ən böyük zərbəsi idi. Bu susqunluğuna görə də sonrakı dövrdə Mərkəzi Bankın banklarla bağlı əsas səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alındı.
Yeri gəlmişkən, bu hadisələrdən sonra diqqətlər Azərbaycan banklarından oğurlanan milyardlar mövzusuna daha çox cəlb olundu. Xalq bir də onda ayıldı ki, ölkənin maliyyə sahəsinə məsul olan şəxslər və onların hakimiyyətdəki hamiləri xalqın, dövlətin milyardlarla dollar vəsaitini mənimsəyiblər. Bu işdə təmiz, oğurluğa bulaşmayan bircə maliyyəçi tapmaq çox çətindir.
Ötən ilin payızında mətbuatda gedən məlumatlardan aydın oldu ki, Mərkəzi Bankın rəhbərini həm də rahatca “kredit oliqarxı” hesab etmək olar. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.
Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. Baş bankirin heç bir reaksiya vermədiyi, yəni həm də təkzib etmədiyi bu məlumat onun devalvasiyalardan az əvvəl müxtəlif banklar vasitəsi ilə yüz milyonlarla dolların alınmasına niyə göz yumduğunu açıqlayır.
Bu günlərdə isə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, E.Rüstəmovun Gürcüstandakı tikinti biznesi sürətlə çiçəklənməkdədir. Şirkətlərin müxtəlif irihəcmli tikinti layihələrini əldə etdikləri deyilir. Baş bankirin bu işdəki ortağı isə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdu. Ş.Mövsümovun bu işə qardaşı Şahin Mövsümovu qoşduğu deyilir. Xatırladaq ki, Şahmar Mövsümov baş bankirin kadrıdır - Dövlət Neft Fondunun icraçı direktoru təyinatınadək məhz Mərkəzi Bankda çalışan Mövsümovun vəzifə yüksəlişində də E.Rüstəmovun əsas rol oynadığı bildirilir.
Onu da qeyd edək ki, Şahin Mövsümov heç bir girov qoymadan bağlanmaq ərəfəsində olan “StandardBank”dan 100 milyon manat kredit götürərək hələ də qaytarmayıb. Ölkə banklarının kredit siyasətini tənzimləyən əsas qurumun rəhbəri olaraq E.Rüstəmovun bu borclanmadan da xəbərsiz olduğunu söyləmək qeyri-mümkündür. Eyni zamanda bu “xəbərsizliyin” də səbəbsiz olmadığı göz önündədir.
Redaksiyamıza məlumat verən mənbənin iddiasında o da var ki, bu tikinti projesində əsas söz sahibi, rəhbər Elman Rüstəmovdu. Bu istiqamətdə araşdırmalarımız davam edir. Yaxın zamanlarda Elman Rüstəmovun Gürcüstandakı şirkətlərinin adlarını, həmçinin gördüyü işlər barədə əlavə bilgiləri ictimaiyyətə çatdırmağa çalışacağıq.
Azərbaycanda yüksək rütbəli məmurların, dövlət qurumlarının mediaya açıq olmaması səbəbindən yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini öyrənmək mümkün olmadı. Buna baxmayaraq, yazıda adları hallanan şəxslərin - əsasən də Elman Rüstəmovun mövqeyini dinləməyə, bu haqda hər hansı fikirləri, qeydləri və əlavələri olarsa, qəzetdə çap etməyə hazırıq. Musavat.com


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Bu gün, 14:25 |
|
|
|
• İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Bu gün, 14:16 |
|
|
|
• "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Bu gün, 14:10 |
|
|
|
• "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Bu gün, 14:06 |
|
|
|
• Putin Paşinyana məktub göndərdi
Bu gün, 14:03 |
|
|
|
• “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Bu gün, 12:25 |
|
|
|
• Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Bu gün, 12:22 |
|
|
|
• İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Bu gün, 12:18 |
|
|
|
• Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Bu gün, 11:49 |
|
|
|
• Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Bu gün, 11:41 |
|
|
|
• "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Bu gün, 11:39 |
|
|
|
• Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Bu gün, 11:36 |
|
|
|
• Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Bu gün, 11:34 |
|
|
|
• Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Bu gün, 09:51 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 09:48 |
|
|
|
• «Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Bu gün, 09:40 |
|
|
|
• Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Bu gün, 09:27 |
|
|
|
• Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Bu gün, 09:17 |
|
|
|
• "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15 |
|
|
|
• Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05 |
|
|
|
• "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02 |
|
|
|
• Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58 |
|
|
|
• Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54 |
|
|
|
• Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49 |
|
|
|
• ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44 |
|
|
|
• Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39 |
|
|
|
• Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29 |
|
|
|
• İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26 |
|
|
|
• Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23 |
|
|
|
• Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16 |
|
|
|
• AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12 |
|
|
|
• Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10 |
|
|
|
• Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01 |
|
|
|
• Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50 |
|
|
|
• Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46 |
|
|
|
• "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38 |
|
|
|
• Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25 |
|
|
|
• Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06 |
|
|
|
• İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03 |
|
|
|
• Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00 |
|
|
|
• Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55 |
|
|
|
• Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51 |
|
|
|
• Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46 |
|
|
|
• “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22 |
|
|
|
• Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Dünən, 10:19 |
|
|
|
• “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Dünən, 10:07 |
|
|
|
• Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Dünən, 10:03 |
|
|
|
• Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Dünən, 10:01 |
|
|
|
|