Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                 

Şeyxlə savaş və Abutalıbovun diski - ATV rəhbərliyi niyə bitirildi...
Tarix: 27-09-2017, 08:47 | Çap et
Şeyxlə savaş və Abutalıbovun diski
ATV kanalında efirə gedən “ATV Səhər” proqramı sentyabrın 26-da yayımlanmayıb. Turan İbrahimovun müəllifi olduğu “ATV Səhər” verilişində bu ilin may ayında sabiq vitse-spiker, hazırda deputat olan Arif Rəhimzadənin məlum “türk deyiləm” sözlərindən sonra T.İbrahimov onun barəsində tənqidi ifadələr işlətmişdi ki, bu səbəbdən də onu efirdən uzaqlaşdırmışdılar.

Başqa bir iddiada isə deyilir ki, T.İbrahimov Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirdiyi üçün efirdən uzaqlaşdırılmışdı. T.İbrahimov isə yayılmış xəbərləri “fantaziya” hesab edərək verilişin dayandırılmasını “mövsümün bitməsi” ilə izah etmişdi. Amma o, ATV-dən birdəfəlik uzaqlaşdırılmadı və telekanalın ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbərliyindəki fəaliyyətinə davam etdi.

Verilişin bir daha efirə qayıtmayacağı gözlənilsə də, sentyabrın 18-dən T.İbrahimov “qaldığımız yerdən” deyərək yenidən iki saatlıq proqramını bərpa etdi. Amma qısa müddətdə də T.İbrahimovun yenidən iqtidarın nəzarətində olan bir telekanalda “özünə sərbəstlik” verdiyi nəzərə çarpırdı. İddialar var ki, proqramın birdəfəlik efirdən yığışdırılmasına səbəb T.İbrahimovun tənqidin sərhədlərini aşması, hətta dövlətin əleyhinə ifadələr işlətməsi olub. Üstəlik, məlum olub ki, Milli Teleradio Şurası ATV rəhbərliyinə əvvəldən T.İbrahimovun və hələ ki adları məlum olmayan “digər simaların” efirdən uzaqlaşdırılmasını tövsiyə etsə də, kanal rəhbərliyi bunları nəzərə almayıb. T. İbrahimov isə yeni sezonda verilişini bərpa edərək yenidən öz ampluasında efirə çıxıb.

“Qafqazinfo” yazır ki, T.İbrahimovun yenidən “başından böyük mövzulara” müraciət edərək iqtidara az qala dərs keçməsi bağışlanmaz həddə çatıb. “Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə, tənqid etməsi qəti yol verilməzdir” - deyə, məlumatda qeyd olunur.

Günün ikinci yarısında məlum olub ki, ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Vüqar Qaradağlı ilə bərabər vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar. Bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. Onların içində ATV dizayn qrupunun rəhbəri rejissor Rauf Ocaqverdiyev də var. Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu kollektivə təqdim edib. Azər Xəlilov deyib ki, yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumatlı mənbə “ATV Səhər” proqramında cəmi bir həftə efirdə olan T. İbrahimovun əsas səhvinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şexülislam Allahşükür Paşazadə ilə bağlı qalmaqala geniş münasibət bildirməsi olduğunu deyib. Belə ki, T.İbrahimov mətbuatda Allahşükür Paşazadə ilə qudası Hacı Qalib Salahzadə haqqında yazılanlara münasibət bildirib.

O, canlı yayımda “bu hay-küyün ortaya çıxmasında günahkar Şeyxin qudası, keçmiş millət vəkili və onun işlətdiyi ifadələrdir” deyərək onları daha geniş auditoriya üçün ictimailəşdirib. "O müsahibəni mən də oxumuşdum, “Şeyxin hələ bu vəzifədə oturmaq imkanı, gücü var, hələ gəncdir və ondan sonra da, yəqin ki, varisi oğlu olar” şəklində ifadələri müzakirələri genişləndirdi. Məncə, Hacı Qalib Salahzadə bu müzakirələrdə sakitləşdirici rol oynamaq istəyirsə, gərək, ümumiyyətlə, danışmasın. Danışdıqca batır". Bundan sonra isə o, Hacı Qalibin daha ciddi qalmaqal yaratmış fikirlərinə yer ayırıb. O, Hacı Qalibin fikirlərindən sitat gətirərək “Bütün Qafqazın şeyxi, dini-mənəvi liderinin oğlu iki rükət namazı zorla qılırsa, necə imanlıq edə bilər?” söyləyib.

Bundan başqa, “26-lar” kafesi ilə bağlı qalmaqalı yada salan T.İbrahimov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu kəskin tənqid edib, bütün bu prosesi “ssenaristi və rejissoru bəlli olan, konstitusiya və hüquq normalarına zidd tragikomediya kimi” qələmə verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı meri verilişdə ona qarşı aparılan kampaniyanı xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirildiyi də diqqətdən yayınmayıb.

Yada salaq ki, 2012-ci ilin mayında da ATV rəhbərliyində ciddi dəyişiklik baş vermişdi. Belə ki, ATV-nin prezidenti Tağı İbrahimov, habelə onun qardaşı, teleşirkətin vitse-prezident Natiq İbrahimov bir gündə tutduqları vəzifədən kənarlaşdırılmışdılar. “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiliyi də İbrahimovlar ailəsindən alınmışdı.

“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru