Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                 

Xaləddin İsgəndərov Biləcəri sakinlərini ayağa qaldırdı - VİDEO
Tarix: 23-01-2018, 09:39 | Çap et
Xaləddin İsgəndərov Biləcəri sakinlərini ayağa qaldırdı
Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətini xüsusi istintaq qrupu araşdırdığı bir vaxtda Biləcəri qəsəbəsində daha bir qanunsuz tikinti aparılmaqdadır. Bu barədə redaksiyamıza Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 22 “a” və Mehdi Hüseynzadə küçəsi, ev 17-də yerləşən binaların sakinləri məlumat veriblər.

Sakinlər deyiblər ki, 3 binanın həyətində olan 4 sotluq yaşıllıq sahədə 30-dan çox ağac məhv edilib və ərazidə təyinatı naməlum tikili ucaldılır. Bununla bağlı sakinlər Binəqədi Rayon İcra Hakimiyyətində olublar. Onları qəbul edən Namiq Məmmədov məsələdən xəbərsiz olduqlarını deyib. Sonradan isə ağacların məhv edilməsi hesabına aparılan tikintinin dayandırılması üçün hər hansı bir addım atılmayıb. Sakinlər deyirlər ki, tikintini aparan Orxan və Murad adlı şəxslərdir. Orxan özünü sakinlərə Binəqədi İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini kimi təqdim edir. Sakinlərin etirazları, müraciətləri qulaqardına vurulur. Onların sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət edərək ərazidə tikintinin dayandırılmasını və ağacların əkilməsini tələb ediblər.

İddia ərizəsini imzalayan 30 sakin qeyd edib ki, binalarla əhatə olunan həyətyanı sahədə 40 il əvvəl ağcaqayın, qovaq, şam, küknar, söyüd, əncir, tut, gilənar, nar, zeytun və iydə ağacları əkilib və sakinlər tərəfindən onlara qulluq edilib. 2017-ci ilin mayına qədər sakinlər zəngin, göz oxşayan yaşıllıq ehtiyatı hesabına öz gündəlik istirahətlərini, azyaşlı uşaqlar, yeniyetmələr mənalı və sağlam əyləncələrini qurublar. 13-14 may 2017-ci il tarixində şənbədən bazar gününə keçən gecə saatlarında səssiz kəsici elektrik aləti ilə bir dəfəyə13 ağac kəsilib. Sakinlər bu haqda 6-cı polis şöbəsi, yerli Bələdiyyə və ETSN-in Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinə məlumat veriblər. Sakinlər qeyd edirlər ki, ağaclar kəsilməzdən 1 il əvvəl ərazi Eldar Rəhimov tərəfindən zəbt olunub. Sonradan isə ərazi alqı-satqı müqaviləsi əsasında Tellər Məmməd qızı Məmmədovaya satılıb. Ağaclar kəsiləndən sonra onların şikayətlərinə əsasən Eldar Rəhimov cərimələnib. Ərazidə tikinti işlərinin aparılması dayandırılıb. Ötən ilin may-sentyabr aylarında sakinlər kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkiblər. Sakinlər deyir ki, 2017-ci ilin 3 oktyabrında həyətə yenidən tikinti materialları daşınıb və ərazi çəpərlənib. İçəridə qalan ağacların yenidən kəsilməsinə başlanıb. Sakinlərin etirazlarına və dövlət qurumlarına müraciətlərinə rəğmən ərazidə gecə-gündüz fasiləsiz tikinti işləri aparılır. Ərazidə olan dövlət qurumlarının təmsilçilərinə sahibkarın naməlum nümayəndələri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətindən verilmiş 14.09.2017-ci il tarixli 418 nömrəli sərəncam göstərilir. Burada Şəhərsalma və Tikinti Məcəlləsinin və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17.07.2017-ci il tarixli, 18/03-8/1869 saylı məktubu əsasında Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində vətəndaş Tellər Məmməd qızı Məmmədovaya qeyri-yaşayış obyektinin tikintisinə icazə verildiyi göstərilir. Lakin onların təqdim etdikləri heç bir sənəddə konkret ünvan, küçə, küçənin nömrəsi qeyd edilməyib. Sakinlər deyir ki, cavabdehlərin hərəkətlərini özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə halı kimi qiymətləndirirlər.

Yada salaq ki, bu ilin əvvəlində Binəqədi Rayon İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərilib. İstintaqçılar rayon ərazisində aparılan tikintilərin qanuniliyini, ekologiyaya vurulan ziyanla bağlı görülən tədbirlərin müvafiq qanunvericiliyə uyğun olub-olmaması və rayonun rəhbər vəzifəli şəxslərinin qəbul etdikləri qərarların qanunlarla uzlaşıb-uzlaşmamasını yoxlayırlar. Xəbər verdiyimiz kimi, təcrübəli müstəntiqlərdən ibarət qrup vaxtilə təcili yardım stansiyası üçün inşa edilən və tikintisi yarımçıq qalan binanın həyətində aparılan qanunsuz tikintilər və Zeytunluq deyilən ərazidəki ağacların kəsilməsi, Azadlıq prospektində yaşıllıqların məhvi ilə bağlı faktlar toplayır, rayon sakinləri sorğu-sual olunur. Bu günə qədər Binəqədi Rayon İcra Hakimiyyətinin bir neçə səlahiyyətlisinin də rayonda baş verən cinayət xarakterli əməllərlə bağlı dindirildiyi bildirilir. Qaynağımız bildirib ki, istintaq qrupu yanvarın 5-6-da Binəqədi rayonuna ezam olunub və bu günə qədər topladığı çox ciddi faktlar var.

X.İsgəndərov bir müddət əvvəl ətrafındakıları başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili səliqəyə salmalarını tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib. Bundan sonra rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar.



Buna baxmayaraq, tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub. Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi seçki dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur, bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefon zənglərimiz cavabsız qaldı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Bu gün, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru