"Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                 

"Vurulma" sırasını gözləyən hansı nazirdir? - İDDİA
Tarix: 6-12-2017, 09:04 | Çap et
"Vurulma" sırasını gözləyən hansı nazirdir?
Prezident İlham Əliyev komandasında mühüm dəyişiklik edib. Dekabrın 5-də prezident vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad olunub; o, başqa bir sərəncamla vergilər naziri təyin edilib.

Qeyd edək ki, son vaxtlar Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin fəaliyyətindən sahibkarlar, iş adamları ciddi narazılıq edirdilər. Sahibkarlar qeyd edirdilər ki, vergi müfəttişləri onlara gözünü açmağa imkan vermir, ən müxtəlif bəhanələrlə “haqq” tələb edir, cərimə yazırdılar. Bu barədə “Yeni Müsavat”ın ötən saylarında yazılar dərc etmişdik. Yazılarda o da qeyd olunurdu ki, Fazil Məmmədovun tutduğu postdan kənarlaşdırılması gözləniləndir. Hətta onun istefaya göndərilməsi üçün müraciət etdiyi, son vaxtlar, ümumiyyətlə işdə görünmədiyinə dair iddialar da vardı. Daha sonra bu iddialar təsdiqləndi və məlum oldu ki, Fazil Məmmədov tutduğu vəzifəni daha icra etmək istəmir, ya da onu icra edəcək vəziyyətdə deyil.

Musavat.com yazır ki, F.Məmmədovun vəzifəsindən azad olunmasının bir səbəbi də MTN işi çərçivəsində istintaqın bir ucunun vergilər naziri və onun müavinlərinə gedib çıxdığı ola bilər. Fazil Məmmədovun sahibkarların maliyyə göstəricilərinin MTN çetesinə çatdırılmasında müəyyən rolunun olması şübhə doğurur. Hətta F.Məmmədovun da sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov kimi Eldar Mahmudova aylıq haqq ödədiyi barədə də iddialar var.

F.Məmmədovun vəzifəsini itirməsinin daha bir səbəbi sahibkarların son vaxtlar getdikcə güclənən narazılığı da ola bilər. Xatırladaq ki, prezidentin təşəbbüsü ilə sahibkarlıq subyektlərinin yoxlamaları dayandırılıb. Bu zaman yalnız vergi yoxlamalarına icazə verilib. Vergi orqanları isə bu statusdan ifrat səviyyədə istifadə etməkdəydilər.

Vergi orqanı ilə sahibkar münasibətləri, sahibkarlıq subyektlərilə iş prinsipləri və ümumilikdə dövlət-sahibkar münasibətlərində müasir dövrün tələblərinə uyğun hər hansı ciddi addım müşahidə etmək olmur. Bundan əlavə, vergi orqanlarında ciddi şəkildə peşəkar kadrların çatışmazlığı da açıq hiss olunur.

Bütün bunların yekunu olaraq F.Məmmədovun vəzifədən alınmasına qərar verilib. Maraqlıdır ki, prezidentin bununla bağlı sərəncamı elan olunan gün F.Məmmədovun nazirlikdə geniş kollegiya iclası keçirməsinə dair məlumat da yayılmışdı. İclasda əsas müzakirə mövzusu vergi orqanlarının dövlət büdcəsi proqnozlarına vaxtında əməl olunması üçün səfərbər edilməsi olub.

Azərbaycanın post-neft dövrü üçün vergi sistemində islahatlar olduqca mühüm məsələdir və son illərdə bu yöndə müəyyən addımlar atılmışdı. Fazil Məmmədovun yerinə etibarlı, potensiallı, Qərb metodlarını mənimsəmiş şəxs kimi, habelə Təhsil Nazirliyində rəhbər olduğu müddətdə şəffaf mühit yaratmağa müvəffəq olmuş Mikayıl Cabbarovun gətirilməsi ondan xəbər verir ki, dövlət rəhbərliyi vergi sistemini maksimum şəffaflaşdırmaq, köklü islahatlar aparmaq qərarında israrlıdır. Ekspertlər hesab edir ki, Mikayıl Cabbarov vergi sistemində çalışmasa da, bir nazir olaraq şəffaflığı təmin etməyə qadir olduğunu təsdiqlədiyi üçün bu posta müvafiq hesab olunub. Lakin o, iqtisadi sferadan kənar şəxs deyil. Mikayıl Cabbarov 2004-2009 -cu illərdə iqtisadi inkişaf nazirinin müavini vəzifəsini tutub. Daha sonra mürəkkəb təsərrüfat olan “İçərişəhər” Dövlət Qoruğunun rəhbəri vəzifəsini uğurla icra edib. Onun təhsil naziri kimi fəaliyyəti də bu sistemin sağlamlaşdırılması, islahatların aparılması və şəffaflaşdırma istiqamətində olub.

Daha bir maraqlı məqam isə yeni təhsil nazirinin kim olacağı ilə bağlıdır. Qəzet çapa hazırlananda bu barədə rəsmi məlumat yox idi. Lakin nazirlik başsız da qalmayıb - Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Bayramov təhsil nazirinin vəzifələrini icra edəcək. Bundan öncə Ceyhun Bayramov Azərbaycan təhsil nazirinin müavini vəzifəsində çalışıb.

Məsələyə siyasi tərəfdən yanaşan ekspertlər bildirir ki, 2018-ci il seçki ili olduğundan prezidentin idarəetmədə ciddi dəyişikliklər edəcəyi, qarşıdakı aylarda 2 və ya 3 naziri də yeniləyəcəyi, habelə icra başçılarının bir çoxunun dəyişdiriləcəyi gözlənilir. Görünən budur ki, dövlət rəhbərliyi 2017-ci ildən daha ciddi start götürən kadr dəyişikliklərini genişləndirir. Bir zamanlar “Yeni Müsavat” gözlənilən bu prosesə şərti olaraq, “Ağ inqilab” adı vermişdi və iddia etmişdi ki, prezident ölkənin icra sistemini dəyişəcək, neqativ yüklü və artıq oliqarxlaşmış məmurları vəzifəsindən azad edəcək. Onların yerinə isə Azərbaycana özünün gətirdiyi ASAN sistemini quracaq. Yəni rüşvətsiz, korrupsiyasız, şəffaf bir icra sistemi inşa ediləcək. Hazırda ASAN Xidmət kimi tanınan bu sistem əslində prezidentin pilot layihəsidir; onu təkmilləşdirərərək, özünün gələcək siyasi sistemini bu model əsasında qurmağı planlaşdırır.

Vergilər sistemi ölkə iqtidarının iş sektoru ilə təmas xəttidir. Buranı təmizləmək, insaniləşdirmək və ASAN-laşdırmaq əslində ən mühüm islahatlardan biridir. Bu səbəbdən də sistemin başına elə birisi gətirilməlidir ki, o, rüşvət almasın, oliqarx olmasın, feodal heç olmasın; Mikayıl Cabbarov bu tələblərə cavab verən bir fiqurdur.

Beləliklə, hökumətdə ciddi, permanent dəyişikliklər davam edir. Bu prosesdə hökumətin başçısının da dəyişəcəyi gözləniləndir. Bu baxımdan, hələ bizi qarşıda çox maraqlı proses gözləyir.

Ən sonda: Bu gün vergilər naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.

İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü il fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub.

2009-cu il martın 6-dan isə “İçərişəhər” Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

Ailəlidir, iki uşağı var.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Bu gün, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Bu gün, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Bu gün, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Bu gün, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Bu gün, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Bu gün, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Bu gün, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Bu gün, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Bu gün, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Bu gün, 14:06
Putin Paşinyana məktub göndərdi
Bu gün, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Bu gün, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Bu gün, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Bu gün, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Bu gün, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Bu gün, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Bu gün, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Bu gün, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Bu gün, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Bu gün, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Bu gün, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Bu gün, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Bu gün, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru