"Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                 

İstintaqçılar Fazil Məmmədov ölkədən çıxardığı 1 milyardın izinə düşüb - cinayət dosyesi
Tarix: 25-12-2017, 09:02 | Çap et
İstintaqçılar Fazil Məmmədov ölkədən çıxardığı 1 milyardın izinə düşüb
Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasında “maliyyə xəyanəti”nə yol verməsi haqda olan xəbərlərin həqiqiliyinə dəlalət edən məlumatlar yayılmaqdadır. Ötən saylarımızdan birində yazmışdıq ki, iş adamlarından büdcəyə ödəmək adı ilə yığılan pulların əhəmiyyətli bir hissəsinin gizli yollarla xaricə çıxarılıb. Söhbətin ölkədən çıxarılan 4.5 milyard manatdan getdiyi haqda iddialar vardı.

1 milyard dollar hara “axıdılıb”?

Gələn məlumatlara görə sahibkarlardan toplanan, hesab-kitabdan gizlədilən azı 1 milyard dolların kimlər vasitəsilə ölkədən çıxarılmasından söhbət gedir. İş üzrə qeyri-rəsmi araşdırmalarla yanaşı rəsmi də hərəkətlilik var. Hətta cinayət işinin başlandığı və istintaqçıların “qara pulların” izinə düşdüyü də bildirlir. Ən azı 1 milyard dolların Fazil Məmmədovun yaxın ətrafı tərəfindən ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü və sonradan dünyanın bir çox yerlərində, o cümlədən Şərqi Avropa ölkələrində iri biznes layihələrinə, daşınmaz əmlakın alınmasına yatırıldığı haqda iddialar var. Azpolitika.info yazır ki, neftin qiyməti düşdükdən sonra bir çox digər strukturlar kimi, Vergilər Nazirliyinin də maliyyə fəaliyyətinin araşdırılmasına başlanılıb. Nazirliyin iş adamlarından toplanan pulların dəqiq hesablaması aparılıb. Araşdırmaya səbəb prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, vaxtilə vergilər nazirinin müavini işləmiş Natiq Əmirovun verdiyi bəzi məlumatlar olub. Üzə çıxan isə iş adamlarından yığılmış milyard dollardan artıq “cirkli pul”un ölkədən çıxarılaraq, ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü, coxgedişli kombinasiyalar vasitəsilə “yuyularaq” Avropada və dünyanın bir çox yerində biznesə yatırıldığı olub. Bundan sonra Fazil Məmmədov “maliyyə xəyanəti”nə yol verən məmur kimi işdən qovulmasına qərar verilib.

Yeni nazir 1 milyard dolları ölkəyə qaytara biləcəkmi?

Sayt yazır ki, hazırda yeni nazir Mikayıl Cabbarovun qarşısında qoyulan əsas vəzifələrdən biri də məhz Vergilər Nazirliyinin xətti ilə yığılaraq müxtəlif yollarla xaricə çıxarılmış bu pulların geri qaytarılmasının təminidir. Artıq fakt üzrə cinayət işinin başlanması xəbəri də var. “Qara pul”ların ölkədən çıxarılmasında nazirliyin keçmiş əməkdaşları, Fazil Məmmədoun etibarlı kadrları olan Fəxrəddin Qəmbərovun və Qafar Qurbanovun adları hallanır. Uzun illər prokurorluq orqanlarında işləyən Fəxrəddin Qəmbərov Fazil Məmmədovun yaxın dostlarından biri kimi tanınıb. Məmmədov onu ən gəlirli vəzifələrdən birinə - Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsinə təyin edib. Ancaq idarəyə faktiki rəhbərliyi o həyata keçirib. Bununla paralel sabiq nazir Qərb bölgəsində olan biznesinin idarə edilməsini də ona etibar edib.

Fazil Məmmədovun “qara pullarını” Fəxrəddin Qəmbərov “yuyub”

F.Məmmədov bərkdən-boşdan çıxan dostuna 2005-ci ildə mandat almağa da çalışıb. Ancaq Fəxrəddin Qəmbərov 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilməyə yaxın olsa da, Konstitusiya Məhkəməsi onun namizəd olduğu dairə də daxil, 6 seçki dairəsinin nəticələrini ləğv edib. Bundan sonra Qərb bölgəsindən olan Qəmbərovu Məmmədov bölgənin mərkəzi şəhərinin - Gəncənin İcra Hakimiyyətinin başçısı postuna gətirmək istəyib, ancaq buna da nail ola bilməyib. Ölkəyə neftdən böyük pullar daxil olduqdan sonra bir çox məmur kimi Fazil Məmmədov da xaricə “açılmağa” başlayıb. İş adamlarından yığılan qeyri-rəsmi pulların əhəmiyyətli hissəsi xaricdəki böyük biznes layihələrinə yönəldilib. Bu zaman “çirkli pulların” ofşor şirkətlər vasitəsilə “yuyularaq” Avropada təmiz sərmayə kimi biznes layhihələrinə yatırılmasına ehtiyac yaranıb. F.Məmmədov təbii ki, bu işi etimad göstərdiyi şəxslərə, o cümlədən F.Qəmbərova həvalə edib. Onu formal olaraq özünə müşavir təyin edərək xaricdəki biznes layihələrini reallaşdıracaq şirkətlərin başına gətirib. F.Qəmbərovun ölkədən çıxarılan “çirkli pul”ları hansı vasitələrlə “təmizləyərək” biznes layihələrinə yönəltdiyi, “it-bata” düşən 1 milyard dollardan artıq vəsaitin nə qədər hissəsinin onun üzərində olduğuna dair dəqiq bilgilərimiz yoxdur.

Ancaq ötən il “Azadlıq radiosu”nun yayımladığı araşdırmadan belə məlum olur ki, F.Qəmbərov “böyük oyunçu” olub. Onun kənd təsərrüfatı xammalı və mal-qaranın, toxuculuq xammalı və yarımfabrikatlarının, eləcə də yanacaq, metal filizi və s. satışı üzrə biznesi var. Radionun məlumatına görə, Britaniya qaynaqları Fəxrəddin Qəmbərovun 2009-cu ilin yanvarında “FG Trade İnternational Limited” şirkətini qurduğunu bəyan edir: “Bundan sonra şirkətin səhmləri əldən-ələ keçsə də, o, 2013-cü ilin iyununda yenidən həmin qurumun tam sahibinə çevrilir; əvvəlcə səhmlərin 100 faizi ”Triangle Investments & Development LTD" şirkətinə ötürülür, bir il ötəndən sonra səhmlərin dörddə biri Fəxrəddin Qəmbərova qaytarılır. 2011-ci ildə 50 faizlik səhm zərfi “Akasa Associates SA” şirkətinin mülkiyyətinə verilir, növbəti il “Triangle Investments & Development LTD” 25 faizlik hissə zərfini Fəxrəddin Qəmbərova qaytarır. Nəhayət, 2013-cü ildə ötür-ötür oyununu başa çatır - o şirkətdən “Akasa Associates SA” da çıxır. Hazırda Fəxrəddin Qəmbərov şirkətin tam sahibidir. Bu illər ərzində şirkətə litvalı xanım direktor - Lina Rimkute rəhbərlik etməkdədir. Hesabatlara görə, “FG Trade İnternational Limited” şirkətinin ticarəti Körfəz ölkələrinədək uzanır. Onun Qətər dövlətində “FG Capital LLC” törəmə şirkəti də var".

“MTN işi”ndən sonra Fəxrəddin Qəmbərov yoxa çıxıb

Göründüyü kimi, Fəxrəddin Qəmbərov xaricdə qurduğu şirkətlər və ötür-ötür oyunları vasitəsilə verginin iş adamlarından qeyri-rəsmi topladığı pulları dünyanın bir ucundan o biri ucuna səpələyib. MTN-dəki təmizləmələrdən bir müddət sonra isə Fəxrəddin Qəmbərovun Bakı ilə əlaqələrini kəsərək, “yoxa çıxdığı” bildirilir. Hazırda Fəxrəddin Qəmbərovla bağlı cinayət işinin açıldığı və axtarışa verildiyi də verilən məlumatlar sırasındadır.

Sabiq nazirin müxtəlif ölkələrdəki 100 milyonlarla dollarlıq layihələri!

Fazil Məmmədovun xaricdəki biznes layihələrini idarə edənlərdən biri kimi tanınan Qafar Qurbanov da əvəllər Vergilər Nazirliyində çalışıb. Sonradan Fazil Məmmədov ona biznes obyektlərinin idarə edilməsini həvalə edib. 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra isə holdinqin Müşahidə Şurasına üzv seçilib. Bir müddət sonra isə Fazil Məmmədovun ailə şirkətinə - “Synergy Group” ASC-yə transfer edilib. Elə həmin vaxtlardan Qafar Qurbanov “Triangle Group”un İdarə Heyətində təmsil olunur. Çoxsaylı şirkətlərin idarə olunmasına qatılan Qafar Qurbanov 2015-ci ilin oktyabrında qurulan “Oldbourne & Oldbourne Hospitality Limited” şirkətinə də başçılıq edir. “Anglia Real Estate Portfolios limited”in (Guernsey) təsis etdiyi bu şirkətin otelçilik sahəsində çalışacağı güman edilir. Eyni zamanda Qafar Qurbanov Litvada maliyyə vasitəçiliyi sahəsində çalışan “4 In” şirkətinin də rəhbəridir. Onun adı Monteneqronun Kumbor adasından tutmuş, Londonda dəyəri 100 milyonlarla dollar olan layihələri həyata keçirən şirkətlərin sahibi kimi hallanır.

Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına xaricdə yaradılan cənnət-məkanlar...

Düzdür, Qafar Qurbanovun “maliyyə xəyanətinə” yol verdiyi və onunla bağlı cinayət işininin açılıb-açılmadığı barədə məlumat yoxdur. Ancaq o da “kiçik oyunçu” olmayıb. “Azadlıq radiosu”nun araşdırmasına görə, Qafar Qurbanov 2008-ci ildən bəri Metin Güvener adlı şəxslə 50/50 prinsipi ilə qurduğu “Triangle İnvestments & Development Limited” şirkətlər qrupu vasitəsilə dünyanın müxtəlif ölkələrində 100 milyonlarla dollarlıq layihələr həyata keçirir. Kifayət qədər iri bir şirkət olan “Triangle İnvestments & Development Limited”in törəmə qurumlarının Britaniya və Azərbaycanda, Baltikboyu respublikalarda və Balkanlarda, eləcə də bəzi MDB ölkələrində əmlak və biznes maraqlarının olduğu məlumdur. Onun tərkibində Britaniyada, Türkiyədə, Belçikada, Litvada və sair ölkələrdə yaradılmış şirkətlər Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına əmlaklar, biznes strukturları almaq, müxtəlif layihələr həyata keçirməklə məşğul olublar. Qrupun təkcə Litvada 2 lüks otelinin olduğu bildirilir. Eyni zamanda Qrupa daxil “Triangle (Property) Limited” şirkətinin Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində, İngiltərənin paytaxtı Londonda, Fransada və hətta ABŞ-da müxtəlif daşınmaz əmlakdan ibarət portfelinin də olduğu məlumdur. Düzdür, sözügedən şirkətin səhmlərinin hamısı 2014-cü ilin aprelində Britaniya və Fransa arasındakı Guernsey offşor bölgəsində yaradılmış “Triangle Holdings Limited” şirkətinə satılıb. Ancaq Qrupun korporativ saytından məlum olub ki, qurucu və sahiblər yenə Qafar Qurbanov və Metin Güvenerdir. Yəni şübhə yoxdur ki, bu alqı-satqı da formal xarakter daşıyıb, hansısa əməliyyatların izini itirmək və ya yeni çoxgedişli kombinasiyalar qurmaq məqsədilə həyata keçirilib.

Hansı ki, bu cür əməliyyatlar və çoxgedişli kombinasiyalar nəticəsində ölkədən çıxarılan milyard dollardan artıq vəsait “yoxa çıxarılıb”. Bu pullar iş adamlarını soyaraq, bəzən iş yerlərinin, biznes obyektlərinin bağlanılması hesabına əldə edilib. Bu isə Fazil Məmmədovun və komandasının yalnız dövlətin milyard dollarlarla pulunu xaricə çıxarmaqla deyil, həm ölkədə işgüzar mühiti məhv etməklə, iş adamlarını didərgin salmaqla Azərbaycana böyük zərbə vurduğunu söyləməyə əsas verir.
"Yeni Müsavat"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Bu gün, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Bu gün, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Bu gün, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Bu gün, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Bu gün, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Bu gün, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Bu gün, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Bu gün, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Bu gün, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Bu gün, 14:06
Putin Paşinyana məktub göndərdi
Bu gün, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Bu gün, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Bu gün, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Bu gün, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Bu gün, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Bu gün, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Bu gün, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Bu gün, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Bu gün, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Bu gün, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Bu gün, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Bu gün, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Bu gün, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru