Daha bir telekanalda rəhbər dəyişikliyi gözlənilir - İDDİA
Tarix: 7-10-2017, 11:46 |
Çap et
Lider kanalının müflisləşmək üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb. Hazırda vəziyyəti gərgin olan telekanalın işçiləri artıq 5 aydır ki, maaş almır. Kanal daxilində yayılan şaiələrə görə artıq Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev də vəzifəsindən gedib. Onun gələn həftənin birinci günündən postunu tərk edəcəyi deyilir. Bildirlir ki, artıq iki gündür Ə. Əliyevin əşyaları Lider TV-dən daşınır və onun şəhərdəki evinin qarajına yığılır. Məsələ ilə bağlı kanalın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadova ilə əlaqə saxladıq. O, yayılanların həqiqəti əks etditmədiyini və Ədalət Əliyevin hazırda vəzifəsini davam etdirdiyini deyib.
PrimeTime.az